Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-36/2023 19.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı məhkəmədə Cavabdeh qarşı daş hasarın çəkilməsi üçün maneənin aradan qaldırılması, qeyri-qanuni müdaxilənin qadağan edilməsi və 0,1 ha həyətyanı torpaqdan çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: İddiaçı məhkəmədə Cavabdeh qarşı daş hasarın çəkilməsi üçün maneənin aradan qaldırılması, qeyri-qanuni müdaxilənin qadağan edilməsi və 0,1 ha həyətyanı torpaqdan çıxarılması tələbinə dair iddia qaldırmışdır. İşin məhkəmədə baxılması 19 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, hazırki mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan hazırki məhkəmə iclasına gəlməmiş vəya nümayəndəsini məhkəməy göndərməmiş və işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində göstərilir ki, iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. İş üzrə iddiaçı iddia ərizəsinin baxılmamışsaxlanılmasını xahiş etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş, mahiyyəti üzrə işə baxılmasını tələb etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçıya adı çəkilən məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı məhkəmədə Cavabdeh qarşı daş hasarın çəkilməsi üçün maneənin aradan qaldırılması, qeyri-qanuni müdaxilənin qadağan edilməsi və 0,1 ha həyətyanı torpaqdan çıxarılması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddiaçının dövlət rüsumu kimi ödəmiş olduqları 100 manat pul iddiaçıya geri qaytarılsın. İddiaçılara izah edilsin ki, ərizənin baxılmamış saxlanmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan onun sürəti tərəfə rəsmi qaydada verildiyindən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsinə şikayət verilə bilər Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-36/2023
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-36/2023
19.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver