Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-41/2025 11.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı Cəllad qızının iştirakı ilə, İddiaçı Cəllad qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cəllad qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurmuş olduğu 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Cəllad qızı iddia tələbini müdafiə edərək göstərdi ki, o, “Renault Clıo” minik markalı 99RU362 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini X1 almışdır. Avtomobili aldıqdan bir müddət sonra avtomobilin motorunda problem yaranmışdır.O, avtomobilini yoxlanılması üçün Cavabdeh yanına aparmışdır. Cavabdeh avtomobilin problemini və çəkiləcəyi xərcini daha da artırmışdır. Cavabdeh avtomobili yararsız hala salaraq, ona 1500 manat məbləğində ziyan vurmuşdur. Cavabdehə bununla bağlı dələlərlə müraciət etsə də cavabdeh ona məhəl qoymamış, ümumiyyətlə ona cavab verməmişdir. Avtomobilinə ehtiyyat hissələrini bşaqa şəxslərdə özü almışdır. Avtomobilə hansı ehtiyyat hissələrinin alınmasını Cavabdeh demiş o, da təzə detallar alıb vermişdir. Avtomobilində problemlər avtomobili Cavabdeh götürdüyü günü başlamışdır. Musa hər dəfə ona “ narahat olma düzələcək” demişdir. Avtomobilin mühərriki işləmədiyindən Cavabdeh avtomobili düzəltmək üçün maşın ustası kimi işləyən qardaşının yanına aparmış və avtomobili orada 4 gün qalmışdır. Musanın qardaşı da, avtomobilini düzəltməyərək ona qaytarmışdır. Dəymiş ziyanla bağlı 1500 manat tələb etsə də, ona dəymiş ziyanın məbləği ustalara çəkilən xərclər də daxil olmaqla 2463 manat təşkil edir. Bu barədə mütəsəssis rəyini məhkəməyə təqdim etmişdir. Ona görə də, Cavabdeh ona vurmuş olduğu maddi ziyanın mütəxəssis rəyinə uyğun olaraq tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, İddiaçı pul tələbi barədə iddia tələbi açıq-aşkar əsassızdır və qanunsuzdur. Onun sözügedən avtomobilin yararsız hala salınmasında heç bir təqsiri yoxdur. Belə ki, o, matorist işləyir, iddiaçı avtomobilin ehtiyat hissəsini özü alıb gətirmiş, o, da həmin ehtiyat hissəsini avtomobilə quraşdırmışdır. O, hər hansı bir ehtiyat hissəsini dəyişməmiş, düzəltməmişdir ki, avtomobil yarasız vəziyyətə düşsün. Ona görə də iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iclasına iddiaçının təklifi ilə dəvət edilib dindirilən şahid X3 ifadəsində göstərdi ki, İddiaçı onun qonşusudur. İddiaçı avtomobilini Musa adlı avtomobil ustasına verdikdən sonra ona bu barədə danışmışdır. O, Musa ilə telefon əlaqəsi saxlamış, Musa ona avtomobilin matorunun mütləq sökülməli olduğunu demişdir. Musa avtomobilin mühərrikini yığdıqdan 1-2 gün sonra mühərrik yenidən işləməmişdir. O, bu barədə Musaya öz iradını bildirmiş, həmçinin Musa ilə aralarında sözlə mübahisə də olmuşdur. Hazırda Əfsanənin avtomobilinin mühərriki işləmir, mühərrikdə yağ ilə su qarışır. İşə əlavə edilmiş nəqliyyat vəsitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X2 “Renault Clıo” minik markalı 99RU362 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini İddiaçı satmışdır. İşə əlavə edilmişxx.xx.2025-ci il tarixli 25 nömrəli nöqsan aktından görünür ki, İddiaçı məxsus Renault Clıo” minik markalı 99RU362 qeydiyyat nömrə nişanlı avtomobilin mühərriki servis tərəfindən yoxlanılmış, motorun boş yığılması, qalofkanın düzgün yığılmaması səbəbindən motorda su və yağ birbirinə qarışmışdır. Qalofkada yeyinti aşkarlanmamışdır. Mühərrikin zəhmət haqqı 600 manat təşkil etmişdir. İşə əlavə edilmiş "xxxx"MMC-nin arayışından görünür ki, İddiaçı məxsus Renault Clıo” minik markalı 99RU362 qeydiyyat nömrə nişanlı avtomobilə nöqsan aktına əsasən işçilərin zəhmət haqqı 600 manat, ehtiyat hissələri 1863 manat, ümumi məbləğ 2463 manat hesablanmışdır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cəllad qızı “Renault Clıo” minik markalı 99RU362 qeydiyyat nömrə nişanlı avtomobilinin motorunda problem yarandığınıdan avtomobili yoxlatmaq və düzəltdirmək üçün Cavabdeh yanına aparmışdır. Cavabdeh avtomobili düzəldiyini desə də, avtomobilin probleri aradan qalxmamışdır. Bundan sonra İddiaçı avtomobili yenidən müayinə etdirmişdir. Nəticədə avtomobilə nöqsan aktına əsasən əmək haqqı da daxil olmaqla 2463 manat ziyan hesablanmışdır. Lakin iddiaçı iddia ərizəsində cavabdehdən 1500 manat maddi ziyan tələb etmişdir. Onun iddia tələbinin həcminin artırılmasına dair ərizəsi qəbul edilməkdən imtina edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələb olunan məbləğdə yəni 1500 manat məbləğdə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.2-ci maddəsinə görə əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Mülki Məcəllənin 756.1-ci maddəsinə görə əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 756.2-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmədə cavabdeh tərəfindən müqavilə şərtlərinə tam əməl olunmaması və bununla əlaqədar iddiaçıya ziyan dəyməsi kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanuni və əsaslı hesab edir. Ona görə də iddia tələbi iddia ərizəsində göstərilən məbləğdə, yəni 1500 manat məbləğində təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh vurmuş ziyana görə 1500 (bir min beş yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 35 (otuz beş) manat alınıb İddiaçı Cəllad qızına verilsin. Qətnamədən tərəflərə onun surətini rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-41/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-41/2025
11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver