Məhkəmə qərarları › İş №2(020)-495/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-495/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-495/2025 06.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Hakim Cabbarlı Xatın Mahir qızının sədrliyi, Məhkəmə iclasının katibi Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 300 ABŞ dolarının azərbaycan manatına ekvivalentinin və 2500 manat məbləğində borc pulu və ödədiyi 51 (əlli bir) manat dövlət rüsumu məbləğinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandımışdır ki, bir binada yaşadığı yaxın qonşusu və ailəvi münasibətdə olduğu Cavabdeh borc pula ehtiyacı olduğundan ondan xx.xx.2022ci il tarixdə 300 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə isə 2500 manat məbləğində pul alaraq qısa müdət ərzində geri qaytaracağına dair öhdəlik götürmüşdür. Həmin öhdəliklə bağlı öz xətti ilə ona yazılı qəbzlər belə vermişdir. Lakin cavabdeh aldığı borc pulu hər səfərində geri qaytaracağına dair dəfələrlə söz versə də, müxtəlif bəhanələr gətirərək bu günə kimi geri qaytarmamışdır. Cavabdeh hazırda bir sözlə borcunu ödəməkdən yayınır və qaçıb gizlənir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir ki, o, 2000-ci il tarixdən 2019-cu il tarxinədək Beyləqan rayon Polis Şöbəsindən polis nəfəri kimi xdmət etmişdir. Təxminən 2008-ci il tarixdə qonşusu İddiaçı pul vəsaiti götürmüşdür. Yəni,həmin pulu komandiri Mübariz Məhərrəmov xəstə olduğundan ondan xahiş etmişdir ki, ona kömək elə pul lazımdı. O da Şövqiyyə xanımın faizə pul verdiyini demiş və Şövqiyyə xanımdan (pulun miqdarı yadında deyil) pul götürmüşlər. 5-6 ay faiz ödəmişlər, sonra pulu cəm halında İddiaçı ödəyərək, faizlə birlikdə bağlamışlar. Üstündən 5-6 il keçdikdən sonra İddiaçı qonşuluqda yaşayan Gülnaz xanıma bildirib ki, Cavabdeh ona 200 manat faizdən borcu var. Əgər onu verməsə əlində kağız var, ödəməsə verdiyi pulu, yəni qaytardığı pulu yenidən bütünlüklə ondan alacaq, məhkəmədə tanışı var, əmisi oğlu məhkəmədə işləyib, tanışları var, onların köməkliyi ilə ondan verdiyi məbləği yenidən alacaq. Qeyd edir ki, X1 onun şəxsi prinsipi var. Belə ki, o vaxt onun evindən yalandan 102 qaynar xəttinə zəng etmişdi ki, guya ki, pul oğurlanıb. O da qonşu olduğundan, polisdə işlədiyindən rəis müavini Akif Nəsirov onu çağırmışdır ki, bunun evinə kimlər gəlirgedir, bu haqda nə bilirsənsə bildir. O da bildirmişdir ki, o yalan deyir, heç bir oğurluqdan söhbət gedə bilməz. Sonrada əməliyyat müvəkkili Eyyub müəllim pul vəsaitini krovatından tapmışdır. Ondan sonra onunla prinsipə düşmüşdür ki, sən niyə Akif müəllimə demisən ki, bu yalan danışır. Xahiş edir ki, İddiaçı haqda ölçü götürülsün, ona atdığı şər-böhtana son qoysun, ona tez –tez zəng edərək narahat edir və qonşuluqda yaşayanlar da yalandan ona şər-böhtan atır. Onun İddiaçı heç bir borcu yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Həmçinin suallara cavab olaraq bildirmişdir ki, 2500 manat məbləğində borcdan Cavabdeh tərəfindən iki dəfə 250 manat olmaqla, 500 manat məbləğində pul vəsaiti ödəmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o, təxminən 2008-2014-cü illərdə İddiaçı borc pul götürmüş, 1600 manat və 1000 manat olmaqla borcu qaytarmışdır. Hazırda iddiaçıya heç bir borcu yoxdur. Qəbzlər onun tərəfindən yazılmış olsa da, həmin aldığı borcu tam olaraq ödəmişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh tərəfindən əllə yazılaraq imzalanmış qəbzdən görünür ki, “Mən Cavabdeh İddiaçı müəllimnən 2500 manat borc aldım. Söz verirəm həmin pulu sentyabrın 15 –nə kimi qaytaracam. Bunu öz imzamla təsdiq edirəm”. Cavabdeh tərəfindən əllə yazılaraq imzalanmış qəbzdən görünür ki, “Mən Şövqiyyə müəllimnən 300 dollar borc aldım. İmzamla təsdiq edirəm”. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 51 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında borc münasibətlərin yarandığı dövrdə qüvvədə olan: -739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçı cavabdehə 300 ABŞ dolları və 2500 manat məbləğində borc pul vermiş və cavabdeh həmin puldan cəmi 500 manat qaytarmış, qalan pulu vaxtında iddiaçıya qaytarmamışdır. Qeyd edilən hallar iddia ərizəsinə əlavə edilmiş cavabdeh tərəfindən yazılmış və imzalanmış qəbzlərlə öz təsdiqini tapır. Cavabdeh iddiaçıdan aldığı borcunu geri qaytardığını bildirsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 300 ABŞ dolları və 2000 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 51 manat dövlət rüsumunun 46 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalı, 5 manatı isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 300 (üç yüz) ABŞ dolları məbləğində(qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), 2000 manat (iki min) manat məbləğində borc və iddianın verilməsi üçün ödənilmiş 46 (qırx altı) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar