Məhkəmə qərarları › İş №2(020)-559/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-559/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-559/2025 07.10.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq ,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 502 manat pulun, 31 günün cəriməsi (dəbbə pulu) 41 manat və ödənilmiş dövlət rüsumu olan 30 manat cəmi toplam 573 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 iyul 2024-cü il tarixli nisyə alqı satqı müqaviləsinə əsasən satıcı olan fiziki şəxs İddiaçı tərəfindən alıcı olan Cavabdeh dəyəri 1450 manat olan 1 ədəd mətbəx mebeli 50 manat ilkin ödəniş ödəyərək 7 (yeddi) ay müddətinə, əldə etmişdir. Cavabdeh yuxarıda qeyd edilmiş müqavilənin şərtlərini pozaraq, cəmi 5 dəfə ödəniş etmişdir. Ona edilmiş xəbərdarlıqlara baxmayaraq, yerdə qalan pul məbləğini bu günədək ödəməmişdir. Hazırda cavabdehin ödəmədiyi 502 manat, həmçinin ödənişi gecikdirdiyi hər gün üçün cəmi 41 manat borcu vardır. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixində Güvən mebel şirkətindən ilkin ödəniş 50 manat olmaqla, kreditlə mətbex mebeli almışdır. Mətbəx mebelini 12 aya danışdıqları təqdirdə onun əvvəlki iş yerindən əmək müqaviləsinə xitam verildiyi üçün Güvən mebel şirkətinin nümayəndəsi İddiaçı bildirdi ki, mətbəx mebeli Sizdə yığılır, amma iş yerinin olmadığı üçün 12 aylıq kredit ayrıla bilməz, onun üstündə qalacaq. Ancaq 6 aylıq daxili kredit vermək olar. O, 50 manat ilkin ödəniş edərək, mətbəx mebelini kreditlə almışdır. Mətbəx mebeli quraşdırılanda mebelin qapısının birində problem var idi, yəni çətinliklə açılırdı. Bu haqda ustaya bildirdi, usta dedi ki, işlədikcə düzələcək. Bu haqda Mutuza bəyə məlumat verməmişdir. Lakin bu problemin aradan qalxmadığını görmüş və İddiaçı sentyabr ayında məlumat vermişdir ki, usta göndərilməsini istəyir. Usta gəlmiş və digər problemləri həll etsə də qapıya dəymədi, dedi ki, əvvəlki usta düzəldib, o, əl vura bilməz, işlədikcə yəqin düzələcək. Lakin düzəlmədi, daha da problem böyüdü və mətbəx mebelinin qapısı tamamilə sıradan çıxmışdır. 2024-cü ilin dekabr ayında yenidən İddiaçı bildirdi və o, dedi ki, ustalar indi bayram tətilindədi və 06 yanvar 2025-ci il tarixdə usta göndərəcək, hələ də usta göndərilməyib. Onun İddiaçı qalan 502 manatı ödəməyəcəyinin səbəbi budur. Xahiş edir ki, onu ödəyəcəyi məbləğə görə ona keyfiyyətli mətbəx mebeli verilsin və qalan 502 manat məbləği o təqdirdə aylara bölünməklə ödəməyə hazırdır. Ya da gəlib mətbəx mebelini aparsın, onun ödədiyi məbləği geri ödəsin. O daha kefiyyətli yerdən mətbəx mebeli alar. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir: Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsindən və əlavə ödəniş cədvəlindən görünür ki, Sadıqov X1 Əli Sabir oğluna 7 ay müddətinə, hər ay 237,50 manat ödəmək şərti ilə, dəyəri 1450 manat olan mətbəx mebeli satmışdır. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən mətbəx mebeli xx.xx.2024-cü il tarixdə Cavabdeh təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli Təklifdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2024-cü il tarixli müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. "xxxx" MMC tərəfindən 31 iyul 2025-ci il tarixli, 0193 saylı hesabatdan görünür ki, aparılmış tədqiqat nəticəsində qiymətləndirmə obyekti olan mətbəx mebelinin tədqiqi hissədə qeyd edilən qüsurla tam şəkildə quraşdırıldığı müəyyən edilmişdir. Qiymətləndirmə obyekti olan mətbəx mebelində olan qüsurlar və onların aradan qaldırılması qaydası tədqiqi hissədə ətraflı göstərilmişdir. Qüsurların aradan qaldırılması üsulunu əvvəlcədən müəyyən etmək mümkün olmadığından bunun üçün tələb olunan vəsait barədə fikir bildirmək də mümkün deyildir. Bununla belə, yuxarıda qeyd edilən qüsurların (korpus və fasad qapaqlarında olan şişmə və qabarmaların aradan qaldırılması istisna olmaqla) aradan qaldırılması üçün 150-200 manat xərcin çəkilməsi istisna olunmur. Korpus və fasad qapaqlarının dəyişdirilməsi isə iqtisadi baxımdan sərfəli hesab edilmir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. Həmin Hesabatda qeyd edilmişdir ki, vizual baxış zamanı qiymətləndirmə obyekti olan mətbəx mebelində aşağıdakı qüsurlar müəyyən edilmişdir: • Basaclar düzgün quraşdırılmayıb, ara məsafələri düzgün deyil. Bu səbəbdən, yaxşı açılmır (bəzi qapaqlar üzərinə basdıqda ümumiyyətlə açılmır, yaxud da çətin açılır). • Kargo mexanizmi yaxşı quraşdırılmadığından nasaz vəziyyətə düşmüşdür. • Fasad qapaqların ölçüləri düzgün təyin edilməmişdir. • Rezapalın işçiliyində nöqsan müşahidə edilir. Dəzgahın səthində çökmə var, cüzi əyridir. • Dəstəyin profilində son tamamlama işləri aparılmamışdır. • Aspirator yan tərəflərdən simmetrik quraşdırılmamışdır. Bir tərəfdə məsafə az, digərində daha çoxdur. • Aspiratorun üzərindəki qapaq düzgün quraşdırılmamışdır. • Mebelin korpusunda, xüsusilə də kənarlarında şişmə və qabarmalar müşahidə edilir. • Fasad qapaqlarının kənarlarında və künclərində şişmə və qabarmalar habelə laminasiya qatının qopması müşahidə edilir. • Dəzgahın printusunun aksesuarları quraşdırılmamışdır. Beləliklə, aparılmış tədqiqat nəticəsində qiymətləndirmə obyekti olan mətbəx mebelinin yuxarıda qeyd edilən qüsurla tam şəkildə quraşdırıldığı müəyyən edilmişdir. Mebel bazarında mətbəx mebelləri əksər hallarda paqon metrə üzrə qiymətləndirilərək təklif edilsə də, hər sifarişə fərdi yanaşılmaqla təklifin verilməsi halları da az müşahidə edilmir. Qiymətlər başlıca olaraq satıcı-podratçıdan (fərdi qaydada fəaliyyət göstərən mütəxəssis olmasından və ya çoxsaylı mütəxəssisləri özündə cəmləşdirən ixtisaslaşmış peşəkar müəssisə olmasından), istifadə edilən materiallardan, materialların keyfiyyətindən, istehsal edildiyi ölkədən (mənşəyindən), markasından, istehsalatda istifadə edilən dəzgahlardan, o cümlədən sifarişin fərdi yanaşma-tələb etməsindən və i. asılı olaraq dəyişə bilir. Bununla belə, mebel bazarında mətbəə mebellərinin qiymətləri əsasən tərəflərin sövdələşməsindən asılıdır. Mətbəx mebelində müəyyən olunmuş qüsurların aradan qaldırılması ilə bağlı aşağıdakılar qeyd edilir: • Basaclar sökülərək yenidən quraşdırılmalıdır. Sökülmə nəticəsində korpusda əlavə (lüzumsuz) deşiklərin yaranması istisna edilmir. • Kargo mexanizmi sökülərək yenidən quraşdırılmalıdır. • Fasad qapaqların petlələrində təmzimləmələr aparılaraq ölçüləri düzgün təyin edilməlidir. • Rezapal dəzgahın səthində olan çökməni aradan qaldırmaq üçün dəzgahın oturduğu korpusa əlavə dayanlar quraşdırılmalıdır. Mümkündür ki, bu zaman dəzgah sökülərək yenidən quraşdırılsın. • Dəstəyin profilində son tamamlama işləri aparılmalıdır. • Aspirator yenidən yan tərəflərdən simmetriya gözlənilməklə quraşdırılmalıdır. • Mebelin korpusundakı və fasad qapaqlarının kənarlarında və künclərində şişmə və qabarmaları aradan qaldırmaq mümkün deyildir. Bunun konkret hissələr sökülərək yenisi ilə dəyişdirilməlidir və üsul rentabelli hesab edilmir. • Dəzgahın printusunun aksesuarları quraşdırılmalıdır. Qeyd edildiyi kimi, qüsurların aradan qaldırılmasının müxtəlif üsulları vardır. Hansı üsuldan istifadə ediləcəyini əvvəlcədən müəyyən etmək mümkün olmadığından bunun üçün tələb olunan vəsait barədə fikir bildirmək də mümkün deyildir. Bununla belə, yuxarıda qeyd edilən qüsurların (korpus və fasad qapaqlarında olan şişmə və qabarmaların aradan qaldırılması istisna olmaqla) aradan qaldırılması üçün 150-200 manat xərcin çəkilməsi istisna olunmur. Korpus və fasad qapaqlarının dəyişdirilməsi isə iqtisadi baxımdan sərfəli hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (faiz, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 582.1-ci maddəsinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsinı tələb etsin. 587.3-cü maddəsinə əsasən, bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 614.1-ci maddəsinə əsasən, pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. 624.1-ci maddəsinə əsasən, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilməsini, alış qiyməti mütənasib surətdə azaldılmasını, malın qüsurlarının təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını və malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilməsini tələb edə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində istehlakçılar malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə dair hüquqlara malikdir. 5.1-ci maddəsinə əsasən, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. 5.3-cü maddəsinə əsasən, satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. 5.4-cü maddəsinə əsasən, istehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə müddətin olmadığı halda isə 10 il müddətində təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir. İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində, mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir. 7-ci maddəsinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2024-cü il tarixli müqavilə əsasında cavabdehə 1450 manat məbləğində satılmışdır. Lakin məhkəmə tərəfindən keçirilmiş qiymətləndirmə ekspertizasının rəyi ilə həmin mətbex mebelin qüsurlu olduğu müəyyən edilmiş və həmin qüsurların aradan qaldırılması üçün 150-200 manat xərc tələb olunduğu müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, mətbəx mebelində olan qüsurlar həmin mebel alıcıya təqdim edilənədək yaranmış olduğundan, alış qiyməti 1450 manat olan mebelin alış qiyməti, mebeldə olan qüsurun bərpa edilməsi üçün çəkilməli olan xərc miqdarında, yəni 180 manat məbləğində azaldılmalı və cavabdehdən 502 manat məbləğində əsas borcun tutulmasını tələb edilməsi nəzərə alınmaqla, həmin məbləğdən 180 manat məbləğində pul vəsaiti çıxarılaraq, cavabdehdən 322 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır Məhkəmə iddia tələbinin 41 manat məbləğində dəbbə pulunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ödənişlərin gecikdirilməsi, iddiaçı tərəfindən təqdim edilən mətbəx mebelində olan qüsurların aradan qaldırılmaması olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 322 manat əsas borc tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan və iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, qiymətləndirmə xidmətinin dəyəri olan 200 manat məbləğində pul vəsaitinin 80 manatı iddiaçıdan, 120 manatı isə cavabdehdən tutularaq qiymətləndirici təşkilata ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 322 (üç yüz iyirmi iki) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 342 (üç yüz qırx iki) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin İş üzrə keçirilmiş qiymətləndirmə xidmətinin dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 80(səksən) manatı İddiaçı və 120 ( yüz iyirmi) manatı cavabdeh X2 tutularaq "xxxx" MMC-nin hesabına (Benefisiarın adı "xxxx" MMC, Benefisiarın VÖEN-i **********, hesab nömrəsi M/h-Az12PAHA40060AZNHC**********, müxbir bank "xxxx" ASC, SWİFT PAHSSZ22, bank kodu 505141, valyuta AZN, Bankın VÖEN-i-**********, müxbir hesab AZ82NABZ********************) ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar