Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-54/2024 13.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Fərəcova Cavabdeh qarşı pul tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Fərəcova Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş baxılması üçün 28 mart 2024-cü il tarixə, 29 aprel 2024-cü il tarixə və 13 may 2024-cü il tarixə təyin olunaraq iddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişlər. Buna baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər və ya vəkalətli nümayəndələrini məhkəmə iclasına göndərməmişlər. Lakin İddiaçı məhkəməyə teleqram göndərərək göstərmişdir ki cavabdeh xx.xx.2024-cü il tarixində ona olan borcdan 300 mant pul vermişdir və on gün vaxt istəmişdir. Ona görə də işin on gün müddətinə təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Cavavdeh Fərəcova Cavabdeh isə məhkəməyə teleqram göndərərək göstərmişdir ki İddiaçı ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. O iddianı qismən qəbul edir. Hazırda səhhətilə bağı məhkəmə iclasında iştrak edə bilmir. Onun iddiaçıya 2350 manat borcu vardır. O həmin borcdan 700 manat və 300 manat odəmişdir. Hazırda onun qalıq borcu 1350 manatdır və həmin borcu yaxın müddətdə ödəyəcəydir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin məcəllənin 188.3-cü maddəsinə əsasən işə baxılması 3 dəfədən artıq təxirə salına bilməz. İş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərindən və hazırda işə baxılmasının təxirə salınması qeyri mümkün olduğundan məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. İddiaçıya adı çəkilən Məcəllənin 260.4-cü maddəsinin tələbləri izah edilməlidir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Fərəcova Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçı və cavabdeh məhkəmə iclasına üzürlü səbəb olmadan gəlmədiklərindən iddia baxılmamış saxlanılsın. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 115 (yüz on beş) manat pul özünə qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxanması üçün səbəb olan şərait aradan qaıldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan onu sürətyi rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-54/2024
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-54/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver