Məhkəmə qərarları › İş №2(020)-486/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-486/2024

11.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-486/2024 11.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Birinci iddia üzrə iddiaçı ikinci iddia üzrə cavabdeh- İddiaçı, Birinci iddia üzrə cavabdeh ikinci iddia üzrə iddiaçı- Cavabdeh, İkinci iddia üzrə cavabdeh- X11 iştirakı ilə, Birinci iddia üzrə iddiaçı ikinci iddia üzrə cavabdeh İddiaçı birinci iddia üzrə cavabdeh ikinci iddia üzrə iddiaçı Cavabdeh qarşı Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən evindən əmlakların çıxarılması, Birinci iddia üzrə cavabdeh ikinci iddia üzrə iddiaçı Cavabdeh birinci iddia üzrə iddiaçı ikinci iddia üzrə cavabdeh İddiaçı və cavabdeh X15 qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Birinci iddia üzrə iddiaçı ikinci iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yerləşən ona məxsus yaşayış evindən cavabdeh X3 məxsus əşyalarının , yəni işlənmiş vəziyyətdə olan yataq dəsti , yataq kravatı şifoner, xalça balaca, işıqlandırıcı-çıraq elektriklə, stol və 6 ədə stııl, çil çıraq 1 ədəd, divar saatı 1 ədəd, servant, güldan 1 ədəd, yorğan 1 ədəd,doşək 3 ədəd, yastıq 4 ədəd,yastıq balaca 3 ədəd, döşək balaca 4 ədəd və mütəkkə blaca 2 ədəd,pərdə 1 ədəd , pakraval lədəd, kukla işlənmiş 5 ədəd, güldan balaca 1 ədəd, bagima dəsti , çay dəsti 1 ədəd, yemək dəsti 1 ədəd, şirniyyat dəsti 1 ədəd, qaşıq dəsti 1 ədəd, tək çaynik,tort qabı, obedni serviz, qrafınka və 2 ədəd stəkanı balaca, çay çaşkası, kruşka 1 ədəd , kompot stəkanı 9 ədəd, tək vaz, külqabı 1 ədəd, duz qabı 6 ədəd, kompot stəkanı 5 ədəd, araq stəkanı 6 ədəd, çıraq 1 ədəd, qənt qabı 1 böyük, 3 ədəd balaca, konfet qabı 5 ədəd balaca, ləpə qabı çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci iddia üzrə cavabdeh ikinci iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəi ilə məhkəməyə müraciət edərək ona məxsus olan və cavabdehlər tərəfindən mənimsənilərək Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən mənzildə saxlanılan cehiz və qızıl-zinət əşyalarının (naturada qaytarılması mümkün olmadıqda isə dəyərinin pul ilə ödənilməsi) cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beyləqan rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, e-2(020)656/2024-cü il tarixli qərardadına əsasən iddaiçı Cavabdehlər İddiaçı və X15 qarşı əmlak tələbinə tələbinə dair 2(02)-656/2024 saylı mülki iş İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus əmlakların onun mülkiyyətində olan Beyləqan rayon 1-ci Şahsevən kəndində yerləşən evində çıxarılmasına dair 2(020)-486/2024 saylı mülki işə birləşdirilmişdir. Məhkəmə iclasında birinci iddia üzrə iddiaçı ikinci iddia üzrə cavabdeh İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, oğlu X20 cavabdeh X5 ilə nikahlarını rəsmi qeydə aldırmaqla evlənmişlər və birgə nikahlarından bir uşaqları anadan olmuşdur. Elşənlə Səbinənin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Onun Beyləqan rayonunun 1-ci Şahsevən kəndində evi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyeystri xidmətinin Beyləqan Ərazi İdarəsinin Reyestr nömrəsi **********88 Çıxarışla ilə Beyləqan rayon 1-ci Şahsevən kəndində yerləşən qeyri yaşayış binası mülkiyyətinə verilmişdir. Cavabdeh həmin evə gəlin gəlmişdir. Həmin evdə ailəlikcə yaşayırlar. Səbinə uzun müddətdir ki, çıxıb atası evinə getmişdir. Səbinənin cehiz əşyaları onun evində yer tutur və yaşamaq çətinləşir. Çünki, cavabdeh əmlakların onun evində olması onun normal yaşayışına maneəçilik törədir. Evini təmir etmək istəyir, lakin cavabdehin orada olan xırda cehizləri iş görməyə maneəçilik törədir. Cavadehin əşyalarıda evdə yer tutur. Cavabdehdən və valideynlərindən dəfələrlə şifahi və yazılı müraciət edərək cehizlərinin çıxmasını tələb etsədə çıxarmırlar. Aidiyyəti orqanlara müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Evdə subay oğlanları var və onların evlənmələri üçün evdə şərait yaranmalıdır. Həmçinin əmlaklar evdə bağlı havasız qalaraq məhv olurlar. Cavabdeh yalan deyir, ona 10000 manatlıq qızıl alınmamışdır. Səbinənin qızılları onlarda qalmamışdır. Səbinənin qızllları satıb satmamasından xəbəri yoxdur. Toy vaxtı Səbinəyə qızıl-zinət əşyaları almışlar. Həmin qızlllar Səbinədə olmuşdur. Hətta o, oğlundan şikayət edərkən həmin qızıllardan özü tərəfindən satıldığını qeyd etmişdir. Ona kimlər tərəfindən qızıl hədiyyə olunmasını bilmir. Əmlaklar müxtəlif vaxtlarda qiymətləndirilmişdir. Səbinəyə verilmiş rəydə qiymətlər şişirdilmiş qeyd edilmişdir. Onun özü də əmlakları qiymətləndirmişdir. Mütəxəsis əmlakları yerində görüb hazırkı bazar dəyərində qiymətləndirmə rəyi hazırlamışdır. Odur ki, Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yerləşən ona məxsus yaşayış evindən cavabdeh X3 məxsus əşyalarının , yəni işlənmiş vəziyyətdə olan yataq dəsti , yataq kravatı şifoner, xalça balaca, işıqlandırıcı-çıraq elektriklə, stol və 6 ədə stııl, çilçıraq 1 ədəd, divar saatı 1 ədəd, servant, güldan 1 ədəd, yorğan 1 ədəd,doşək 3 ədəd, yastıq 4 ədəd,yastıq balaca 3 ədəd, döşək balaca 4 ədəd və mütəkkə blaca 2 ədəd,pərdə 1 ədəd, pakrava ll ədəd, kukla işlənmiş 5 ədəd, güldan balaca 1 ədəd, bagima dəsti , çay dəsti 1 ədəd, yemək dəsti 1 ədəd, şirniyyat dəsti 1 ədəd, qaşıq dəsti 1 ədəd, tək çaynik,tort qabı, obedni serviz, qrafınka və 2 ədəd stəkanı balaca, çay çaşkası, kruşka 1 ədəd , kompot stəkanı 9 ədəd, tək vaz, külqabı 1 ədəd, duz qabı 6 ədəd, kompot stəkanı 5 ədəd, araq stəkanı 6 ədəd, çıraq 1 ədəd, qənt qabı 1 böyük, 3 ədəd balaca, konfet qabı 5 ədəd balaca, ləpə qabının evindən çıxarılması, Cavabdeh isə qızıl tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci iddia üzrə cavabdeh ikinci iddia üzrə iddiaçı Cavabdeh iddiasını müdafiə edərək izahatında göstərdi ki, cavabdeh X20 ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Lakin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Toyları olarkən ona xeyli qızıl almışlar. Toyda əmiləri, dayıları, bacısının ailəsi, eləcə də Elşənin valideynləri və qohumları ona qızıl hədiyyə etmişlər. Onun 10.000 manat dəyərində briliyant və almaz qaşlı 750 əyar 11 qram qızıl üzüyü, 400 manat dəyərində 10 ədəd 2,76 qramlıq qaşsız üzüyü, 800 manat dəyərində 4 qramlıq tək qaşlı üzüyü, 300 manat dəyərində 2,15 qramlıq sadə üzüyü, 350 manat dəyərində 5 qramlıq sadə üzüyü, 1000 manat dəyərində 6,25 qramlıq alyans üzüyü, 350 manat dəyərində 2,35 qramlıq tək qaş üzüyü, 450 manat dəyərində 4,76 qramlıq sarı üzüyü, 625 manat dəyərində 6 qramlıq iki qaşlı üzüyü, 275 manat dəyərində 3 qramlıq sadə üzüyü, 300 manat dəyərində 2,36 qramlıq tək qaşlı sadə üzüyü, 1.500 manat dəyərində 7 qramlıq İtaliya istehsalı qaşlı nişan üzüyü, 550 manat dəyərində 5 qramlıq sarı qızıldan 7 ədəd sırğa, 510 manat dəyərində 5,4 qramlıq sallama sırğası, 600 manat dəyərində 5,76 qramlıq sırğası, 475 manat dəyərində 4,76 qramlıq sırğası olmuşdur. Cehiz əşyaları olaraq 6000 manat dəyərində Qonaq otağı dəsti, 10.000 manat dəyərində Madeyra mebel dəsti, 3.500 manat dəyərində mətbəx mebeli, 3.000 manat dəyərində divan-kreslo, 5.000 manat dəyərində yataq dəsti, 2.500 manat dəyərində 2 ədəd xalça, 3500 manat dəyərində qab-qacaq dəsti cavabdehlərin evindədir. Qızıl-zinət əşyalarından üzüklərin və sırğaların sayını təqribən yadında saxlamışdır. Mebelləri Belarusiya istehsalı olmuşdur. Keçmiş əri Elşən hərbiçi olduğuna görə onlar bölgələrdə yaşamalı olmuşlar. Qaynatasının evinə az-az gəlmişlər. Qızılları da evdə olmuşdur. Qaynanası və qaynatası qızıları özü ilə aparmağa icazə verməmişlər. Qaynanası deyirdi ki, kirayələrdə yaşayırsız, qızıllar ortalıqda itəcəkdir. Bir dəfə qızllarını aparmaq üçün gəlmiş, yenə də qızılları ona verilməmişdir. Qızıllarından yalnız 15000 manat dəyərində qolbağı və kolye onda olmuş, həmin qızılları özü satdığından ərizəsinə əlavə etməmişdir. Həmin qızılların pulunu da iddiaçı onu döyüb əlindən almışdır. Bu barədə polisə şikayət etmişdir. Lakin Elşən boynuna almamışdır. Qızıllarıdan bir qismi ona hədiyyə kimi verilsə də, bir qismini özü ilə gətirmişdir. Ona görə də ona məxsus olan və cavabdehlər tərəfindən mənimsənilərək Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən mənzildə saxlanılan cehiz və qızılzinət əşyalarının, həmin əşyalar olmadıqda onların dəyərinin cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin o, göstərdi ki, İddiaçı iddiasını hazırda qəbul etmir, çünki başqa yerdə evi və əmlaklarını yığmaq üçün yeri yoxdur. Gələcəkdə yer taparsa əmlaklarını həmin evdən çıxaracaqdır. İkinci iddia üzrə cavabdeh X20 iddianı qəbul etmədi və izahatında göstərdi ki, X2 iddiası yalandır. Yazılanlar qərəzlidir. Toy kasetlərində hamısı sübut olunur. Toyları 2011-ci ildə olmuş, toyda atası aldığı qızıllar taxılıb, başqa qızıllar olmamışdır. Əgər Səbinəyə əlavə qızılları hədiyyə kimi taxılıbsa toy kasetində olmalıdır. Belə bir şey olmamışdır. O, hərbiçi olmuş, evləndikdən sonra başqa bölgəyə getmişlər və orada kirayədə yaşamışlar. Bir müddət sonra hərbidən təxris olunmuşdur. 2019-cu ildə Şəmkir rayonundan Bakı şəhərinə getmişlər. Evdən gedərkən qızıllar Səbinədə olmuşdur. Səbinə qızllarını heç kimə saxlamağa verməmişdir. 2022-ci ildə Səbinə ilə ayrılana kimi Bakı şəhərində bir yerdə yaşamışlar. Səbinə onu dəfələrlə polisə vermişdir. Onu şəkillərlə şantaj etmişdir. Hətta qızılları satdığını və onların pulunun onun zorla əlindən alındığını göstərərək polisə şikayət etmişdir. Lakin onun şikayətinin əsassız olduğu müəyyən edilmişdir. Həmin şikayətdə Səbinə qızlların özündə olduğunu göstərmişdir. Atasının dedikləri ilə razıldır. Səbinənin əmlakları atasının evindən çıxarılmalıdır. Cavabdeh qalan cehizləri atasına məxsus evdədir, istədiyi vaxt apara bilər. Ona qarşı qaldırılan qızıl tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasına birinci iddia üzrə cavabdeh ikinci iddia üzrə iddiaçı tərəfindən dəvət edilib dindirilən şahid X12 ifadəsində göstərdi ki, Cavabdeh onun baldızı qızıdır. X25 ailə qurmuşdur. Onların toyunda özü istirak etməmiş, toya arvadı getmişdir. Təxminən 10 il əvvəl Səbinəni Qazax rayonuna aparmış, həmin vaxt Elşən Qazax rayonunda hərbidə işləmişdir. Səbinəni də Elşənin işlədiyi hərbi hissəyə aparmışdır. Həmin vaxt Səbinənin uşağı qucağında balaca olmuşdur. Səbinəni apararkən üstündə qızıl görməmişdir. Məhkəmə iclasına birinci iddia üzrə cavabdeh ikinci iddia üzrə iddiaçı tərəfindən dəvət edilib dindirilən şahid X16 ifadəsində göstərdi ki,Cavabdeh onun bacısı qızıdır. Səbinənin Elşənlə toylarında iştirak etmişdir. Toyda Səbinəyə qaynatası tərəfində qızıllar alınmışdır. Bundan başqa Səbinəyə bacısı, əmiləri anası tərəfindən qızıllar hədiyyə olunmuşdur. O, Səbinəyə qızıl hədiyyə etməmişdir. Səbinənin cehizləri yığılarkən orda olmuş, Səbinəyə cehiz olaraq, mebellər, yorğan-döşək, xalça, qab-qacaq verilmişdir. Səbinənin qızılları və cehizləri ər evində qalmışdır. Məhkəmə iclasına dəvət edilib dindirilən şahid X8 ifadəsində göstərdi ki, "xxxx" MMC-nin qiymətləndirici-eksperti və direktorudur. Beyləqan rayonu Birinci Şahsevən kənd sakini İddiaçı 05 iyun 2024-cü il tarixdə müəssisəyə ərizə ilə müraciət edərək ona məxsus yaşayış sahəsində yerləşən və ailə üçün maneçilik yaradan keçmiş gəlini X2 xüsusi mülkiyyətində olan əmlakların onun mənzilindən çıxarılması məqsədilə bazar qiyməti ilə dəyərinin müəyyən olunması üçün həmin cehizlərin qiymətləndirilməsi üçün 01 aprel 2024-cü il tarixdə sifariş vermiş və müvafiq qiymətləndirmə işi aparılmışdır. Eyni zamanda X5 da 30 may 2024-cü il tarixdə özünə məxsus, lakin İddiaçı yaşayış sahəsində olduğunu iddia etdiyi cehiz əmlaklarının qiymətləndirilməsi barədə sifariş vermişdir. Hər iki rəy arasında fərq yaranmışdır. 06 iyun 2024-cü ildə İddiaçı evində olan əmlaklara yenidən baxış keçirilmişdir. İddiaçı və onun ailə üzvlərinin ona keçmiş gəlini X4 xüsusi mülkiyyətində olması kimi baxış üçün təqdim edilən əşyaların mövcud texniki vəziyyətdə hazırkı günə ehtimal olunan bazar dəyəri 4440 manat təşkil etməsi müəyyən edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə Cavabdeh arasındakı nikaha Nəsimi rayon Məhkəməsinin qətnaməsinə əsasən 22 avqust 2022-ci il tarixdə pozulmuşdur. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X11 birgə nikahlarından xx.xx.2012-ci ildə Tuncay adlı bir uşaqları doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh Beyləqan rayonunun İ Şahsevən kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsinin arayışından görünür ki, X1 rayonunun İ Şahsevən kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X7 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* seriyalı çıxarışdan görünür ki, Beyləqan rayonu, İ Şahsevən kəndində olan 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli,3 otaqlı 60.86 kv.m yaşayış, 32.92 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına reyestr nömrəsi **********8-10301, qeydiyyat nömrəsi ********** olan, 12 mart 2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-nin İ Şahsevən kənd İƏD üzrə nümayəndəliyini arayışındadn görünür ki, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yaşayan İddiaçı ailə tərkibində arvadı X17, oğlanları - X20 və X21 vardır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X7 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* seriyalı çıxarışa əsasən Beyləqan rayonu, İ Şahsevən kəndində olan 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli,3 otaqlı 60.86 kv.m yaşayış, 32.92 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına reyestr nömrəsi **********8-10301, qeydiyyat nömrəsi ********** olan, 12 mart 2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. X6 məxsus cehiz əşyaları gəlin getdiyi həmin evdədir. Ev 3 otaqdan ibarət olmaqla həmin evdə İddiaçı, onun arvadı və iki oğlu yaşayır. Səbinənin cehiz əşyaları evdə yer tutur və onların yaşamalarını çətinləşdirir. İddiaçı evini təmir etmək istəyir, lakin Cavabdeh cehizləri iş görməyə maneəçilik törədir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında deyilir ki, bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Həmçinin həmin Plenum qərarında deyilir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ailə üzvü sayılmır, onun həmin əşyaları İddiaçı məxsus evdə qalmaqla İddiaçı öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh məxsus 1500 manat dəyərində yataq dəsti ( taxt, tumba 2 ədəd, şifoner L-2,4,H-2,10m), 360 manat dəyərində stol- stul (yumşaq, 1/6), 850 manat dəyərində divar mebeli (servant L-2, 88, H-1,90), 35 manat dəyərində 1 ədəd divar saatı, 130 manat dəyərində 2 ədəd xalça (suvenir 1,2 x 0,80) m, 180 manat dəyərində (sintetik 2x3) m ölçüdə 1 ədəd xalça, 65 manat dəyərində 1 ədəd bagema dəsti, 45 manat dəyərində 1 ədəd çay dəsti, 220 manat dəyərində 1 ədəd yemək dəsti, 45 manat dəyərində 1 dəst şirniyyat qabları, 18 manat dəyərində 12 ədəd qaşıq dəsti, 25 manat dəyərində 1 ədəd çaynik,18 manat dəyərində 1 ədəd tort qabı, 160 manat dəyərində 1 dəst 12 person nahar dəsti, 35 manat dəyərində qrafinka və iki ədəd stəkan, 22 manat dəyərində 1 dəst (1x9) kompot stəkanları, 22 manat dəyərində 1 ədəd vaz, 5 manat dəyərində 1 ədəd külqabı, 12 manat dəyərində 1 dəst (1/6) duzqabı, 25 manat dəyərində 5 ədəd kompot stəkanı, 24 manat dəyərində 6 ədəd araq stəkanı, 15 manat dəyərində 1 ədəd böyük qəndqabı, 10 manat dəyərində 1 ədəd ləpə qabı, 18 manat dəyərində 1 ədəd çıraq, 20 manat dəyərində 1 ədəd güldan, 30 manat dəyərində 1 ədəd balaca güldan, 100 manat dəyərində 4 ədəd 2 nəfərlik yastıq, 135 manat dəyərində 3 ədəd 1 nəfərlik döşək, 18 manat dəyərində 3 ədəd 2 nəfərlik yastıqça, 32 manat dəyərində 4 ədəd 1 nəfərlik döçəkçə, 16 manqat dəyərində 2 ədəd balaca mitətkə, 75 manat dəyərində 1 ədəd yun pərdə, 25 manat dəyərində 1 dəst pakraval, 50 manat dəyərində 5 ədəd yumşaq kukla (işlənmiş), 15 manat dəyərində 1 ədəd çıraq (gecə lampası), 85 manat dəyərində 1 ədəd çilçıraq, cəmi 4440 manat (dörd min dörd yüz qırx) manat dəyərində əmlakları X13 mülkiyyətində olan Beyləqan rayonun 1-ci Şahsevən kəndində yerləşən evindən çıxarılmalıdır. Həmçinin məhkəmə iclasında müəyyən oldu ki, Cavabdeh ilə Elşən Nağıyevin arasında olan ailə münasibətləri pozulduğundan onlar ayrılmışlar. Tərəflərin toyları olarkən iddiaçıya qızıl-zinət əşyaları hədiyyə olaraq alınmışdır. Cavabdeh Elşən Nağıyev tərəfindən Cavabdeh məxsus qızılların əlindən alınması və ona verilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və vərəsəlik qaydasında aldığı əmlak onun mükiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə görə daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də, bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlıdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərindən də görünür ki, həqiqətən də Cavabdeh toy hədiyyəsi olaraq qızıl-zinət əşyaları alınmışdır. Lakin həmin qızıl-zinət əşyaları Cavabdeh iddia ərizəsində göstərdiyi qədər olmamışdır. Cavabdeh qızıl-zinət əşyalarının sayını artıq göstərmişdir. Cavabdeh özünün də izahatından göründüyü kimi qızıl üzüklərin və qızıl sırğaların sayını təqribən qeyd etmişdir. Həmçinin qızılzinət əşyalarının Cavabdeh olması və bununla əlaqədar polisə məlumatda bildirməsi Elşən Nağıyev tərəfindən göstərilsə də, məhkəmə onun həmin izahatını inandırıcı hesab etmir. Çünki Cavabdeh iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarının içərisində şikayətində göstərilən qızıl-zinət əşyalarını qeyd etməmişdir, yəni tələb etməmişdir. Həmçinin məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının İddiaçı qalması sübuta yetmir, ona görə də iddia ondan qızıl-zənət əşyalarının tələbinə dair hissədə rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh əmlak tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı 1500 manat dəyərində yataq dəsti ( taxt, tumba 2 ədəd, şifoner L-2,4,H-2,10m), 360 manat dəyərində stol- stul (yumşaq, 1/6), 850 manat dəyərində divar mebeli (servant L-2, 88, H-1,90), 35 manat dəyərində 1 ədəd divar saatı, 130 manat dəyərində 2 ədəd xalça (suvenir 1,2 x 0,80) m, 180 manat dəyərində (sintetik 2x3) m ölçüdə 1 ədəd xalça, 65 manat dəyərində 1 ədəd bagema dəsti, 45 manat dəyərində 1 ədəd çay dəsti, 220 manat dəyərində 1 ədəd yemək dəsti, 45 manat dəyərində 1 dəst şirniyyat qabları, 18 manat dəyərində 12 ədəd qaşıq dəsti, 25 manat dəyərində 1 ədəd çaynik,18 manat dəyərində 1 ədəd tort qabı, 160 manat dəyərində 1 dəst 12 person nahar dəsti, 35 manat dəyərində qrafinka və iki ədəd stəkan, 22 manat dəyərində 1 dəst (1x9) kompot stəkanları, 22 manat dəyərində 1 ədəd vaz, 5 manat dəyərində 1 ədəd külqabı, 12 manat dəyərində 1 dəst (1/6) duzqabı, 25 manat dəyərində 5 ədəd kompot stəkanı, 24 manat dəyərində 6 ədəd araq stəkanı, 15 manat dəyərində 1 ədəd böyük qəndqabı, 10 manat dəyərində 1 ədəd ləpə qabı, 18 manat dəyərində 1 ədəd çıraq, 20 manat dəyərində 1 ədəd güldan, 30 manat dəyərində 1 ədəd balaca güldan, 100 manat dəyərində 4 ədəd 2 nəfərlik yastıq, 135 manat dəyərində 3 ədəd 1 nəfərlik döşək, 18 manat dəyərində 3 ədəd 2 nəfərlik yastıqça, 32 manat dəyərində 4 ədəd 1 nəfərlik döçəkçə, 16 manqat dəyərində 2 ədəd balaca mitətkə, 75 manat dəyərində 1 ədəd yun pərdə, 25 manat dəyərində 1 dəst pakraval, 50 manat dəyərində 5 ədəd yumşaq kukla (işlənmiş), 15 manat dəyərində 1 ədəd çıraq (gecə lampası), 85 manat dəyərində 1 ədəd çilçıraq, cəmi 4440 manat (dörd min dörd yüz qırx) manat dəyərində əmlaklar, cavabdeh X9 535 manat dəyərində 583 əyarlı, 5 qram çəkidə, 1 dəst qızıl sırğa, 577,80 manat dəyərində 583 əyarlı, 5,4 qram çəkidə, 1 dəst qızıl sırğa, 616,32 manat dəyərində 583 əyarlı, 5,76 qram çəkidə, 1 dəst qızıl sırğa, 509,32 manat dəyərində 583 əyarlı, 4,76 qram çəkidə, 1 dəst qızıl sırğa, 10000 manat dəyərində 750 əyarlı, 1 sot brilyant, 3 sot almaz qaşlı, 11 qram çəkidə, 1 ədəd üzük, 295,32 manat dəyərində 583 əyarlı, 2,76 qram çəkidə, 1 ədəd qızıl üzük, 432 manat dəyərində 583 əyarlı, 4 qram çəkidə, 1 ədəd təkqaşlı qızıl üzük, 232,20 manat dəyərində 583 əyarlı, 2,15 qram çəkidə, 1 ədəd sadə qızıl üzük, 540 manat dəyərində 583 əyarlı, 5 qram çəkidə, 1 ədəd qızıl üzük, 675 manat dəyərində 583 əyarlı, 6,25 qram çəkidə, 1 ədəd alyans qızıl üzük, 253,80 manat dəyərində 583 əyarlı, 2,35 qram çəkidə, 1 ədəd təkqaşlı qızıl üzük, 514,08 manat dəyərində 583 əyarlı, 4,76 qram çəkidə, 1 ədəd qızıl üzük, 324 manat dəyərində 583 əyarlı, 3 qram çəkidə, 1 ədəd sadə qızıl üzük , cəmi 15504,84 manat dəyərində əmlak, yəni qızıl-zinət əşyaları, həmin əmlaklar olmadıqda onların dəyəri alınıb Cavabdeh verilməlidir. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə t E t d i: Birinci iddia üzrə iddiaçı ikinci iddia üzrə cavabdeh İddiaçı birinci iddia üzrə cavabdeh ikinci iddia üzrə iddiaçı Cavabdeh qarşı əmlakların evdən çıxarılması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh məxsus 1500 manat dəyərində yataq dəsti ( taxt, tumba 2 ədəd, şifoner L-2,4,H-2,10m), 360 manat dəyərində stol- stul (yumşaq, 1/6), 850 manat dəyərində divar mebeli (servant L-2, 88, H- 1,90), 35 manat dəyərində 1 ədəd divar saatı, 130 manat dəyərində 2 ədəd xalça (suvenir 1,2 x 0,80) m, 180 manat dəyərində (sintetik 2x3) m ölçüdə 1 ədəd xalça, 65 manat dəyərində 1 ədəd bagema dəsti, 45 manat dəyərində 1 ədəd çay dəsti, 220 manat dəyərində 1 ədəd yemək dəsti, 45 manat dəyərində 1 dəst şirniyyat qabları, 18 manat dəyərində 12 ədəd qaşıq dəsti, 25 manat dəyərində 1 ədəd çaynik,18 manat dəyərində 1 ədəd tort qabı, 160 manat dəyərində 1 dəst 12 person nahar dəsti, 35 manat dəyərində qrafinka və iki ədəd stəkan, 22 manat dəyərində 1 dəst (1x9) kompot stəkanları, 22 manat dəyərində 1 ədəd vaz, 5 manat dəyərində 1 ədəd külqabı, 12 manat dəyərində 1 dəst (1/6) duzqabı, 25 manat dəyərində 5 ədəd kompot stəkanı, 24 manat dəyərində 6 ədəd araq stəkanı, 15 manat dəyərində 1 ədəd böyük qəndqabı, 10 manat dəyərində 1 ədəd ləpə qabı, 18 manat dəyərində 1 ədəd çıraq, 20 manat dəyərində 1 ədəd güldan, 30 manat dəyərində 1 ədəd balaca güldan, 100 manat dəyərində 4 ədəd 2 nəfərlik yastıq, 135 manat dəyərində 3 ədəd 1 nəfərlik döşək, 18 manat dəyərində 3 ədəd 2 nəfərlik yastıqça, 32 manat dəyərində 4 ədəd 1 nəfərlik döçəkçə, 16 manqat dəyərində 2 ədəd balaca mütəkkə, 75 manat dəyərində 1 ədəd yun pərdə, 25 manat dəyərində 1 dəst pakraval, 50 manat dəyərində 5 ədəd yumşaq kukla (işlənmiş), 15 manat dəyərində 1 ədəd çıraq (gecə lampası), 85 manat dəyərində 1 ədəd çilçıraq, cəmi 4440 manat (dörd min dörd yüz qırx) manat dəyərində əmlakları X13 mülkiyyətində olan Beyləqan rayonun 1-ci Şahsevən kəndində yerləşən evindən çıxarılsın. Birinci iddia üzrə cavabdeh ikinci iddia üzrə iddiaçı Səbinə Ramis qızının birinci iddia üzrə iddiaçı ikinci iddia üzrə cavabdeh X22 və X15 qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilsin. X10 1500 manat dəyərində yataq dəsti ( taxt, tumba 2 ədəd, şifoner L-2,4,H-2,10m), 360 manat dəyərində stol- stul (yumşaq, 1/6), 850 manat dəyərində divar mebeli (servant L-2, 88, H-1,90), 35 manat dəyərində 1 ədəd divar saatı, 130 manat dəyərində 2 ədəd xalça (suvenir 1,2 x 0,80) m, 180 manat dəyərində (sintetik 2x3) m ölçüdə 1 ədəd xalça, 65 manat dəyərində 1 ədəd bagema dəsti, 45 manat dəyərində 1 ədəd çay dəsti, 220 manat dəyərində 1 ədəd yemək dəsti, 45 manat dəyərində 1 dəst şirniyyat qabları, 18 manat dəyərində 12 ədəd qaşıq dəsti, 25 manat dəyərində 1 ədəd çaynik,18 manat dəyərində 1 ədəd tort qabı, 160 manat dəyərində 1 dəst 12 person nahar dəsti, 35 manat dəyərində qrafinka və iki ədəd stəkan, 22 manat dəyərində 1 dəst (1x9) kompot stəkanları, 22 manat dəyərində 1 ədəd vaz, 5 manat dəyərində 1 ədəd külqabı, 12 manat dəyərində 1 dəst (1/6) duzqabı, 25 manat dəyərində 5 ədəd kompot stəkanı, 24 manat dəyərində 6 ədəd araq stəkanı, 15 manat dəyərində 1 ədəd böyük qəndqabı, 10 manat dəyərində 1 ədəd ləpə qabı, 18 manat dəyərində 1 ədəd çıraq, 20 manat dəyərində 1 ədəd güldan, 30 manat dəyərində 1 ədəd balaca güldan, 100 manat dəyərində 4 ədəd 2 nəfərlik yastıq, 135 manat dəyərində 3 ədəd 1 nəfərlik döşək, 18 manat dəyərində 3 ədəd 2 nəfərlik yastıqça, 32 manat dəyərində 4 ədəd 1 nəfərlik döçəkçə, 16 manqat dəyərində 2 ədəd balaca mütəkkə, 75 manat dəyərində 1 ədəd yun pərdə, 25 manat dəyərində 1 dəst pakraval, 50 manat dəyərində 5 ədəd yumşaq kukla (işlənmiş), 15 manat dəyərində 1 ədəd çıraq (gecə lampası), 85 manat dəyərində 1 ədəd çilçıraq, cəmi 4440 (dörd min dörd yüz qırx) manat dəyərində əmlaklar, X9 535 manat dəyərində 583 əyarlı, 5 qram çəkidə, 1 dəst qızıl sırğa, 577,80 manat dəyərində 583 əyarlı, 5,4 qram çəkidə, 1 dəst qızıl sırğa, 616,32 manat dəyərində 583 əyarlı, 5,76 qram çəkidə, 1 dəst qızıl sırğa, 509,32 manat dəyərində 583 əyarlı, 4,76 qram çəkidə, 1 dəst qızıl sırğa, 10000 manat dəyərində 750 əyarlı, 1 sot brilyant, 3 sot almaz qaşlı, 11 qram çəkidə, 1 ədəd üzük, 295,32 manat dəyərində 583 əyarlı, 2,76 qram çəkidə, 1 ədəd qızıl üzük, 432 manat dəyərində 583 əyarlı, 4 qram çəkidə, 1 ədəd təkqaşlı qızıl üzük, 232,20 manat dəyərində 583 əyarlı, 2,15 qram çəkidə, 1 ədəd sadə qızıl üzük, 540 manat dəyərində 583 əyarlı, 5 qram çəkidə, 1 ədəd qızıl üzük, 675 manat dəyərində 583 əyarlı, 6,25 qram çəkidə, 1 ədəd alyans qızıl üzük, 253,80 manat dəyərində 583 əyarlı, 2,35 qram çəkidə, 1 ədəd təkqaşlı qızıl üzük, 514,08 manat dəyərində 583 əyarlı, 4,76 qram çəkidə, 1 ədəd qızıl üzük, 324 manat dəyərində 583 əyarlı, 3 qram çəkidə, 1 ədəd sadə qızıl üzük, cəmi 15504,84 (on beş min beş yüz dörd manat səksən dörd qəpik ) manat dəyərində əmlak, yəni qızıl-zinət əşyaları, həmin əmlaklar olmadıqda onların dəyəri alınıb Cavabdeh verilsin. Cavabdeh iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh tərəfindən ödənilən dövlət rüsumuna görə X9 150 (yüz əlli) manat alınıb ona verilsin, ödənilmiş qalan dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar