Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-44/2024 17.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh, xx.xx.1990-cı ildə Beyləqan rayonu Dünyamalılar kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan Cavabdeh borc aldığı puldan qaytarmadığı 6400 (altı min dörd yüz) manatın və dövlət rüsumu kimi ödədiyi 84 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasına iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəməyə iclasına gəlməmiş. Vəkil məhkəməyə ərizə göndərərək işin baxılmamış saxlanılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh işin baxılmamış saxlanılmasına razı olmadığını bildirmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Ona görə də məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan işə mahiyyəti üzrə baxmağı mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsindən görünür ki, Beyləqan rayonu Dünyamalılar kənd sakini, hərbiçi kimi əvvəllər tanıdığı Cavabdeh 2019-cu ilin oktyabr ayının 18-də təcili ehtiyacı olduğu üçün ondan 12000 (on iki min) manat borc pul götürərək, öz xətti ilə qəbz yazaraq imzalamışdır. Həmin borcu bir ay müddətinə qaytaracağı barədə söz vermişdir. Həmin borcdan 2021-ci ilin aprel ayınadək hissə-hissə olmaqla 5600 manat pul qaytarmışdır, sonradan qalan pulu qaytarmaqdan boyun qaçırmışdır. O, məcburiyyət qarşısında qalaraq cavabdehin xidmət etdiyi N saylı hərbi hissənin yerləşdiyi Xocavənd Rayon Məhkəməsində iddia qaldırmışdır. Lakin cavabdehin qeydiyyat yeri Beyləqan rayonu olduğuna görə o, ərizənin baxılmamış saxlanılması barədə ərizə yazaraq, sənədləri geri götürmüşdür. Lakin hal-hazırki vaxtadək cavabdeh borcunu ödəməkdən yayınır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki borclu Astanov üzərinə götürdüyü ohdəliyi yerinə yetirməmişdir. Odur ki, Cavabdeh borc aldığı puldan qaytarmadığı 6400 (altı min dörd yüz) manatın və dövlət rüsumu kimi ödədiyi 84 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddanı qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X1 Rayon Məhkəməsində ona qarşı pul tələbi olaraq idda qaldırmışdır. O, Əzizov Vəliyəddindən xx.xx.2019 cu il tarixdə 2000 manat sələm olaraq pul almışdır. Bir il ərzində 15 %-dən yəni ayda 300 manat olmaqla cəmi 3600 manat sələm olaraq və pulun əsas hissəsi 2000 manatı, cəmi idda ərzəsində özü qeyd etdiyi kimi 5600 pulu qaytarıb ödəmişdır. Pulu ödədikdən sonra Vəliyəddinə yazıb verdiyi qəbzi ondan istəmiş, lakin Vəliyəddin həmin qəbzin onda olmadığını, gətirib qaytaracaqını bildirmişdir. Sonradan Vəliyəddin qəbzin hec bir mənasının olmadığını, onsuzda onun pulu qaytardığını ona demişdir. Ondan sonra dəfələrlə tələb etsədə, Vəliyəddindən qəbzi ala bilməmişdir. Üzərindən bir müddət keçdikdən, yəni təxminən 1 il sonra Əzizov Vəliyəddinə yazıb verdiyi kağızdakı "2000" rəqəminin qarşısına "1" artıraraq "12000" kimi düzəltmiş və qəbz deyilən bir kağızı saxtalaşdırmış və ona qarşı Xocəvənd Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin vaxtı onun tələbinə əsasən ekspertiza təyin edilmiş, onun xətt və imza nümunələri götürülərək ekspertiizaya təqdim edilmişdir. Ekspertizanın rəyi ilə həqiqətən də “1” rəqəminin sonradan yazıldığı müəyyən olunmuşdur. Vəliyəddin bunu görüb iddianın baxılmamış saxlanılması ilə bağlı Xocəvənd Rayon Məhkəməsinə ərizə vermiş və məhkəmənin qərarı ilə iddia baxılmamış saxlanmışdır. Bundan sonra o, əsasız olaraq Beyləqan Rayon Məhkəməsinə hazırkı iddia ilə müraciət etmişdir. Onun vəsatətinə əsasən yenidən ekspertiza təyin edilmiş və ekspertizanın rəyi ilə “1” rəqəminin həmin rəqəmlərin qarşısına sonradan elavə edildiyi məlum olmuşdur. X7 hec bir borcu qalmamışdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. İşə əlavə olunmuş 1 ədəd kağızda olan qəbizdən görünür ki “Cavabdeh X2 borc olaraq 12000 götürdüm, bir aya qaytarmağa söz verirəm. Aslanov imza xx.xx.2019” sözləri yazılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktaybr 2021-ci il tarixli 4/1316 nömrəli rəyindən görünür ki Xocavənd Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərardadına əsasən iş üzrə təyin olunmuş məhkəmə-xətşunaslıq ekspertizası mülki işin 7-ci vərəqində olan Cavabdeh ilə X4 adlarında 18 oktyabr 2019-cu il tarixli qəbzdə “1” rəqəmindən başqa yazıları və “Astanov.imza” yazıları qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmasını, lakin “1” rəqəminin Cavabdehn oğlu və ya başqa şəxs tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin ikinci bəndində göstərilən səbəbə görə müəyyən etmək mümkun olmadığı barədə rəy verilmişdir. İddiaçı hazırki mülki iş üzrə əvvəlki məhkəmə iclasında vəsatət verərək iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Məhkəmənin 06 dekabr 2023-cü il tarixli 2(02)-1692/2023 saylə qəradadı ilə iş üzrə İddiaçı vəsatəti təmin edilmiş və məhkəmənin həmin tarixli qərardadı ilə məhkəmə-xətşunaslıq ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli rəyin nəticə hissəsindən görünür ki, xx.xx.2019-cu il tarixli qəbzin 3-cü sətrində olan “12000” rəqəmlərindəki “1” rəqəmi həmin rəqəmlərin qarşısına sonradan əlavə edilmişdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcələnin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcələnin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehə borc olaraq 2000 manat pul verməsini cavabdeh özü də etiraf etmişdir. Lakin iddiaçının cavabdehə 12000 manat borc verməsi ilə bağlı hər hansı bir yazılı sənəd təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi qəbzdəki “1” rəqəminin sonradan həmin qəbzə əlavə edilməsi ekspertiza rəyi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə iddaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar məhkəmə iclasında sübuta yetirilməmişdir. Əksinə cavabdehin iddianın əsassız olmağına dair etirazları işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər təsdiq olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsassızlığı müəyyən edildiyinə görə iddiaçı tərəfindən ödənilən 84 (səksən dörd) manat dövlət rüsumu özünə aid edilməlidir. Həmçinin iş üzrə ekspertriza tədqiiqatının dəyərinin təşkil edən 200 (iki yüz) manat iddiaçıdan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı borc aldığı puldan qaytarmadığı 6400 (altı min dörd yüz) manat tələbinə dair iddası əsassız olduğundan rədd edilsin. İddaçının dövlət rüsumu kimi odədiyi 84 (səksən dörd) manat özünə aid edilsin. İş üzrə ekspertriza tədqiiqatının dəyərinin təşkil edən 200 (iki yüz) manat İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(020)-44/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-44/2024
17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver