Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-462/2025 06.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 31-TK-2-0-367-24 nömrəli kredit müqaviləsi üzrə banka 469,09 manat əsas borc, 52,80 manat faiz borcu və 1,06 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 522,95 manat, xx.xx.2024-cü il tarixli, 31-Y-2-0-367-24 nömrəli kredit müqaviləsi üzrə 15077.67 manat əsas borc, 1186 manat faiz borcu və 2,81 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 16266,48 manat borcun və 140,37 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 31- TK-2-0-367-24 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 48 ay müddətinə 500 AZN kredit götürmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3l-Y-2-0-367- 24 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17.5 faizlə 48 ay müddətinə 15300 AZN kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il noyabrın 20-dək Cavabdeh banka xx.xx.2024-cü il tarixli, 31-TK-2-0-367-24 nömrəli kredit müqaviləsi üzrə 469.09 manat əsas borc, 52.8 manat faiz borcu və 1.06 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 522.95 manat borcu vardır. 2024-cü il noyabrın 20-dək Cavabdeh banka xx.xx.2024-cü il tarixli, 3l-Y-2-0-367-24 nömrəli kredit müqaviləsi üzrə 15077,67 manat əsas borc, 1186 manat faiz borcu və 11,24 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 16274,91 manat borcu vardır. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3l-Y-2-0-367-24 nömrəli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 11,24 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 2,81 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi Mirumud Seyidov məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-cü il tarixli, 31-Y-2-0-367-24 saylı xx.xx.2024-cü il tarixli Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə dair Razılaşmadan görünür ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında illik 17,5% olmaqla 48 ay müddətə borcluya 15300 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, 31-Y-2-0-367-24 saylı kredit müqaviləsinə 1 saylı əlavənin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 445,45 manat olmaqla, xx.xx.2028-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. 20 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024cü il tarixli 31-Y-2-0-367-24 saylı Kredit müqaviləsi üzrə 15077,67 manat əsas borc, 1186 manat faiz borcu və 12,24 manat cərimə borcu olmaqla, cəmi 15077,67 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli kartın təhvil təslim aktından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə kart təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli, 31-TK-2-0-367-24 saylı xx.xx.2024-cü il tarixli Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə dair Razılaşmadan görünür ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında illik 25% olmaqla 48 ay müddətə borcluya 500 manat məbləğində kredit verilmişdir. 20 noyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024cü il tarixli 31-TK-2-0-367-24 saylı Kredit müqaviləsi üzrə 469,09 manat əsas borc, 52,80 manat faiz borcu və 1,06 manat cərimə borcu olmaqla, cəmi 522,95 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə xx.xx.2024-cü il tarixli Kredit müqavilələrinə əsasən götürülmüş öhdəliklərin icra edilməməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında kredit müqaviləsi üzrə -742.5 və 742.5.2-ci maddələrinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixli, 31-TK-2-0-367- 24 nömrəli kredit müqaviləsi üzrə 469,09 manat əsas borc, 52,80 manat faiz borc və 1,06 manat cərimə borcu olmaqla, cəmi 522,95 manat və xx.xx.2024-cü il tarixli, 31-Y-2- 0-367-24 nömrəli kredit müqaviləsi üzrə 15077,67 manat əsas borc, 1186 manat faiz borcu və 2,81 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 16266,48 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 140,37 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 31-TK-2-0-367-24 nömrəli kredit müqaviləsi üzrə 469,09 (dörd yüz altmış doqquz manat 09 qəpik) manat məbləğində əsas borc, 52,80 (əlli iki manat 80 qəpik) manat məbləğində faiz borcu və 1,06 (bir manat 06 qəpik) manat məbləğində cərimə borcu, xx.xx.2024-cü il tarixli, 31-Y-2-0-367-24 nömrəli kredit müqaviləsi üzrə 15077,67 (on beş min yetmiş yeddi manat 67 qəpik) manat məbləğində əsas borc, 1186 (bir min yüz səksən altı) manat məbləğində faiz borcu və 2,81 (iki manat 81 qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 16789,43 (on altı min yeddi yüz səksən doqquz manat 43 qəpik) manat məbləğində pul vəsaiti və 140,37 (yüz qırx manat 37 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №2(020)-462/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-462/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver