Məhkəmə qərarları › İş №2(020)-485/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-485/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-485/2024 17.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3800 manat borc pulun, və dövlət rüsumuna görə ödənilmiş 48 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, 2022-ci ilin iyul ayında Cavabdeh1 Mirmehdi qızının qardaşının evini 14000 manata almağa razılaşmışdır. Mətanət və onun oğlu Cavabdeh2 ilkin olaraq 6800 manat pul vermişdir. Bundan sonra aldığı evdə yaşamağa başlamışdır. Qalan pulu isə evi sənədləşdirəndən sonra verməyə razılaşmışdır. O müddət ərzində dəfələrlə cavabdehlərdən evi sənədləşdirməyi tələb etmişdir. Lakin cavabdehlər evi sənədləşdirə bilmədiklərini bildirmişdilər. Bu səbəbdən aralarında söz söhbət yaranmışdır. Cavabdehlər onu ailəsi ilə bilrikdə evdən çıxartmışlar. Cavabdeh2 ondan aldıqları pulun əvvəl 2000 manatını qaytarmışdır. Cavabdeh pulu qaytarakən aralarında qəbz hazırlamışlar və Cavabdeh2 həmin qəbzə imza etmişdir. Həmin qəbz hazırda ərizəsinə əlavə etmişdir .Bundan sonra da Cavabdeh2 həmin pulun 1000, sonra isə 250 manat da ödəmişdir. Hazırda qalıq qalmış məbləğ 3550 manat təşkil edir. Cavabdehlər qalan pulun tez zamanda qaytarmağı öhdələrinə götürsələr də, bu günə kimi ohdəliyə əməl etməmişlər. Ona görə də Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3550 manat pulun və ödənilmiş 48 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, 2022-ci ildə dayısı özünə məxsus olan 5 sot torpağı və orda olan 2 otaqlı fərdi yaşayış evinu satdığa qoymuşdur və iddiaçı maklər ilə telefon vasitəsi ilə dayısı ilə əlaqə saxlayaraq həmin torpağı almaq istəməyini bildirmişdir. Dayısı Bakı şəhərində yaşadığına görə pulun alınıb ona verilməsin xahiş etmişdir. Torpağınvə evin qiymətini 14000 manata razılaşmışlar. İddiaçı 14000 manat puldan 6800 pul verib, sonra qalanın hissə hissə ödəmək razılığına gəlimişdilər. O, anası Cavabdeh1 iştrakı ilə həmin pulu iddiaçıdan alıb 3000 manatın dayısına yolamışdır, qalan hissəsin isə torpaq sənədlərin düzəldilməsi üçün xərcləmişdir. Lakin iddiaçı 7-8 ay həmin evdə qalandan sonra, evi istəmədiyini bildirmişdir və verdiyi pulun qaytarılmasını tələb etmişdir. O, həmin puldan 2000, 1000 və 250 manat iddiaşıya qaytarmış, maddi imkanı olmadığından qalan pulu qaytara bilməmişdir. İddiaçı tərəfindən pul ona verilmiş, anasının hec bir iştrakı olmamışdır. İddiaçıya qalan məbləği gələcəkdə hissə-hissə ödəyəcəkdir. İddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər göndərdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdeh2 İddiaçı olan 6800 borcundan 2000 manatını vermiş, qalan hissəsini isə qısa müddətdə odəyəcəyi barədə verdiyi qəbzi imzası ilə təsdiq etmişdir. Bundan sonra isə iddaiçıya 1000 və 250 manat vermişdir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 3550 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia Cavabdeh1 qarşı rədd edilməlidir. Belə ki, işə əlavə edilmiş Cavabdeh2 tərəfindən verilmiş qəbzdən görünür ki, o, həmin vaxt İddiaçı borc olaraq 6800 manat pul aldığını göstərmiş, ondan 2000 manat qaytarmış, və qalan borcu qısa müddət ərzində qaytaracağına söz vermişdir. Əslində isə həmin borc iddaiçı tərəfindən cavabdehin dayısına məxsus evi almaqdan ötrü Cavabdeh2 verilən pul olmuşdur. Cavabdeh2 həmin pulun bir hissəsini sonradan qaytarmış, 3550 manat borc qalmışdır. Cavabdeh özü də həmin borcu məhkəmədə etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Adıçəkilən Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir Borca görə Cavabdeh2 tərəfindən verilən borc sənədinin iddiaçıda olması da cavabdeh tərəfindən borcun qaytarılmaması qənaətinə gəlməyə əsas verir. Belə olan halda məhkəmə hesab edir ki, iddia Cavabdeh2 qarşı əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia Cavabdeh1 qarşı əsaslı sayıla bilməz. Çünki iddiaçı bununla bağlı məhkəməyə kifayət qədər sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında pulun Cavabdeh2 tərəfindən alınması müəyyən olunmuşdur. İddia Cavabdeh2 qarşı qismən təmin edildiyindən MPM-nın 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumuna görə 45 manat Cavabdeh2dan alınıb iddiaçıya ödənilməlidir. Qalan 3 manat iddiaçını özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 3550 (üç min beş yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 45 (qırx beş) manat pul alınıb İddiaçı verilsin. Dövlət rüsumuna görə ödənilmiş 3 (üç) manat İddiaçı aid edilsin. İddia Cavabdeh1 qarşı rədd edilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar