Məhkəmə qərarları › İş №2(020)-416/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-416/2024

02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-416/2024 02.04.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon məhkəməsinin 12 sentyabr 2019-ctı il tarixli, 2(020)-1287/2023 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş Ərdoğan adlı uşağın yetkinlik yaşma çatana kimi saxlanılması üçün ödədiyi 90 manat alimeutin miqdarının artırılaraq hər ay 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə ailə həyatı quraraq nikahlarını 28 noyabr 2018-ci ildə 3 saylı Bakı Asan Xidmət Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından 10 oktyabr 2020-ci ildə Ərdoğan adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-1287/2023 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, birgə nikahlarından anadan olan Ərdoğan adlı uşağı onun yanında saxlanılmaqla cavabdehdən həmin uşağın saxlanması üçün sabit pul məbləğində 90 manat və qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. İakin bir müddət sonra cavabdeh saxta şəkildə məhkəməyə təqdim eldiyi arayışa əsasən guya Bakı şəhərində yerləşən X1 məxsus Texniki servisdə məişət avadanlıqları və elektron cihazların təmiri üzrə usta işlədiyini və aylıq 350 manat əmək haqqı aldığını bildirmişdir. Hazırda işdən çıxmasına dair saxta arayış icra şöbəsinə təqdim edərək qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında kəsilən alimenti ödəməkdən yayınır. Belə ki, bir uşağın saxlanması üçün yalnız 90 manat aliment verməklə məhkəmə qətnaməsinin icrasından yayınır. Hazırki vəziyyətdə, 90 manat məbləğlə uşağı saxlamaqda çox çətinlik çəkir. Həmin məbləğlə uşağı saxlamağa, gündəlik tələbatlarını ödəməyə kifayət etmir. Odur ki, Beyləqan rayon məhkəməsinin 12 sentyabr 2019-ctı il tarixli, 2(020)-1287/2023 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş Ərdoğan adlı uşağın yetkinlik yaşma çatana kimi saxlanılması üçün ödədiyi 90 manat alimentin miqdarının artırılaraq hər ay 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan poçt xəbərnaməsindən görünür ki, Cavabdeh məhkəmə bildirişini xəbətnaməyə şəxsən imza etməklə almışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəməyə göndərdiyi teleqramadan göründüyü kimi məhkəmə iclasının vaxtı barədə məlumatı olduğundan cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materialına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 10 oktyabr 2020-ci ildə Ərdoğan adlı bir uşaqları anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-1287/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 28 noyabr 2018-ci ildə 3 saylı Bakı Asan Xidmət Qeydiyyat şöbəsində qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olan Ərdoğan adlı uşağın İddiaçı yanında saxlanılmaqla Cavabdeh həmin uşağın saxlanması üçün sabit pul məbləğində 90 manat və qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 10 noyabr 2020-ci ildə Ərdoğan adlı bir uşaqları anadan olmuşdur. Uşaq hazırda iddiaçının himayəsində yaşayır. Tərəflərin ailə münasibətləri pozulduğundan ayrılmışlar. Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-1287/2023 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 28 noyabr 2018-ci ildə 3 saylı Bakı Asan Xidmət Qeydiyyat şöbəsində qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından anadan olan Ərdoğan adlı uşağın İddiaçı yanında saxlanılmaqla Cavabdeh həmin uşağın saxlanması üçün sabit pul məbləğində 90 manat və qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı uşağını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaq böyüdükcə onun gündəlik xərci, maddi tələbatı get-gedə artmaqdadır. Cavabdeh isə uşağın saxlanması üçün iddiaçıya heç bir əlavə köməklik göstərmir. Hazırda cavabdehin işdən çıxması və yalnız hər ay sabit pul məbləğində 90 manat aliment ödədiyi müəyyən edilmişdir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdehin hazırda işləmədiyi, gündəlik işlərlə məşğul olması və onun konkret rəsmi iş yeri olmadığı müəyyən edildi. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşağın böyüməsi və gündəlik xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. Bütün bu halları, yəni uşağın əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi vəziyyətini nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Beyləqan rayon məhkəməsinin 12 sentyabr 2019-ctı il tarixli, 2(020)-1287/2023 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş Ərdoğan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödədiyi 90 manat alimentin miqdarının dəyişdirilərək hər ay 190 manat məbləğində müəyyən edilməklə atrırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan rayon məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(020)-1287/2023 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş Ərdoğan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş 90 manat alimentin miqdarı dəyişdirilərək hər ay 190 (yüz doxsan) manat məbləğində müəyyən edilməklə artırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh 42.80 (qırx iki manat səksən qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar