Məhkəmə qərarları › İş №2(020)-42/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-42/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-42/2024 27.02.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə Cavabdeh vəkili Vəkil iştirakı ilə İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC məhkəmədə Cavabdeh 4634.50 manat əsas, 1042.74 manat faiz, 27.71 manat cərimə, cəmi 5704.95 manat və 77.05 manat dövlət rüsumu "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərmişdi ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “"xxxx" KB ASC-ti tərəfindən Cavabdeh kredit müqaviləsinə əsasən illik 29.5 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 4900 manat məbləğində kredit verilmişdir. Buna baxmayaraq həmin müddət ərzində müştəri müqavilə şərtlərini pozaraq ödənişini tamamlamayıb və onun həmin müqavilə üzrə 4634.50 manat əsas, 1042.74 manat faiz, 27.71 manat cərimə, cəmi 5704.95 manat məbləğində məbləğində borcu yaranmışdır. Ona görə də, Cavabdeh 4634.50 manat əsas, 1042.74 manat faiz, 27.71 manat cərimə, cəmi 5704.95 manat borcun və 77.05 manat dövlət rüsumunun "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh vəkili Vəkil iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" KB ASC-i tərəfindən Cavabdeh kredit müqaviləsinə əsasən illik 29.5 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 4900 manat məbləğində kredit verilmişdir. "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti iş üzrə əsas borc və faiz pulunu artıq hesablamışdır. İddia ərizəsində göstərilən məbləğlə razı deyildir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" KB ASC-i tərəfindən Cavabdeh kredit müqaviləsinə əsasən illik 29.5 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 4900 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə görə Bu müqaviləyə görə Borcverən Borcalana 36 (otuz altı) ay müddətinə, xx.xx.2025 il tarixinədək illik 29.5 (iyirmi doqquz tam onda beş) faiz (faktiki illik faiz dərəcəsi 33.6) ödəmək şərtilə 4900.00 (dörd min doqquz yüz manat) manat məbləğində krediti Borcalanın mülkiyyətinə verir və Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit ödənişinin aylıq məbləği və aylıq müddəti bu müqavilədə göstərilən ödəniş cədvəli ilə müəyyən olunur. Cavabdehin vəkili əvvəlki məhkəmə iclasında iştirak etmiş və iddianı qəbul etmdiyini, "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehə qarşı olan iddia ilə razı olmadığını, əsas və faiz borcunun çox hesablandığını bildirmiş və ona görə də məhkəmə mühasibatlıq ekspertizası təyin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehin vəkili Vəkil vəsatəti əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2024-cü il tarixli rəyin nəticə hissəsindən görünür ki, Cavabdeh ilə "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin arasında bağlanmış xx.xx.2022-ci il tarixli 15115nkNFTb/22 №-li kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə kredit borcu əsas borc üzrə 4694.92 manat, faiz borcu üzrə 1014.95 manatdır. Cavabdeh iddiaçı təşkilatdan kredit götürməsi onun müqavilə şərtlərinə əməl etməməsi və bunun nəticəsində borc yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Lakin məhkəmə hesab edir ki, iş üzrə alınmış eksperiza rəyində kredit borc əsas borc üzrə 4694.92 manat göstərilməsinə baxmayaraq iddiaçı təşkilat iddia həcminin artırılması barədə məhkəməyə ərizə təqdim etmədiyindən əsas borc iddia ərizəsində tələb edilən məbləğdə yəni, əsas borc üzrə 4634.50 manat məbləğində, faiz borcü isə ekspert rəyində göstərilən 1014.95 manat məbləğində, cərimə borcu üzrə 27.71 manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” Həmin Məcəllənin 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Cavabdeh iddiaçı təşkilatdan kredit götürməsi, onun müqavilə şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləği münasib olaraq cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4634.5 manat əsas, 1042.74 manat faiz, 27.71 manat cərimə olmaqla cəmi 5704.95 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 77.05 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4634.50 manat əsas, 1014.95 manat faiz, 27.71 manat cərimə olmaqla cəmi 5677.16 (beş min altı yüz yetmiş yeddi manat on altı qəpik) manat kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 77.05 (yetmiş yeddi manat beş qəpik) manat tutulub "xxxx" Kommersiya Bankı ASC xeyrinə ödənilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 100 (bir yüz) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar