Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-340/2024 24.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, Cavabdeh- Cavabdeh iştirakı ilə İddiaçı ŞİKŞ-nin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ŞİKŞ iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2040 (iki min qırx manat) manat məbləğində vəsaitin, 41 manat dövlət rüsumunun əvəzinin tutulub İddiaçı Şəxsi İstehsalat və Komersiya Şirkətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ŞİKŞ-nin nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı ŞİKŞ-nin iddia ərizəsindən görünür ki, xx.xx.2023-cu il tarixində Cavabdeh tərəfindən idarə olunan ** CS *** dövlət qeydiyyat nişanlı Mersedes Benz 190 markalı avtonəqliyyat vasitəsi “Əliyev və K" Şəxsi İstehsalat və Komersiya Şirkətinə məxsus ** PJ *** dövlət qeydiyyat nişanlı Tayota Carolla markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar çıxarılmış və qərara əsasən 80 manat cərimə olunan ** CS *** dövlət qeydiyyat nişanlı Mersedes Benz 190 markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsirli bilinmişdir. ** CS *** dövlət qeydiyyat nişanlı Mersedes Benz 190 markalı avtonəqliyyat vasitəsinin icbari sığortası olmadığına görə dəymiş zərər delekt qaydasında həmin avtomobilin sürücüsündən tutulur. ** PJ *** dövlət qeydiyyat nişanlı tayota Carolla markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat’’a əsasən 2040 manat müəyyən edilmişdir. Odur ki, Cavabdeh 2040 (iki min qırx manat) manat məbləğində vəsaitin, 41 manat dövlət rüsumunun əvəzinin tutulub İddiaçı Şəxsi İstehsalat və Komersiya Şirkətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, onun idarə etdiyi ** CS *** dövlət qeydiyyat nişanlı Mersedes Benz 190 markalı avtomaşınla “Əliyev və K" Şəxsi İstehsalat və Komersiya Şirkətinə məxsus ** PJ *** dövlət qeydiyyat nişanlı Tayota Carolla markalı avtomaşın toqquşmuşdur. İddiaçının tələb etdiyi zərər şişirdilmişdir. Həmin avtomaşına göstərilənlər qədər zərər dəyməmişdir. Avtomaşını özü düzəltdirə bilərdi. Bu barədə iddiaçı tərəfə dəfələrlə məlumat vermişdir. Lakin onlar razılaşmamışlar. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını və iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsındən görünür ki, ** CS *** dövlət qeydiyyat nişanlı Mersedes Benz 190 markalı avtomaşın Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsındən görünür ki, ** PJ *** dövlət qeydiyyat nişanlı Tayota Carolla markalı avtomobilin mülkiyyətçisi “Əliyev və K" Şəxsi İstehsalat və Komersiya Şirkətidir. İşdə olan minik avtomobilləri üçün yol vərəqindən görünür ki, “Əliyev və K" Şəxsi İstehsalat və Komersiya Şirkətinə məxsus ** PJ *** dövlət qeydiyyat nişanlı Tayota Carolla markalı avtomobil sürücü X1 verilmişdir. İşdə olan TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ** CS *** dövlət qeydiyyat nişanlı Mersedes Benz 190 markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 469.3 və 327.2-ci maddələri ilə 80 manat cərimə olunmuşdur. İşdə olan qiymətləndirmə aktından görünür ki, ** PJ *** dövlət qeydiyyat nişanlı Tayota Carolla markalı avtomobilə dəymiş ziyan 2040 manat müəyyən edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2024-cü il tarixli, 3-16-16/2-9/4006/2024 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2006-cı il buraxılışlı Tayota Carolla markalı ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hasisə baş verən tarixə təmir-bərpa xərci təxminən 2040,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 936-cı maddəsinə əsasən həmin Məcəllənin MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazalarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ŞİKŞ iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dəymiş ziyana görə 2040 (iki min qırx manat) manat, ödənilmiş dövlət rüsumuna görə 41 manat tutulub İddiaçı Şəxsi İstehsalat və Komersiya Şirkətinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-239- 241-244,253-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 2040 (iki min qırx manat) manat, ödənilmiş dövlət rüsumuna görə 41 (qırx bir) manat tutulub İddiaçı Şəxsi İstehsalat və Komersiya Şirkətinin xeyrinə ödənilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-340/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-340/2024
24.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver