Məhkəmə qərarları › İş №2(020)-563/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-563/2024

02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-563/2024 02.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, cavabdehin oğlu Nümayəndə onun oğlu X2 işə düzəltmək məqsədi ilə onlardan 8000 manat məbləğində pul almışdır. Sonradan cavabdehin oğlu Nümayəndə əməli dələduzluq kimi qiymətləndirilmiş və Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə ittiham olunaraq barəsində ittihamedici hökm çıxarılmışdır. İbtidai istintaq dövründə 8000 manatdan 6000 manat qaytarılmış, yerdə qalan 2000 manatı da cavabdeh ödəyəcəyi barədə iltizam yazmışdır. Cavabdeh yazdığı iltizamda oğlu tərəfindən dəymiş ziyanın 6000 manat ödədiyi, 8000 manatdan qalan 2000 manatı 4 ay ərzində ayda 500 manat olmaqla 2023-cü ilin fevral ayına qədər ödəməyi öhdəsinə götürmüş və iltizamı imzalamışdır. Ona görə də o, həmin gün Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idaraəsinə ərizə yazaraq Nümayəndə tərəfindən ona dəymi 8000 manat ziyanın tam ödənilməsini göstərmişdir. Həmçinin işə məhkəmədə baxılarkən də ziyanın ödənilməsini bildirmişdir. Həmin fikirlərini Fərdin atası Fazilin ona verdiyi iltizama görə bildirmişdir. Lakin vəd edilən müddət keçməsinə baxmayaraq cavabdeh onun pulunu ödəməmişdir. Hazırda səhhətində problemləri var, əməliyyat olunmuş, maddi vəziyyəti çox pisdir. Mübahisənin başqa həlli mövcud olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 2000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə teleqrama gönədərərək səhhətinə görə məhkəmə iclasında iştirak edə bilmədiyini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin inzibatiatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən və məhkəməyə teleqrama göndərdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında Cavabdeh vəkalətli nümayəndəsi Nümayəndə verdiyi izahatında göstərmişdir ki, o, həqiqətən də iddiaçıdan onun oğlunu hərbi polisə işə düzəltmək adı ilə 8000 manat pul almışdır. Həmin vaxt o, hərbi polisdə işlədiyi üçün pulu Şahlar adlı şəxsə vermiş, Şahmar da onu aldadaraq çıxıb getmişdir. O, bu barədə hərbi prokurorluğa şikayət etmiş və iddiaçıdan ona bu işdə köməklik etməsini xahiş etmişdir. Lakin iddiaçının şikayəti əsasında onun barəsində cinayət işi başlanmış və baxılması üçün Bakı hərbi məhkəməsinə göndərilmişdir. Bakı hərbi məhkəməsində məhkəmə gedərkən iddiaçı ərizə yazıb təqdim etmişdir ki, ona dəyən maddi ziyan tam şəkildə ödənilmiş və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmin məhkəmənin hökmü ilə o, cərimə və şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqı dövründə də iddiaçı nə məhkəməyə nə də ona ona borclu olduğunu deməmişdir. O, iddiaçıdan aldığı pulu tam şəkildə ona ödəmiş və iddiaçıya borcu qalmamışdır. Ona görə də iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyib şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin 1(093)-15/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən Nümayəndə Azərbaycan Respublikası CM-nin 178.2.2 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cərimə və şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh göstərmişdir ki, oğlu tərəfindən dəymiş ziyanın 6000 manatını ödədiyini, 8000 manatdan qalan 2000 manatı 4 ay ərzində ayda 500 manat olmaqla 2023-cü ilin fevral ayına qədər ödəməyi öhdəsinə götürmüşdür və iltizamı imzalamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh oğlu Nümayəndə iddiaçının oğlu X2 işə düzəltmək məqsədi ilə onlardan 8000 manat məbləğində pul almışdır. Cavabdehin oğlu Nümayəndə barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işi başlanmışdır. İbtidai istintaq dövründə 8000 manatdan 6000 manat iddiaçıya ödənilmiş, yerdə qalan 2000 manatı da cavabdeh ödəyəcəyi öhdəsinə götürmüş və bu barədə iltizam yazmışdır. Belə olan halda məhkəmə hesa edir ki, iddia təmin edilməli, X1 2000 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MM-nin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsinin pulu ödəməsi barədə izahatını əsaslı hesab etmir. Cavabdehin nümayəndəsi həmin izahatını iddiaçının ona dəymiş ziyanın ödənilməsi ilə bağlı Bakı hərbi Məhkəməsində ərizə verməsini əsas götürmüşdür. İş materiallarından görünür ki, cavabdeh iddiaçıya 4 aya, hər ay 500 manat ödəməklə 2000 manat ödəmək barədə öhdəliyi 14 oktyabr 2022-ci ildə götürmüş, həmin gün iddiaçı həmin gün Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idaraəsinə ərizə yazaraq Nümayəndə tərəfindən ona dəymi 8000 manat ziyanın tam ödənilməsini göstərmiş, eyni ərizəni məhkəmədə də vermişdir. Bununla da müəyyən olunur ki, iddiaçı cavabdehin vədinə inanaraq həmin ərizələri pul ona qaytarılmadığı halda yazıb vermişdir. Cavabdeh isə həmin pulun iddiaçıya qaytarılması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iclasında iddiaçının iddia tələbi kifayət qədər sübuta yetdiyinə görə məhkəmə iddianın təmin edilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat və ödənilmiş dövlət rüsumuna görə 40 (qırx) manat alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemindəyaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar