Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-562/2025 20.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 3000 manat məbləğində borc pulun və 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsinixahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbindən görünür ki, əvvəllər tanıdığı və yaxşı münasibətdə olduğu Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2022-ci il tarixdə borc pula ehtiyacı olduğundan şahidlərin iştirakı ilə ondan 4.000 (dörd min) manat məbləğində borc pul alaraq 1 ay müdətində geri qaytarcağına dair öhdəlik götürmüşdür. Həmin öhdəliklə bağlı şahidlərin iştirakı ilə borc müqaviləsi bağlanmış və öz xətti və imzası ilə həmin borc müqaviləsini təsdiq etmişdir. Həmçinin 2 nəfər şahidlər belə borc müqaviləsini imzalamışlar. Hətta borc müqaviləsində əgər borcunu qaytarmasa barəsində Azerbaycan Respublikasının Qanunlarına müvafiq qaydada məsuliyyət daşıyacağına dair öhdəlik götürmüşdür. Cavabdeh ondan aldığı 4.000 manat borc puldan indiyədək yalnız 1.000 manat pul geri qaytarmışdır. Yerdə qalan 3.000 manat borcunu hər səfərində geri qaytaracağına dair dəfələrlə söz versə də, müxtəlif bəhanələr gətirərək bu günə kimi geri qaytarmamışdır. Əvvəllər cavabdeh telefonuna cavab versə də sonradan cavab belə verməmişdir. Bir sözlə cavabdeh hazırda borcunu ödəməkdən boyun qaçırmışdır. Odur ki, Cavabdeh 3000 manat məbləğində borc pulun və 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, o, İddiaçı tanışı Qurban adlı şəxs vasitəsilə tanımışdır, Tanışı Qurbanın vasitəsilə də Ülvidən 2.000 manat borc pul almış, lakin qəbzə 4.000 manat yazılmışdır. Həmin qəbzdəki imza ona məxsusdur. Həmin qəbzin tərtib edilməsində iştirak etməmişdir. O, borcunu da Qurbanın vasitəsi ilə Ülviyə qaytarmışdır. İddiaçıdan pul alarkən anasının kartını Ülviyə vermiş, kart hazırda da Ülvidədir. Pulu Ülviyə qaytararkən ondan bu barədə qəbz almamışdır. Hazırda iddiaçıya borcu qalmamışdır. İddiaçının ondan pul tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş borc müqaviləsindən görünür ki, xx.xx.2022-ci ildə Cavabdeh İddiaçı 4.000 manat pulu 1 ay müddətinə qaytarmaq şərti ilə borc almış, pulu Cavabdeh bir aydan sonra qaytaracağına söz vermiş və əgər qaytarmasa Azərbaycan Respublikasının qanunlarına müvafiq məsuliyyət daşıyacağına dair öhdəlik götürmüşdür. Müqaviləyə İddiaçı və Cavabdeh ilə yanaşı şahidlər X1 və X3 da imza etmişlər. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsi vəsiqənin surətindən görünür ki, Cavabdeh xx.xx.1982-ci ildə anadan olmuşdur. Cavabdeh iddiaçıdan 4.000 manat deyil 2.000 manat borc almasını bildirsə də işə əlavə edilmiş borc müqaviləsində cavabdeh öz xətti ilə yazaraq iddiaçıdan 4.000 manat borc aldığını qeyd etmiş və imzası ilə təsdiq etmişdir. Həmçinin cavabdeh iddiaçıdan aldığı pulu geri qaytaramasını göstərsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, cavabdehin izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, iddia cavabdehin yaşadığı ünvana pretenziya göndərərək xx.xx.2022-ci il tarixdə aralarında bağlanılmış borc müqaviləsinə əsasən ondan 4.000 manat məbləğində borc pul aldığını, həmin borcunu bir ay müddətində geri qaytarmağına dair öhdəlik götürdüyünü, lakin indiyədək aldığı 4.000 manat borc puldan yalnız 1.000 manat geri qaytardığını, qalan 3.000 manat borc pulu isə geri qaytarmaqdan imtina edərək borc müqaviləsinin şərtlərin kobud surətdə pozduğunu, xx.xx.2025-ci il tarixədək ondan aldığı borcunu geri qaytarmağı halda 3.000 manat pul tələbinə dair Beyləqan Rayon Məhkəməsində mülki qaydada iddia qaldırmaq məcburiyyətində qalacağını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir İddiaçının iddia tələbi işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetmişdir. Cavabdeh isə iddiaya etiraz etsə də, öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, bununla bağlı məhkəyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh borca görə 3.000 manat və ödənilmiş 50 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh borca görə 3.000 (üç min) manat və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-562/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-562/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver