Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-433/2025 14.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin tutulmasının dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan Apelyasiya Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(106)-640/2020 saylı qətnaməsinə əsasən xx.xx.2017-ci ildə anadan olmuş Şərqiyyə və xx.xx.2019-cu ildə anadan olmuş Zaur adlı uşağın saxlanması üçün cavabdehdən tutulan hər ay cavabdehin qazancının və başqa növ gəlirlərinin 1/3 hissəsi həddində alimentin tutulmasının dəyişdirilərək, sabit pul məbləğində hər ay hər uşağa görə 246 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh ilə nikahlarını 06 iyun 2016-ci il tarixdə rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2017-ci ildə Şərqiyyə, 17 03 2019-cu il tarixdə Zaur adlı uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar, Beyləqan Rayon Məhkəıməsinin 10 oktyabr 2019-cu il tarixli 2(020)-1510/2019 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin 20 fevral 2020-cı il tarixli 2(106)-640/2020 saylı qətnəməsinə əsasən uşaqlar onun himayəsinə verilmiş və xx.xx.2017-ci ildə anadan olmuş Şərqiyyə və xx.xx.2019-cu ildə anadan olmuş Zaur adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi həddində alimentin alınıb ona ödənilməsi qət edilmişdir. Cavabdeh hazırda işdən çıxmış və qazancı hazırda qeyrı-müntəzəmdir. Cavabdeh hazırda fərdi əməklə məşğul olur. Cavabdehin köməkliyi və yardımı olmadan uşaqlarını saxlamaqda çox çətinlik çəkir. Cavabdeh bir neçə aydır işdən çıxdığı üçün aliment ödəmir. Hazırkı iqtisadi vəziyyətlə əlaqədar olaraq uşaqlarını cavabdehin köməyi olmadan saxlaya bilmir. Odur ki, Şirvan Apelyasiya Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(106)-640/2020 saylı qətnaməsinə əsasən xx.xx.2017-ci ildə anadan olmuş Şərqiyyə və xx.xx.2019-cu ildə anadan olmuş Zaur adlı uşağın saxlanması üçün cavabdehdən tutulan hər ay cavabdehin qazancının və başqa növ gəlirlərinin 1/3 hissəsi həddində alimentin tutulmasının dəyişdirilərək, sabit pul məbləğində hər ay hər uşağa görə 246 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh vəkalətli nümayəndəsi Nümayəndə iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, oğlu Cavabdehlə İddiaçı birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Oğlu ilə Maralın xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Oğlu əvvəllər hərbidə işləmiş və hər ay əmək haqqının üçdə biri miqdarıda iddiaçıya aliment ödəmişdir. Hazırda oğlu işdən çıxmışdır. Heç bir yerdə işləmir, ailəlidir, başqa qadından iki uşağı vardır. Oğlu iki uşaq üçün 300 manat aliment ödəyə bilər. Çünki hazırda xəstədir, ağır işlədə işləyə bilmir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamələrdən çıxarışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci ildə Şərqiyyə, xx.xx.2019-cu ildə Zaur adlı uşaqları anadan olmuşdur. İşdə olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X11 arasındakı nikaha xx.xx.2019-cu ildə xitam verilmişdir. İşdə olan Beyləqan Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(020)-1510/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X11 arasında 06 iyun 2016-cı il tarixdə Beyləqan rayonu 2-ci Aşıqlı kənd icra nümayəndəliyində bağlanmış nikah pozulmuş, xx.xx.2017-cı ildə anadan olmuş X4 və xx.xx.2019-cu ildə anadan olmuş X8 adlı uşaqların ataları Cavabdeh himayəsində saxlanılması qət edilmişdir. İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin 20 fevral 2020-cı il tarixli 2(106)-640/2020 saylı qətnəməsindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(020)-1510/2019 saylı qətnaməsi xx.xx.2017-ci ildə anadan olmuş X4 və xx.xx.2019-cu ildə anadan olmuş X8 adlı uşaqların ataları Cavabdeh himayəsində saxlanılması hissəsində ləğv edilmiş, Cavabdeh X11 ilə birgə nikahlarından xx.xx.2017-ci ildə anadan olmuş X4 və xx.xx.2019-cu ildə anadan olmuş X1 Maral Qabil qızının himayəsində saxlanılması, Cavabdeh xx.xx.2017-ci ildə anadan olmuş X4 alınaraq X10 verilməsi, Cavabdeh xx.xx.2019-cu ildə anadan olmuş X2 üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi, xx.xx.2017-ci ildə anadan olmuş X3 Cavabdeh alınaraq X10 verildiyi vaxtadan hesablanmaqla iki nəfər uşağın saxlanması üçün ayda qazancının və başqa gəlirlərinin 1/3 hissəsi həddində aliment tutularaq X10 verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh nikahlarını 06 iyun 2016-cı il tarixdə rəsmiləşdirərək ailə qurmuşlar və birgə nikahlarından xx.xx.2017-ci ildə Şərqiyyə, 17 03 2019-cu il tarixdə Zaur adlı uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan Rayon Məhkəıməsinin 10 oktyabr 2019-cu il tarixli 2(020)-1510/2019 saylı qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin 20 fevral 2020-cı il tarixli 2(106)- 640/2020 saylı qətnəməsinə əsasən Beyləqan Rayon Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli, 2(020)- 1510/2019 saylı qətnaməsi xx.xx.2017-ci ildə anadan olmuş X4 və xx.xx.2019-cu ildə anadan olmuş X8 adlı uşaqların ataları Cavabdeh himayəsində saxlanılması hissəsində ləğv edilmiş, Cavabdeh X11 ilə birgə nikahlarından xx.xx.2017-ci ildə anadan olmuş X4 və xx.xx.2019-cu ildə anadan olmuş X1 Maral Qabil qızının himayəsində saxlanılması, Cavabdeh xx.xx.2017-ci ildə anadan olmuş X4 alınaraq X10 verilməsi, Cavabdeh xx.xx.2019-cu ildə anadan olmuş X2 üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi, xx.xx.2017-ci ildə anadan olmuş X3 Cavabdeh alınaraq X10 verildiyi vaxtadan hesablanmaqla iki nəfər uşağın saxlanması üçün ayda qazancının və başqa gəlirlərinin 1/3 hissəsi həddində aliment tutularaq X10 verilməsi qət edilmişdir. Hazırda cavabdeh işdən çıxarılmışdır. İddiaçı uşaqlarını saxlamaqda çətinlik çəkir. Uşaqlar böyüdükcə onların gündəlik xərcləri, maddi tələbatları get-gedə artmaqdadır. Cavabdeh isə uşaqların saxlanması üçün iddiaçıya aliment ödəmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli 15 nömrəli Qərarına əsasən 8.4-cü bəndə 8.4-1-ci yarımbənd əlavə edilmiş, həmin bəndə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə hesab edir ki, azyaşlı uşaqların saxlanması üçün cavabdehdən aliment sabit pul məbləğində tutulmalıdır. Cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə 2025-ci ildə daxil olduğundan alimentin sabit pul məbləğində tutulması 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinə müvafiq təyin edilməlidir. Məhkəmə iddiaçının yanında qalan iki nəfər azyaşılı uşağın əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi imkanını nəzərə alaraq aliment hər ay sabit pul məbləğində 190 manat müəyyən edilməlidir. Həmin məbləğ də hər bir uşağa görə minimum əmək haqqı məbləğinin 0,47 mislini təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(106)- 640/2020 saylı qətnaməsinə əsasən xx.xx.2017-ci ildə anadan olmuş Şərqiyyə və xx.xx.2019-cu ildə anadan olmuş Zaur adlı uşağın saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan hər ay cavabdehin qazancının və başqa növ gəlirlərinin 1/3 hissəsi həddində alimentin tutulması dəyişdirilib, xx.xx.2017-ci ildə anadan olan Şərqiyyə adlı uşağa görə minimum əmək haqqı məbləğinin 0,47 mislində, və xx.xx.2019cu ildə anadan olan Zaur adlı uşağa görə minimum əmək haqqı məbləğinin 0,47 mislində sonrakı artımlar nəzərə alınmaqla sabit pul məbləğində aliment tutulub həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(106)-640/2020 saylı qətnaməsinə əsasən xx.xx.2017-ci ildə anadan olmuş Şərqiyyə və xx.xx.2019-cu ildə anadan olmuş Zaur adlı uşaqların saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan hər ay cavabdehin qazancının və başqa növ gəlirlərinin 1/3 hissəsi həddində alimentin tutulması dəyişdirilsin, xx.xx.2017-ci ildə anadan olan Şərqiyyə adlı uşağa görə minimum əmək haqqı məbləğinin 0,47 mislində, və xx.xx.2019-cu ildə anadan olan Zaur adlı uşağa görə minimum əmək haqqı məbləğinin 0,47 mislində sonrakı artımlar nəzərə alınmaqla sabit pul məbləğində aliment tutulub həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 65.60 (altmış beş manat altmış qəpik) manat alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-433/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-433/2025
14.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver