Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-49/2024 29.10.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı vəkalətli nümayəndəsi X1, Cavabdehlər- Cavabdeh8, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, X5, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh8, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, X8, Cavabdeh3 və Cavabdeh1 qarşı 6.8225 ha pay torpaq sahəsindən çıxarılma və maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabehlər Beyləqan rayonu Şərq qəsəbəsi sakinləri Cavabdeh8, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 onun və ailə üzvlərinin mülkiyyətində olan 6.8225 ha hektar çöl torpaq sahəsindən məcburi qaydada çıxarılmaları və cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması və cavadehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı etibarnamə ilə nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, o, ailə üzvlərilə birlikdə Beyləqan rayonu Türklər qəsəbəsində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 49 nömrəli Qərarı ilə iddiaçıya və ailə üzvlərinə yaşadıqları Beyləqan rayonunun Türklər qəsəbəsi ərazisində yerləşən çöl torpaq sahələrindən 6.8225 hektar kənd təsərüffatı məhsullarının istehsalı üçün mülkiyyətinə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********22, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrində 159 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsini həmkəndlisi Nadir Quliyevə şifahi razılığa əsasən icarə üçün istifadə etməyə vermişdir. Nadir Quliyev torpaq sahəsindən uzun illər istifadə etdikdən sonra aralarında olan sözləşməyə əsasən onların dediyi vaxtı sözügedən torpaq sahəsindən istifadə etməyi dayandırmışdır. Bundan sonra 7 ildir ki, həmin torpaq sahəsinin adı ilə başqa torpaq sahəsini istifadə etmişdir. Torpağına yeni sənəd alan zaman Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşları onlara məxsus torpaq sahəsinin fakitiki istifadə etdiyikləri torpaq sahəsi deyil, cavabdehlərin zəbt etdiyi torpaq sahəsinin olduğunu bildirmişlər. Bundan əlavə onlarla digər torpaq qonşusu özünə məxsus torpaq sahəsini ölçüdürən zaman onlara verilmiş torpaq sənədini GPS aləti vasitəsi ilə ölçərkən onların hazırda həmin qonşunun torpağından istifadə etmədikləri öz əksini tapmışdır. Onlara məxsus torpaq sahəsinin sərhədlərini müəyyən etmək məqsədilə 30 avqust 2023-cü il tarixdə yenidən yeri ölçdürən zaman cavabdehlərin istifadə etdiyi torpaqla onlara məxsus olan torpaq sahəsinin uyğun olmadığını və torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunduğu məlum olmuşdur. Onlara məxsus olan 6.8225 ha torpaq sahəsinin mübahisəli torpaq olması barədə xx.xx.2023-cü il tarixdə Akt da tərtib edilmişdir. Cavabdehlərə dəfələrlə onlara məxsus torpaq sahəsindən könüllü olaraq çıxmaqlarını tələb etsələrdə cabadehlər öz qanunsuz hərəkətlərinə davam edərək qanuni olaraq çıxarışla onlara məxsus olan torpaq sahəsindən könüllü olaraq çıxmaqdan imtina etmişlər. Cavabdehlər qeyri-qanuni olaraq torpaq sahəsindən istifadə etməklə yanaşı qazanc əldə edirlər. Ona görə də iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh8 iddianı qəbul etmədi və izahatında göstərdi ki, sözügedən torpaq sahəsi sənəd üzrə iddiaçıya verilsə də, həmintorpaq sahəsi Şərq kəndinin ərazisidir və Şərq bələdiyyəsinə məxsusdur. Onlarla Türklər bələdiyyəsi arasında müvafiq razılaşmalar olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin ərazidə müvafiq sənədləşmə işləri aparılmaq üzrədir. Gələcəkdə iddiaçıya başqa ərazidən mülkiyyətində olan ölçüdə və keyfiyyətdə torpaq sahəsi verilməsi nəzərdə tutlmuşdur. Bütün bu işlərin görülməsi üçün müəyyən müddətə ehtiyac vardır. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi örüş yeridir. Yer örüş sahəsi kimi onlara verilmişdir. İddiaçının 15 ha yeri vardır, orada yonca əkmişdir. Ona 1 ha yer verilmişdir. Yeri əkməkdə məqsədi odur ki, yer onların əlindən çıxmasın. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişidr. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında izahat izahat verən Cavabdeh6 iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Həmin yer Şərq qəsəbəsinin örüş yeridir. Həmin yerdən istifadə edir. Yer ölçülmüşdür. Komitədən sənəd gəlməlidir. Həmin sənəd gələndən sonra iddiaçının yeri verilməlidir. Ona görə də,iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında izahat verən Cavabdeh5 iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Sözügedən yerdə hazırda onlar tərəfindən yonca əkilmişdir. Heyvandarlıq üçün yerdə yoncanı onlar əkmiş və heyvanlarını otarırlar. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında izahat verən Cavabdeh4 iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsi Şərq kəninin ərazisində yerləşir. iddiaçıya heç bir aidiyyəti yoxdur. Torpaq sahəsi Şərq Bələdiyyəsinə məxsusdur. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Ona görə də,iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh7 iddianə qəbul etmədi və göstərdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsi örüş torpaq sahəsidir. Torpaq sahəsi Şərq Bələdiyyəsinə məxsusdur. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişidr. Həmin yer hazırda yoncadadır və kim istəyir gəlib mal qarasını otara bilər. Torpaq sahəsinə yoncanı onlar əkmişlər. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh3 iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Göstərilən torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan Dövlət aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli 49 nömrəli Qərarı ilə İddiaçı və onun ailə üzvlərinin müəliyyətinə yaşadıqları Beyləqan rayonunun Türklər qəsəbəsi ərazisindən 6.82 hektar kənd pay torpaq sahəsi verilmişdir. İşdə olan Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********22, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə 6.8225 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq Daşınmaz Əmlakın Dövlət Reyestrində 159 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Beyləqan rayon İcra Hakimiyyəti ərazi idarəetmə şöbəsinin müdiri Əlqəmə Quliyev - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin yerquruluşu şöbəsinin müdiri İlqar Quliyev, "Kadastr və Yerqurulışu Layihə - Təqiqat Mərkəzi ' MMC-nın Analitik təhlillər şöbəsinin müdiri Zeydulla Abdullayev, Kadastr və Yerqurulişu Layihə - Təqiqat Mərkəzi" MMC-nin Yerquruluşu və xəritələrin tərtibi şöbəsinin mühəndisi Nicat İbrahimov, Beyləqan rayon Şərq bələdiyyəsinin sədri Cavabdeh8 , Beyləqan rayon Türklər bələdiyyəsinin sədri Sabir Yunusov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Beyləqan rayonu Türklər və Şərq bələdiyyələri arasına olan torpaq mübahisəsinin həll edilməsi məqsədilə araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Beyləqan rayonu Türklər (keçmiş Rasim Canlarov təsərrüfatı) və Şərq (keçmiş Baxış Hüseynov təsərrüfatı) bələdiyyəsi ərazisində torpaq islahatı aparılan zamanı adlanan ərazi hər təsərrüfatın xəritəsinə daxil edilmişdir Türklər bələdiyyəsi ərazində bu sahədə 9 torpaq mülkiyyətçisinə (JN 49A. 50 51, 140 104 141; 263; 126 və 272) pay torpaq sahələri verilmişdir. Uzun illərdir bu ərazidə olan torpaq mülkiyyətçiləri layihəyə uyğun yox. faktiki vəziyyətə görə (kanaldan-kanala) istifadə etmişlər Şərq bələdiyyəsi ərazisində isə sözü gedən ərazinin bir hissəsi örüş sahəsi kimi saxlanılmış lakin faktiki vəziyyətdə əkin sahəsi kimi istifadə edilmişdir (xəritələrdən fraqmentlər əlavə edilir) Uzun illərdir Türklər və Şərq bələdiyyələri arasında olan bu torpaq mübahisəsi vətəndaşların da mülkiyyət hüquqlarının tanınmasında maneələr yaradır. Torpaq mübahisəsinin həll edilməsi məqsədilə 'Kadastr və Yerqurulişu Layihə Təqiqat Mərkəzi MMC, Beyləqan rayon İcra hakimiyyəti, 6 saylı Beyləqan ərazi idarəsi Türklər və Şərq bələdiyyələrinin iştirakları ilə bır neçə dəfə müzakirələr aparılmış və mübahisənin həlli ilə bağlı tövsiyələr verilmişdir. Müzakirələr və tövsiyələr nəticəsində hər iki bələdiyyələr arasında mübahisəli torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun suvarma axını nəzə alınmaqla bölünməsinə hər iki bələdiyyələr razılaşırlar. Belə ki, Türklər bələdiyyəsi ərazisində bu sahədə yerləşən torpaq mülkiyyətçilərinin (JN-49A: 50; 51; 140; 141; 104; 126 və 263) pay torpaqları faktiki istifadə vəziyyətinə uyğun saxlanılmaqla xüsusi mülkiyyətdə olan 44 90 hektar əkin sahəsi Şərq bələdiyyəsi ərazisində isə bələdiyyə mülkiyyətində 20 60 hektar əkin sahəsi saxlanılır (boiqıı sxemi əlavə edilir) Razılaşdırılmış torpaq sahələrinin bölgüsü hər iki bələdiyyə arasında bələdiyyə sərhədinin müəyyənləşdirilməsinə əsas verir. Gələcəkdə hər iki bələdiyyələr üzrə Bələdiyyə xəritələri tərtib edildikdə təsdiq edilməsinə bələdiyyə sədrləri razılıqlarını bildirirlər. İş üzrə İddiaçı etibarnamə ilə nümayəndəsi X1 vəsatəti əsasında Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4779 saylı ekspertiza rəyindən və mütəxəssis rəyindən görünür ki, X2 və ailə üzvülərinin mülkiyyətində olan Beyləqan rayonu Türklər qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********22, Qeydiyyat nömrəsi ********** olan, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli Çıxarışla mülkiyyətə verilmiş 6.8225 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Beyləqan rayonu Türklər qəsəbəsində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********22, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023- cü il tarixli olan Çıxarışla mülkiyyətə verilmiş 6.8225 ha torpaq sahəsi cavabdehlər Beyləqan rayon Şərq qəsəbə sakinləri Cavabdeh8, X8. Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 tərəfindən istifadə edilir.Qeyd edilən 6.8225 ha torpaq sahəsi bütünlüklə Beyləqan rayon Şərq qəsəbə sakinləri tərəfindən istifadə edilir. Cavabdehlər Cavabdeh8, X8, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etmədikləri üçün onlara məxsus torpaq sahəsi ilə İddiaçı və ailə üzvülərinə məxsus torpaq sahəsinin üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır. Mövcud baza məlumatlarının əks olunduğü X4 X6 (TEKUİS-ə) əsasən mübahisəli torpaq sahəsi Beyləqan rayon Şərq Bələdiyyəsinə məxsus deyildir Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh8, X8, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********22, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023- cü il tarixli olan Çıxarışla İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 6.8225 ha torpaq sahəsindən çıxarılmalıdırlar. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunması sübuta yetdiyindən iddia təmin edilməli, torpaq sahəsindən cavabdehlər çıxarılmalıdırlar. Hazırkı torpaq mübahisəsi fərdi şəxslərə aiddir. İş üzrə Şərq və Türklər bələdiyyəsi işdə tərəf deyillər. Onların torpaq sahəsinin sərhədlərini dəyişməsi barədə razılığa gəlmələri hazırkı iddianın təmin edilməməsi üçün əsas sayıla bilməz. Çünki torpaq sahəsi hazırda mükiyyət hüququna dair sənədlə iddiaçıya məxsusdur. Ona görə də iddianın təmin edilməsi qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh8, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, X8, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərəfindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 114 (yüz on dörd) manat cavabdehlər Cavabdeh8, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, X8, Cavabdeh3 və Cavabdeh1 alınıb İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh8, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, X8, Cavabdeh3 və Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Reyestr nömrəsi **********22, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli olan Çıxarışla İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 6.8225 ha torpaq sahəsindən çıxarılsınlar. Həmin torpaq sahəsi iddiaçıya təhvil verilsin və cavabdehlər tərəfindən ona törədilən maneə aradan qaldırılsın. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh8, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, X8, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 114 (yüz on dörd) manat cavabdehlər Cavabdeh8, Cavabdeh2, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, X8, Cavabdeh3 və Cavabdeh1 alınıb İddiaçı verilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-49/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-49/2024
29.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver