Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-363/2024 15.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quluyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dai mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hərəkətlərinə görə fərdi yaşayış evinin təmiri nətıcəsındə ona dəymiş 754.74 (yeddi yüz əlli dörd manat yetmiş dörd qəpik) manat maddi ziyanın, mütəxəssis rəyin alınması üçün ödədiyi 75 (yetmiş beş) manatın və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, o, 2022-ci ilin dekabr ayının əvvəllərində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi idarəsinin reyestr nömrəsi **********33- 10301 olan, inventar nömrəsi 2950 olan xx.xx.2010-cu il tarixli texniki pasporta əsasən yaşadığı Beyləqan şəhəri, M.Hüseyn küçəsi ev 48-də yerləşən fərdi yaşayış evində təmir tikinti işləri aparmaq üçün Beyləqan rayonu, Kəbirli kənd sakini Cavabdeh ilə öz aralarında razılağa gəlmişlər və yaşadığı evinin daxili təmir işlərini Cavabdeh təmir etməyə başlamışdır. Cavabdehlə sövdələşmə aparan zaman ona evində aparılacaq təmir işləri barədə istəklərini bildirərkən cavabdeh ona cavabında həmin istəklərini tam yerinə yetirəcəyini və evini tam keyfiyyətli dərəcədə təmir edəcəyinə dair söz vermişdir. Bundan sonra cavabdeh evinin otaqları ilə tanış olmuş və həmin otaqların təmiri üçün lazım olan tikinti materiallarının siyahısını tutaraq ona həmin materialları almağı bildirmişdir. O, da xx.xx.2022-ci il tarixdə Beyləqan şəhəri ərazisində yerləşən Fikrət adlı şəxsə məxsus tikinti materialları mağazasından cavabdehin qeyd etdiyi tikinti materiallarını almışdır. Həmin materialların smetasını Paritet-M MMC-nin direktoru Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü Mehman Əliyevə təqdim etmiş, həmin smeta əsasında mütəxəssislər tərəfindən fərdi yaşayış evinə baxış keçirilmiş və cavabdehin hərəkətləri nəticəsində ona dəymiş 754.74 manat məbləğində maddi ziyan tam olaraq hesablanmışdır. Cavabdeh elə həmin gün yəni 16 12.2022-cı il tarixdə təmir işlərinə başlamışdır. İlk olaraq elə həmin gün tələmtələsik bir otağın divar kağızının oboyunu vurmuşdur. Günün sonunda hiss etmişdir ki, cavabdeh dıvar kağızı vurmağı bacarmır. Belə ki, divar kağızlarını elə kəsmişdir ki, bütün calaqlar pis goruntu göstərir. Həmçinin divar kağızlarını kleyləyərkən və ya kəsərkən yeni laklanmış döşəmənin üzərində hər hansı bir qoruyucu və ya örtük vasitədən istifadə etməyərək birbaşa döşəmənin üstündə kəsib laklamaqla döşəməni yararsız vəziyyətə salmışdır. Bir sözlə cavabdehin hərəkətləri nəticəsində döşəmənin lakı bərbad vəziyyətə düşməklə, divar kağızları bir neçə gün sonra calaqlarından aralanaraq yararsız vəziyyətə düşmüşdür. Bundan əlavə ilkin olaraq ondan 200 manat usta haqqı belə almışdır ki, bunuda özü etiraf etmişdir. Belə ki, cavabdeh ona vurmuş olduğu maddi ziyanı tez bir zamanda qarşılayacağını bildirsə də, bugünə kimi müxtəlif bəhanələr gətirərək sözündə durmamışdır. O, bu barədə müxtəlif instansiyalara müraciət etsə də, onun müraciətləri heç bir nəticə verməmişdir. Odur ki, Cavabdeh hərəkətlərinə görə fərdi yaşayış evinin təmiri nəticəsində ona dəymiş 754.74 (yeddi yüz əlli dörd manat yetmiş dörd qəpik) manat maddi ziyanın, mütəxəssis rəyin alınması üçün ödədiyi 75 (yetmiş beş) manatın və ödədiyi 30 (otuz) manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, usta işləyərək ailəsini dolandırır. 2022-ci ilin dekabr ayında iddiaçı ilə onun Beyləqan şəhərində yerləşən Beyləqan şəhəri, M.Hüseyn küçəsində yerləşən 48 saylı evdə təmir işləri görməsində razılaşmışlar. O, iddiaçının evinin iki otağında divar kağızları vurmuşdur. Rövşən onun gördüyü işləri telefonla çəkərək ailəsinə göndərmiş və ailəsinə işini bəyəndiyini bildirmişdir. O, divar kağızlarını vurarkən kağızlar qopmamışdır. Divar kağızları vurulandan sonra evə getməmişdir. Divar kağızlarını döşəmənin üstünə sərib kleyləmiş, lakin döşəməyə ziyan dəyməmişdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi idarəsinin reyestr nömrəsi **********33-10301 olan, inventar nömrəsi 2950 olan xx.xx.2010cu il tarixli texniki pasporundan görünür ki, Beyləqan şəhəri, M.Hüseyn küçəsi ev 48-də yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçının təqdim etdiyi foşəkillərdən görünür ki, divar kazğıları tam yararsız vəziyyətə düşmüşdür. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 22 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 48 №li fərdi yaşayış evində (Mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Texniki Pasportu-Daşmmaz əmlakın reyester nömrəsi **********33-10301, inventar nömrəsi 2950, qeydiyyat tarixi xx.xx.2010-cu il) cavabdeh usta, Beyləqan rayonu Kəbirli kənd sakini Cavabdeh Murad oğlunun apardığı keyfiyyətsiz təmir işlərinə görə İddiaçı dəymiş ziyanın bazar dəyəri 754,74 ( yeddi yüz əlli dörd manat 74 qəpik ) manat təşkil edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan Ərazi idarəsinin reyestr nömrəsi **********33-10301 olan, inventar nömrəsi 2950 olan xx.xx.2010-cu il tarixli texniki pasportuna əsasən Beyləqan şəhəri, M.Hüseyn küçəsi ev 48-də yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı evini təmir etdirmək üçün usta kimi tanıdığı Cavabdeh müraciət etmişdir. Cavabdeh iddiaçı ilə razılaşdıqdan sonra iddiaçının evində təmir işləri apararaq divar kağızları vurmuşdur. Cavabdeh Murad oğlunun iddiaçıya məxsus evdə apardığı təmir işləri keyfiyyətsiz olmuşdur. Nəticədə iddiaçıya ziyan dəymişdir. İddiaçı təmir işininə görə istifadə üçün yararsız vəziyyətə düşmüş giriş otaqları istifadəyə yararlı vəziyyətə gətirmək xeyli vəsait xərcləməlidir. cavabdeh iddiaçıya dəyən ziyanı ödəmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmədə cavabdehin keyfiyyətsiz iş görməsi nəticəsində iddiaçıya ziyan vurması kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatını, iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh hərəkətlərinə görə fərdi yaşayış evinin təmiri nətıcəsındə dəymiş ziyana görə 754.74 (yeddi yüz əlli dörd manat yetmiş dörd qəpik) manat, mütəxəssis rəyin alınması üçün ödənilmiş 75 (yetmiş beş) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh hərəkətlərinə görə fərdi yaşayış evinin təmiri nətıcəsındə dəymiş ziyana görə 754.74 (yeddi yüz əlli dörd manat yetmiş dörd qəpik) manat, mütəxəssis rəyin alınması üçün ödənilmiş 75 (yetmiş beş) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-363/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-363/2024
15.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver