Məhkəmə qərarları › İş №2(020)-49/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-49/2023

12.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-49/2023 12.09.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 1.20 ha torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı mülkiyyətində olan 1.20 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və cavabdeh tərəfindən ona törədilən maneənin aradan qaldırılması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********55 olan və qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarışa əsasən Beyləqan rayonunun 2-ci Şahsevən kəndi ərazisində yerləşən 1.20 hektar torpaq sahəsi tam olaraq xüsusi mülkiyyətinə verilmişdir. Həmin çıxarış daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyester kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. O ailəsi ilə birlikdə uzun illər Bakı şəhərində yaşadığından kənd təsərüffatı işləri ilə məşğul olmağı mümkün olmamış, ona görə də qeyd olunan torpaq sahəsi uzun illər istifadəsiz qalmışdır. Cavabdeh xeyli müddətdir ki, torpağımı qanunsuz zəbt etməklə torpağından çıxmır. O, və əri cavabdehə mülkiyyətini təsdiq edən sənədlərini təqdim etməklə torpağından çıxmağını tələb etsələr də cavabdeh onun dediklərinə və sənədlərinə əhəmiyyət verməyərək qanunsuz torpağımı zəbt etməkdə davam edir. Hazırda cavabdeh onun torpağını boşaltmaqdan imtina edir. Buna görə də, o, mülkiyyətində olan 1.20 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və cavabdeh tərəfindən ona törədilən maneənin aradan qaldırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq səhəsindən bir neçə ildir ki, istifadə edir. Həmin torpaq sahəsində onun arvadının da payı olmuşdur. Sonradan razılaşıb iddiaçının mülkiyyətinə vermişlər. Hər il həmin torpaq sahəsində taxil əkmiş və həmin taxıldan iddiaçının da payını vermişdir. O, həmin torpaq sahəsindən hazırda da istifadə edir. Lakin torpaq sahəsini özbaşına zəbt etməmişdir. Ona görə də qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla İddiaçı mülkiyyətinə 1.20 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş üzrə İddiaçı vəsatəti əsasında məhkəmənin 21 noyabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyul 2023-cü il tarixli, 10/4241 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, İddiaçı Beyləqan rayonu İİ Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********55 olan, 26 oktyabr 2019-cu il tarixli Çıxarışla xüsusi mülkiyyətində olan 1.20 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. Eyni zamanda cavabdeh X1 məxsus mübahisəli ərazidə yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********56 olan, 07 iyun 2022-ci il tarixli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan 0.6099 ha torpaq sahəsinin də sərhədləri naturada müəyyən edilmişdir. Beyləqan rayonu İİ Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak' Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********55 olan, 26 oktyabr 2019-cu il tarixi Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1.20 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh məxsus torpaq sahələri ilə İddiaçı məxsus torpaq sahəsi sənəd üzrə üst-üstə düşmür. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla İddiaçı mülkiyyətinə 1.20 ha torpaq sahəsi verilmişdir. İddiaçı mülkiyyətində olan Beyləqan rayonu İİ Şahsevən kəndi ərazisində yerləşən 1.20 ha torpaq sahəsi bütünlüklə Cavabdeh tərəfindən istifadə olunur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********55 olan, 26 oktyabr 2019-cu il tarixi Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1.20 ha torpaq sahəsindən çıxarılmalıdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********55 olan, 26 oktyabr 2019-cu il tarixi Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1.20 ha torpaq sahəsindən çıxarımalı, torpaq sahəsi İddiaçı təhvil verilməklə Cavabdeh tərəfindən törədilən maneə aradan qaldırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********55 olan, 26 oktyabr 2019-cu il tarixi Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1.20 ha torpaq sahəsindən çıxarılsın, torpaq sahəsi İddiaçı təhvil verilməklə Cavabdeh tərəfindən törədilən maneə aradan qaldırılsın. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 95 manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar