Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-392/2023 18.12.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı nümayəndəsi X1, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 1.0517 ha torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh mülkiyyətində olan 1.0517 ha torpaq sahəsindən məcburi olaraq çıxarılması və maneənin aradan qaldırılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********35 olan və qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində yerləşən 3.9517 hektar torpaq sahəsi tam olaraq xüsusi mülkiyyətinə verilmişdir. Beyləqan rayon məhkəməsinin 13 may 2022-ci il tarixli. 2(020)- 635/2022 saylı qətnaməsi ilə 1.0517 ha torpaq sahəsi onunla qonşu torpağı olan X4 mülkiyyətinə verilmişdir. Bundan sonra onun torpaq sahəsi 2.90 ha qalmışdır. Lakin ona məxsus yuxarıda qeyd etdiyim çıxarışda göstərilən torpaq sahəsi 3.9517 ha olduğundan 19 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsinə mütəxəsisləri tərəfindən ona məxsus torpaq sahəsində ölçmə işlərinin aparılması üçün müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 25 avqust 2022-ci il tarixli, **********50 saylı məktubla ona cavab olaraq bildirmişdir ki, ona məxsus torpaq sahəsinə baxış zamanı müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılaraq RN **********35 saylı çıxarışda göstərilən 3.9517 ha torpaq sahəsinin 2.90 ha hissəsindən istifadə etdiyini, yerdə qalan 1.0517 ha torpaq sahəsinin məhkəmə qərarı ilə qonşu istifadəçiyə verildiyini və ona məxsus olan 1.0517 ha torpaq sahəsinin digər qonşu istifadəçinin istifadəsində olduğu bildirlmişdir. Ona məxsus 1.0517 ha torpaq sahəsi digər qonşu istifadəçisi Cavabdeh tərəfindən qanunsuz zəbt edilmişdir. O, cavabdehə mülkiyyətini təsdiq edən sənədlərini təqdim etməklə torpağından çıxmağını tələb etsədə cavabdeh onun dediklərinə və sənədlərinə əhəmiyyət verməyərək qanunsuz torpağını zəbt elməkdə davam edir. Hazırda cavabdeh onun torpağını boşaltmaqdan imtina edir. Ona görə də, cavabdehin ona məxsus 1.0517 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması və onun tərəfindən ona törədilən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********7 olan, reyestr nömrəsi **********93 olan və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən onun mülkiyyətinə 4.9827 ha torpaq sahəsi verilmişdir. Hazırda o, öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. İddiaşının torpağını o, zəbt etməmişdir. İş üzrə alınmış ekspertiza rəyindən də müəyyən edilmişdir ki, iddiaçının torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. Ona görə də, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********35 olan və qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində yerləşən 3.9517 hektar torpaq sahəsi İddiaçı tam olaraq xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********7 olan, reyestr nömrəsi **********93 olan və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən Cavabdeh mülkiyyətinə 4.9827 ha torpaq sahəsi verilmişdir. İş üzrə məhkəmənin 16 mart 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texnıkı ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7154 saylı ekspert rəyindən və mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olar reyestr nömrəsi **********35 olan və qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışı əsasən 3.9517 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Eyni zamanda İddiaçı faktiki istifadəsində olan 3.83 hi torpaq sahəsinin də sərhədləri müəyyən edilmişdir. Cavabdeh mülkiyyətində olan Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********7 olan, reyestr nömrəsi **********93 olan və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən 4.9827 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh faktiki istifadəsində olan 5.83 ha torpaq sahəsinin də sərhədləri müəyyən edilmişdir. Cavabdeh tərəfindən Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********35 olan və qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən 3.9517 ha torpaq sahəsi zəbt edilməmişdir. Qeyd edilən torpaq sahəsi adlan qərardadda qeyd olunmayan digər şəxslər tərəfindən istifadə edilir. Cavabdeh mülkiyyətində olan Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********7 olan, reyestr nömrəsi **********93 olan və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən 4.9827 ha torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yamnda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********35 olan və qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən 3.9517 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********35 olan və qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində yerləşən 3.9517 hektar torpaq sahəsi İddiaçı tam olaraq xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********7 olan, reyestr nömrəsi **********93 olan və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən Cavabdeh mülkiyyətinə 4.9827 ha torpaq sahəsi verilmişdir. Cavabdeh mülkiyyətində olan Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi **********7 olan, reyestr nömrəsi **********93 olan və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən 4.9827 ha torpaq sahəsi ilə İddiaçı mülkiyyətində olan Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yamnda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********35 olan və qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən 3.9517 ha torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyatları üçün mülkiyyətin özgəninkiləşdiirlməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş və yuxarıda sadalanmış hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədən sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması müəyyən olunmaımşdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. İşdə olan qəbzdən görünür ki, mütəxəssis rəyinin dəyirini təşkil edən 114.50 manat məbləğində pul iddiaçı tərəfindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN 99000036П, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB**********377********) hesabına ödənilmişdir. İddia rədd edildiyindən iddiaçı tərəfindən mütəxəssis rəyi alınması üçün ödənilmiş 114 (yüz on dörd) manat və dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul İddiaçı aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət еtdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı 1.0517 ha torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyi alınması üçün iddiaçı tərəfindən ödənilmiş 114 (yüz on dörd) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul İddiaçı aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-392/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-392/2023
18.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver