Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-492/2024 02.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon məhkəməsinin 14 oktyabr 2022-ci il il tarixli qətnaməsinə əsasən 05 yanvar 2009-cu ildə ildə anadan olan Elçinin saxlanması üçün Cavabdeh tutulan hər ay 150 manat alimentin miqdarının artırılaraq hər ay 230 manat məbləğində müəyyən edilməsi, 12 iyul 2005-ci ildə anadan olan Elcanın 2024-cü ilin iyul ayına qədər, yəni Azərbaycan Memarlıq və İnşaaat Koilecində təhsil müddətini bitirənə qədər 230 manat məbləğində alimentin ödənilməsi və mediasiya şurasına ödədiyi 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, o, Cavabdeh ilə ailə quraraq, nikahlarını 16 dekabr 2004-cü ildə Beyləqan rayon İHB-nin İ Aşıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahlarından 12 iyul 2005-cı ildə Elcan, 05 yanvar 2009-cu ildə isə Elçin adlı uşaqları anadan olmuşdur. Cavabdehlə münasibətləri pozulduğundan ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 14 oktyabı 2022-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında qeyd edilmiş nikahları pozulmuş, birgə nikahlarından 12 iyul 2005ci ildə anadan olan Elcan və 05 yanvar 2009-cu iidə anadan olan Elçinin onun yanında qalmaları müəyyən edilmiş və Cavabdeh 14 oktyabr 2022-cı il tarixdən başlayaraq hər ay hər bir uşağa görə sabit pul məbləğində 150 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. Hazırda uşaqlar onun yanında qalıb yaşayırlar. O, uşaqlarını saxlamaqda çətinlik çəkir. Oğlu Elcan Azərbaycan Memarlıq və İnşaaat Kollecində oxuyur, illik ödəməsi 700 manatdır. Həmçinin oğlu Elcan kirayədə yaşayır aylıq 120 manat onun kirayəsinə ödəyir. Bununla yanaşı oğlunun oxuması üçün bütün xərcləri də özü çəkir. Elçin isə hazırda onun yanında qalıb yaşayır. Elçin məktəblidir, onun da gündəlik təlbatları vardır, onu da özü qarşılayır. Eyni zamanda özü də kirayədə yaşayır və aylıq 130 manat kirayə ödəyir. Uşaqlarının saxlanması üçün cavabdeh ona əlavə köməklik etmir, ödədiyi aliment isə uşaqların saxlanmasında yetərli deyildir. Odur ki, Beyləqan rayon məhkəməsinin 14 oktyabr 2022ci il il tarixli qətnaməsinə əsasən 05 yanvar 2009-cu ildə ildə anadan olan Elçinin saxlanması üçün Cavabdeh tutulan hər ay 150 manat alimentin miqdarının artırılaraq hər ay 230 manat məbləğində müəyyən edilməsi, 12 iyul 2005-ci ildə anadan olan Elcanın 2024-cü ilin iyul ayına qədər, yəni Azərbaycan Memarlıq və İnşaaat Koilecində təhsil müddətini bitirənə qədər 230 manat məbləğində alimentin ödənilməsi və mediasiya şurasına ödədiyi 50 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 12 iyul 2005-cı ildə Elcan, 05 yanvar 2009-cu ildə isə Elçin adlı uşaqları anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 14 oktyabı 2022-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında qeyd edilmiş nikahları pozulmuş, tərəflərin birgə nikahlarından 12 iyul 2005-ci ildə anadan olan Elcan və 05 yanvar 2009-cu iidə anadan olan Elçinin anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş və Cavabdeh 14 oktyabr 2022-cı il tarixdən başlayaraq hər ay hər bir uşağa görə sabit pul məbləğində 150 manat alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh ilə ailə quraraq, nikahlarını 16 dekabr 2004-cü ildə Beyləqan rayon İHB-nin İ Aşıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirmişlər və birgə nikahlarından 12 iyul 2005-cı ildə Elcan, 05 yanvar 2009-cu ildə isə Elçin adlı uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 14 oktyabı 2022-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında qeyd edilmiş nikahları pozulmuş, tərəflərin birgə nikahlarından 12 iyul 2005-ci ildə anadan olan Elcan və 05 yanvar 2009-cu iidə anadan olan Elçinin anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş və Cavabdeh 14 oktyabr 2022-cı il tarixdən başlayaraq hər ay hər bir uşağa görə sabit pul məbləğində 150 manat alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Hazırda uşaqlar iddiaçının yanında yaşayır. İddiaçı uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Cavabdeh isə uşağın saxlanması üçün iddiaçıya heç bir əlavə köməklik göstərmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdehin hazırda işləmədiyi, gündəlik işlərlə məşğul olması və onun konkret rəsmi iş yeri olmadığı müəyyən edildi. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya hər ay Elçin adlı uşağa görə ödənilən 150 manat aliment uşağın təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Alimentin müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən uşağın mənafeyi ilə yanaşı aliment ödəməyə borclu olan cavabdehin maddi imkanı nəzərə alınmalıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşaqların böyümələri ilə bağlı xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. Bütün bu halları, yəni uşağın əvvəlki təminat səviyyəsini nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 05 yanvar 2009-cu ildə anadan olan Elçinin saxlanması üçün cavabdeh tərəfindən ödənilən aliment məbləği artırılaraq hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilməklə atrırılmalıdır. Həmçinin İddiaçı iddiasında 12 iyun 2005-ci ildə anadan olmuş oğlu Elcanın 2024-cü ilin iyul ayına qədər, yəni Azərbaycan Memarlıq və İnşaaat Koilecində təhsil müddətini bitirənə 230 manat məbləğində alimentin ödənilməsi tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının həmin tələbi əsaslı deyildir. Belə ki, hər kəsin ali təhsil alması onun hüququdur. Buna görə cavabdehin üzərinə yetkinlik yaşına çatan uşağın təhsili ilə bağlı hər hansı bir öhdəlik qoyulması düzgün sayıla bilməz. Ona görə də iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan rayon məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən 05 yanvar 2009-cu ildə anadan olan Elçin adlı uşağın saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan hər ay müəyyən edilmiş 150 manat alimentin miqdarı dəyişdirilərək hər ay 200 (iki yüz) manat məbləğində müəyyən edilməklə artırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 05 yanvar 2009-cu ildə anadan olan Elçin uşağın yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh mediasiya xərcinə görə ödənilmiş 50 manat pul alınıb İddiaçı verilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-492/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-492/2024
02.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver