Məhkəmə qərarları › İş №2(020)-512/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-512/2024

06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-512/2024 06.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- Nəsirova (Süleymanova) Sevinc Tərlan qızının, Cavabdeh- Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən 03 may 2020-ci ildə anadan olmuş Aylin və 06 avqust 2021-ci ildə anadan olmuş Ömür adlı uşaqların saxlanması üçün cavabdehdən tutulan qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin miqdarının artırılaraq hər ay hər uşağa 250 manat, cəmi 500 manat sabit pul məbləğində müəyyən edilməsi edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh ilə ailə münasibətlərinə daxil olaraq nikahlarını 2019-cu il tarixdə rəsmləşdirmişlər. Birgə nikahlarından 03 may 2020-ci ildə Aylin, 06 avqust 2021-ci ildə Ömür adlı iki uşaqları anadan olmuşdur. Uşaqlar hazırda onun himayəsində yaşayır. Cavabdehlə ailə münasibətləri 2022-ci ildə tamamilə kəsilmişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, Cavabdeh qazancının (başqa gəlirlərinin) üçcıə bır hissəsi miqdarında aliment tutularaq 03 may 2020-ci ildə anadan olmuş Aylin və 06 avqust 2021-ci ildə anadan olmuş Ömür adlı uşaqlarının saxlanılması üçün ona verilməsi və uşaqların onun himayəsində qalması qət edilmişdir. Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi ödədiyi aliment isə uşaqlarının saxlanmasınnda yetərli deyildir. Cavabdehin ona ödədiyi alimentlə hazırkı iqtisadi vəziyyətlə əlaqədar olaraq uşağlarını saxlaya bilmir. Odur ki, Beyləqan rayon məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən 03 may 2020-ci ildə anadan olmuş Aylin və 06 avqust 2021-ci ildə anadan olmuş Ömür adlı uşaqların saxlanması üçün cavabdehdən tutulan qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin miqdarının artırılaraq hər ay hər uşağa 250 manat, cəmi 500 manat sabit pul məbləğində müəyyən edilməsi edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, İddiaçı ilə birgə nikahlarından iki uşaqları doğulmuşdur. İddiaçının ondan tələb etdiyi alimenti ödəməyə maddi imkanı yoxdur. O, hərbidə işləməklə 750 manat əmək haqqı alır, ondan 300 manatı alimentə tutulur. Onun aliment borcu olmuş, həmin borc da ödənilmişdir. Əmək haqqından ona 500 manat pul qalır, həmin pulla o, yeni ailəsini saxlayır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamədən çıxarışlardan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 03 may 2020-ci ildə Aylin, 06 avqust 2021-ci ildə Ömür adlı uşaqları anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 2(020)-1063/2022 saylı 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Nəsirova (Süleymanova) Sevinc Tərlan qızı ilə Cavabdeh Ağaməmməd oğlu arasında xx.xx.2019-cu il tarixdə 25 saylı akt qeydi ilə Beyləqan rayon Qeydiyyat Şöbəsində qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə anadan olan Aylin və xx.xx.2021-ci ildə anadan olan Ömürün anaları X1 yanında qalmaları müəyyən edilmiş, Cavabdeh Ağaməmməd oğlundan 27 oktyabr 2022-ci il tarixdən başlayaraq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq xx.xx.2020-ci ildə anadan olan Aylin və xx.xx.2021-ci ildə anadan olan Ömür adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X2 verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, iddiaçı X3 Cavabdeh Ağaməmməd oğlu ilə ailə quraraq, nikahlarını xx.xx.2019-cu il tarixdə 25 saylı akt qeydi ilə Beyləqan rayon Qeydiyyat Şöbəsində qeydə aldırmışlar. Tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə Aylin və xx.xx.2021-ci ildə Ömür adlı uşaqları doğulmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 2(020)-1063/2022 saylı 27 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Nəsirova (Süleymanova) Sevinc Tərlan qızı ilə Cavabdeh Ağaməmməd oğlu arasında xx.xx.2019-cu il tarixdə 25 saylı akt qeydi ilə Beyləqan rayon Qeydiyyat Şöbəsində qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə anadan olan Aylin və xx.xx.2021-ci ildə anadan olan Ömürün anaları X1 yanında qalmaları müəyyən edilmiş, Cavabdeh Ağaməmməd oğlundan 27 oktyabr 2022-ci il tarixdən başlayaraq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq xx.xx.2020-ci ildə anadan olan Aylin və xx.xx.2021-ci ildə anadan olan Ömür adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X2 verilməsi qət edilmişdir. İddiaçı uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaqlar böyüdükcə onların gündəlik xərcləri, maddi tələbatları get-gedə artmaqdadır. Cavabdeh isə uşaqların saxlanması üçün iddiaçıya heç bir əlavə köməklik göstərmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən aliment uşaqların təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Alimentin müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən uşaqların mənafeləri ilə yanaşı aliment ödəməyə borclu olan cavabdehin maddi imkanı nəzərə alınmalıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşaqların böyüməsi ilə bağlı xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. Həmçinin məhkəmədə müəyyən edildi ki, Cavabdeh hərbiçi iləməklə aylıq 750 manat əmək haqqı alır. Onun qazancından iki uşağa görə aliment üçdə bir hissədə 250 manat təşkil edir. Ödənilən həmin aliment hər uşağa görə 125 manat təşkil edir ki, həmin məbləğ də uşaqların əvvəlki təminat səviyyəsini maksimal saxlanılmasına yetərli deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin işləməsi barədə məlumat olduğundan aliment həm sabit pul məbləğində həm də cavabdehin qazancından tutulmaqla artırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.» Beləliklə məhkəmə İddiaçı yanında qalan iki nəfər azyaşlı uşaqların təminat səviyyəsini, cavabdehin 750 manat əmək haqqı almasını nəzərə almaqla hər ay hər uşağa görə 45 manat sabit pul məbləğində və cavabdehin qazancının (başqa gəlirlərin) üçdə bir bir hissəsi miqdarda müəyyən edilməklə alimentin qət olunmuş miqdarı artırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Beyləqan rayon məhkəməsinin (020)-106/2022 saylı, 27 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci ildə anadan olan Aylin və xx.xx.2021-ci ildə anadan olan Ömürün saxlanılmaları üçün uşaqların anası İddiaçı ödənilən qazancının (başqa gəlirlərin) üçdə bir bir hissəsi miqdarda alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa görə 45 (qırxbeş) manat sabit pul məbləğində və qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında müəyyən edilməklə artırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar