Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-596/2024 01.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçılar- İddiaçı1 və İddiaçı2 vəkalətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh- Cavabdeh vəkalətli nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onlara məxsus 160 baş keçiyə, 204 baş qoyuna, 4 baş inəyə və 1 baş danaya görə heyvanların dəyəri olan cəmi 73.730 manat, heyvanların qiymətləndirilməsinə görə ödənilmiş 185 manat və dövlət rüsumuna görə ödənilmiş 321 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhəkəmə iclasında izahat verən iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkalətli nünayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi və izahatında göstərdi ki, iddiaçıların mərhum ataları X1 məxsus Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində 14,5 hektar torpaq sahəsi olmuş, atanın sağlığında həmin yerdə fermer təsərrüfatı yaradaraq mal-qara və qoyun saxlamışdır. Cavabdeh da həmin fermaya yaxın, Beyləqan rayonu, Xaçınabad kəndi ərazisində yerləşən idarə binasında yaşamışdır. İddiaçılar Səbaili qardaşları Arifin vasitəsi ilə tanımışlar. İddiaçılar atalarının yaratdığı təsərrüfatın dağılması üçün 2020ci ilin yay aylarında heyvan alıb saxlamaq qərarına gəlmişlər. Həmin günə fermada 92 baş keçi, 8 baş qoyun olmuşdur. 31 avqust 2020-ci il tarixdə iddiaçıların qardaşı Arif onlara Səbailin keçi satdığını söyləmiş, bundan sonra iddiaçılar Ariflə birlikdə Səbailin olduğu yerə getmişlər. Həmin vaxt Səbaildən 8 baş keçi və 2 baş qoyun almışlar. Bundan sonra fermada 100 baş keçi və 10 baş qoyun olmuşdur. İddiaçılar ferma sahəsində əkin altında olan torpaq sahəsinin suvarılması üçün suçu axtararkən Səbail özünün suçu olduğunu və torpaq sahəsini suvaracağını bildirmişdir. 2020-ci ilin noyabr ayında İddiaçı1 və qohumu İddiaçı2 ilə ibrlikdə kredit götürüb heyvan alıb həmin fermada saxlamaq qərarına gəlmiş və bu barədə Səbailə demişlər. Səbail çoban gələ biləcəyini, çoban işləməsinə görə alacağı əmək haqqı ilə maraqlanmış, Səbailə əmək haqqı verə bilməyəcəyini, çoban işləyəcəyi halda onu da üçüncü şərik edə biləcəyini demişdir. Bundan sonra Səbail onunla razılaşdığına görə fermada olan 100 baş keçini, 10 baş qoyunu götürüb öz fermasına apararaq orada saxlamışdır. İlham 2020-ci ilin dekabr ayında heyvan almaqdan ötrü “Access" bankdan 20.000 manat pul götürüb həmin pula birinci dəfəyə 77 baş qoyun 14 baş quzu və ikinci dəfəyə isə 5 baş keçi, 6 baş çəpiş almışlar. 2022-ci ilin aprel ayının axırına Səbailin öhdəsində 160 baş keçi, 204 baş qoyun, 4 inək və 1 baş dana olmuşdur. 04 may 2022-ci il tarixdə İlhamın götürdüyü krediti bağlamaq üçün fermada olan quzu və keçilərdən satıb krediti bağlamaq üçün Beyləqan rayonuna gəlmiş Səbaildən heyvanları gətirməsini xahiş etmişdir. Səbail heyvanları gətirəcəyini deyib qonşu fermaya getmiş, lakin heyvanları gətirməmişdir. İddiaçı1 Səbailin arxasınca getmiş, orada Səbail heyvanların hamısını satıb pulunu xərclədiyini və ona veriləcək heç pulunun olmadığını demişdir. Bununla bağlı İddiaçı1 Beyləqan rayon Polis şöbəsinə ərizə vermiş, ərizə Beyləqan rayon prokurorluğuna göndərilmişdir. Beyləqan rayon prokurorluğunun 27 oktyabr 2022-ci il tarixli, qərarı ilə ərizə əsasında toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 322-ci maddəsi üzrə araşdırmanın davam etdirilməsi üçün material ayrılıb göndərilmişdir. Beyləqan rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqinin 25 noyabr 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Hər iki material üzrə Cavabdeh fermada qoyun, keçiləri şərikinə birlikdə saxladığını, 2021-ci ilin yanvar, fevral, mart aylarında hər ay 350 manat, 2021-ci ilin aprel ayından 2022-ci ilin aprel ayının sonuna kimi 950 manatdan İlhama krediti bağlamaq üçün pul verdiyini göstərmişdir. Bundan sonra iddiaçılar məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. Səbail özü də heyvanlarının bir qismini 6.950 manata satdığını, pulu əmək haqqı hesabına götürdüyünü etiraf etmişdir. Lakin onların arasında əmək haqqı söhbəti olmamış, qazancı 3 yerə bölməyə razılaşmışlar. Ona görə də Cavabdeh onlara məxsus 160 baş keçiyə, 204 baş qoyuna, 4 baş inəyə və 1 baş danaya görə heyvanlarının dəyəri olan cəmi 73.730 manat, heyvanların qiymətləndirilməsinə görə ödənilmiş 185 manatın, dövlət rüsumuna görə ödənilmiş 321 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh vəkalətli nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etmədi və izahatında göstərdi ki, Cavabdeh ona deməsinə görə təxminən 2020-ci ilin avqust ayının sonlarında səbail özünə məxsus keçiləri satan zaman Sabir və qardaşı Arif gələrək keçi almaq istədiklərini bildirmişlər və Sabir ondan 8 baş keçi və 2 baş qoyun almışdır. Həmin vaxt heyvanları neçəyə satdığını dəqiq xatırlamır. Təxminən bir iki ay sonra yolda Sabirlə qarşılaşmış, Sabir torpaq sahəsinin suvarılması üçün suçu axtardığını demiş, o da öz köməyini təklif etmişdir. O, Sabirin 2 hektar torpaq sahəsini suvarmış, bundan sonra təxminən 2020-ci ilin noyabr ayında Sabir ona çoban axtardığını demiş, o da Sabirdən çobana nə qədər əmək haqqı verə biləcəyini soruşmuş, Sabir ona 350 manat əmək haqqı verəcəyini demişdir. O, Sabirə çobanlarla maraqlanacağını, gəlmək istəyən olsa, ona deyəcəyini bildirmiş, bir neçə gün sonra o, Sabirə çobanların daha çox əmək haqqı istədiklərini demiş, Sabir isə daha çox əmək haqqı verməyəcəyini bildirərək, onun heyvanlarını saxlamasını, əldə edəcəkləri qazanca onun da şərik olacağını demişdir. O, Sabirdən nə qədər heyvanının olduğunu soruşduqda Sabir 100 baş keçisinin, 2 baş qoyununun və 8 baş quzusunun olduğunu demiş, o isə Sabirə həmin keçiləri sataraq qoyun almasını təklif etmişdir. Bundan sonra Sabir bir neçə tanımadığı alverçiləri çağırmış, ancaq onlar keçiləri almamışlar. Sabir həmin heyvanları saxlamasını təklif etmiş, o isə Sabirə onun fermasında yaxşı şərait olmadığını, qarşıdan qış fəsli gəldiyini, heyvanları özü qaldığı fermaya aparmağı təklif etmişdir. Sabir də onunla razılaşmış və o, həmin heyvanları götürüb öz fermasına apararaq təxminən 20 gün orada saxladıqdan sonra Sabirin fermasında şəraiti yaxşılaşdırıb yenidən ora gətirmişdir. Dekabr ayında Sabir qaynı İlhamın əlində pulu olduğunu, onun pulu ilə də qoyun alıb saxlamağı, əldə olunan qazancı üçünün arasında böləcəyini demiş, o isə Sabirə heyvan aldıqdan sonra heyvanları otarmağa yaxşı yerlərinin az olacağını, əlavə yer alarsa, saxlaya biləcəyini demişdir. Sabir də ona ot və yem alacağını bildirmişdir. Bundan sonra o, Sabirlə birlikdə Beyləqan rayonu, Kəbirli kənd sakini Bakirin oğlu Aslandan 64 baş qoyun, iki qoç və 14 baş quzu almış, bunun müqabilində Aslana ümumilikdə 16500 manat pul vermişlər. Sabir həmin pulun 12500 manatını əvvəlcədən vermiş, qalan 4000 manatı isə Aslana çatdırması üçün sonradan ona vermişdir. O da öz növbəsində həmin pulu Aslana çatdırmışdır. Bundan sonra o, əlavə olaraq bazardan tanımadığı şəxsdən 150 manatdan 10 baş qoyun almış, yol pulu ilə birlikdə Səbail ona 1600 manat pul vermişdir. Sonra isə Sabirlə birlikdə bazardan 170 manata bir baş qoyun almışlar. Bundan sonra o, 100 baş keçini, 85 baş qoyunu, 2 baş qoçu və 14 baş quzunu əvvəlcə Sabirin fermasında, sonra isə öz qaldığı fermada saxlamağa başlamışdır. Daha sonra Sabir İlhamın 18.000 manat kredit götürüb onlara verdiyini və aybaay həmin krediti ödəyəcəklərini demişdir. Cavabdeh İlhamın əvvəlcədən pul götürməsi və şərik olmaları barədə heç bir məlumatı olmamışdır. Səbailə bu barədə Sabir məlumat vermişdir. Sabir kreditin ilk üç ayı 350 manatdan, növbəti ayları isə 950 manatdan ödəməli olduqlarını bildirmiş, o da razılaşmışdır. 2021-ci ilin yanvar, fevral və mart ayında hər ay 350 manat. 2021-ci ilin aprel ayından 2022-ci ilin aprel ayının sonuna kimi hər ay 950 manat pulu Sabirə vermiş, Sabir isə həmin pulları kreditə ödədiyini bildirmişdir. O, ümumilikdə Sabirə kreditə ödəməsi üçün 13.400 manat pul vermiş, həmin pulları hər ayın 22-i və ya 23-fı Sabirə verirmişdir. Sabir çox vaxt fermada onun yanında olmuş, fermada olanda pulu Sabirin özünə vermiş, Bakı şəhərində olanda isə onun dediyi hesab kartlarına göndərmişdir. Həmin hesab kartlarının nömrələri hazırda yadında qalmamış, ödəniş çeklərini isə Sabirin özünə vermişdir. Bir dəfə İlhamın özünə 950 manatı poçtla, bir dəfə isə İlhamın özünə şəxsən vermişdir. Ancaq hansı ayda göndərdiyini xatırlamır. Həmin ödənişin bir ayını isə Sabirin qardaşı Arifə vermiş, Arif həmin pulu Sabirə göndərmişdir. O, həmin pulları Sabirlə birlikdə saxladığı qoyunlardan satıb vermişdir. Həmin qoyunları Tacəddin, Şaban, Məhərrəm adlı şəxslərin avtomobilləri ilə aparıb Beyləqan rayon mal bazarında ayrıayrı şəxslərə satmış, bir neçə dəfə isə fermaya gələn alverçilərə satmışdır. Qoyun satdığı şəxslərin kim olmasını xatırlamır, onlar müxtəlif yerlərdən gələn alverçilər olmuşlar. O, nə qədər qoyun satdığını da xatırlamır. Bundan başqa həmin qoyunun 13 başını Məhərrəm adlı taksi şoferi ilə birlikdə ayrı-ayrı vaxtlarda Sabirin Beyləqan rayonunda yerləşən ata evinə gətirib özünə vermiş, həmin qoyunlardan 3 başı xəstəlikdən, bir başı isə zəhərlənərək ölmüşdür. Bundan başqa, qoyunların 4 başını bazarda satıb qonşuluqda yaşayan Dilarədən 2 ay heyvan otarmağa 2,5 hektar torpaq sahəsini 500 manata icarəyə götürmüş, bir qoyunu satıb heyvanların dərmanına vermiş, iki baş qoyunu satıb bir toğlu alıb Sabirin dediyi adama pay vermiş, həmin şəxs Sabirin tanışı olmuşdur. Bir qoyunu Sabirin sözü ilə qardaşı Arifgilə aparmış, bir neçə dəfə qoyundan satıb İlqar adlı şəxsdən ot kipi almış, həmin qoyun və quzuları satdıqca hər dəfə bunu Sabirin özünə deyib satmış, ondan xəbərsiz satmamışdır. 2022-ci ilin aprel ayının sonunda 15 baş qoyun və 6 baş quzu qalmışdır. Qoyunlardan əlavə Sabirin 100 baş keçisini saxlamış, həmin keçilərin 39 başı aclıqdan və qocalıqdan ölmüşdür. Sabir sahənin suvarılmasına görə alıb gətirdiyi su nasosunun pulu üçün heyvan satmasını demiş, o da 20 baş keçini 50 manatdan satıb 750 manatını Sabirin özünə vermiş, 50 manatını Sabirin sözü ilə onun göndərdiyi motoru gətirən taksiyə, 50 manatını yenidən Sabirin özünə. 100 manatını Sabirin sözü ilə gətirdiyi qaynaqçıya, 50 manatını isə özü yol pulu olaraq götürmüşdür. Bir keçini isə Sabir özü motoru düzəldən ustaya vermiş, bir keçini Xaçınabadda yaşayan Mübariz adlı şəxsə verib ondan 180-lik boru almış, daha sonra 8 baş keçini satıb 40 ədəd ot kipi aldığı Xaçınabadda ot satan Vüsala 200 manat vermişdir. Bundan başqa müxtəlif vaxtlarda keçi və çəpiş satıb fermanın xərclərinə işıq puluna, torpaq icarəsi puluna, dava- dərmana vermiş, həmin keçiləri də bazarda tanımadığı şəxslərə, qapıya gələn alverçilərə müxtəlif qiymətlərə satmış, həmin heyvanları da qeyd etdiyi taksilərlə aparıb satmışdır. 2022-ci ilin aprel ayının sonlarında Sabirin onda 41 baş keçisi qalmış, 2022-ci ilin aprel ayının sonlarında Sabirə keçiləri satıb inək alacağını demiş, Sabir onunla razılaşdıqdan sonra o. həmin 41 baş keçini hissə-hissə taksilərlə bazara gətirib ümumilikdə 2050 manata satmış, bir neçə gün sonra Sabir onun yanma gələrək torpaq sahəsini satdığını və heyvanları satıb ona verməsini demiş, o isə Sabirə əziyyət çəkdiyini, heç bir qazanc götürmədiyini bildirmiş, Sabir də ona əlavə yer alacağını, yenə heyvan saxlayacaqlarını demişdir. O, keçiləri satdığını, qoyunları isə satmadığını demiş, Sabir də krediti bağlayacağını bildirmişdir. O, Sabirə yerdə qalan heyvanları çəkdiyi əziyyətə görə əmək haqqı götürəcəyini dedikdə, Sabir onunla razılaşmayaraq ona pul verməyəcəyini bildirmişdir. Sabirə çəkdiyi əziyyətin qarşılığını verməsə, həmin qoyunları və keçinin pullarını verməyəcəyini dedikdə, Sabir ondan şikayət edəcəyini deyərək çıxıb getmişdir. Bundan sonra o, Sabirin yerdə qalan 15 baş qoyununu və 6 baş quzusunu satıb, 4.400 manat pulu özünə götürmüşdür. O, Sabirin 100 baş keçisini, 101 baş qoyununu və 4 baş inəyini ondan xəbərsiz satıb mənimsəməmiş, Sabirin inəyi olmamışdır. O, hər heyvan satdıqca Sabirin özünə deyib satmış və qeyd etdiyi xərclərə çəkmişdir. Ancaq yekunda Sabir torpağı satdığını dediyi üçün o, yerdə qalan 15 baş qoyunu, 6 baş quzunu və 41 baş keçini satıb ümumilikdə 6.450 manat pulu Sabir ona əmək haqqı vermədiyi üçün götürmüşdür. Bundan sonra Sabirin onda heç bir mal qarası qalmamışdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materaiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi AB yaşayış sahəsi, bina 117b, mənzil 19-da qeydiyyatda olmaqla yaşayan İddiaçı1 Beyləqan rayonu, Tatalılar kənd sakini Cavabdeh fermada olan ona məxsııs 100 baş keçini, 101 baş qoyunu və 4 baş iri buynuzlu heyvanını ondan xəbərsiz sataraq mənimsədiyini bildirməsi barədə material üzrə Cavabdeh əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığı üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və İddiaçı1 məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Həmin materiallarda olan Cavabdeh izahatından görünür ki, İddiaçı1 əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik, yaxud qohumluq münasibətləri olmamışdır. Təxminən 2020-ci ilin avqust ayının sonlarında özünə məxsus keçiləri satan zaman Sabir və qardaşı Arif gələrək keçi almaq istədiklərini bildirmişlər və Sabir ondan 8 baş keçi və 2 baş qoyun almışdır. Həmin vaxt heyvanları neçəyə satdığını dəqiq xatırlamır. Təxminən bir iki ay sonra yolda Sabirlə qarşılaşmış, Sabir torpaq sahəsinin suvarılması üçün suçu axtardığını demiş, o da öz köməyini təklif etmişdir. O, Sabirin 2 hektar torpaq sahəsini suvarmış, bundan sonra təxminən 2020-ci ilin noyabr ayında Sabir ona çoban axtardığını demiş, o da Sabirdən çobana nə qədər əmək haqqı verə biləcəyini soruşmuş, Sabir ona 350 manat əmək haqqı verəcəyini demişdir. O, Sabirə çobanlarla maraqlanacağını, gəlmək istəyən olsa, ona deyəcəyini bildirmiş, bir neçə gün sonra o, Sabirə çobanların daha çox əmək haqqı istədiklərini demiş, Sabir isə daha çox əmək haqqı verməyəcəyini bildirərək, onun heyvanlarını saxlamasını, əldə edəcəkləri qazanca onun da şərik olacağını demişdir. O, Sabirdən nə qədər heyvanının olduğunu soruşduqda Sabir 100 baş keçisinin, 2 baş qoyununun və 8 baş quzusunun olduğunu demiş, o isə Sabirə həmin keçiləri sataraq qoyun almasını təklif etmişdir. Bundan sonra Sabir bir neçə tanımadığı alverçiləri çağırmış, ancaq onlar keçiləri almamışlar. Sabir həmin heyvanları saxlamasını təklif etmiş, o isə Sabirə onun fermasında yaxşı şərait olmadığını, qarşıdan qış fəsli gəldiyini, heyvanları özü qaldığı fermaya aparmağı təklif etmişdir. Sabir də onunla razılaşmış və o, həmin heyvanları götürüb öz fermasına apararaq təxminən 20 gün orada saxladıqdan sonra Sabirin fermasında şəraiti yaxşılaşdırıb yenidən ora gətirmişdir. Dekabr ayında Sabir qaynı İlhamın əlində pulu olduğunu, onun pulu ilə də qoyun alıb saxlamağı, əldə olunan qazancı üçünün arasında böləcəyini demiş, o isə Sabirə heyvan aldıqdan sonra heyvanları otarmağa yaxşı yerlərinin az olacağını, əlavə yer alarsa, saxlaya biləcəyini demiş, Sabir də ona ot və yem alacağını bildirmişdir. Bundan sonra o, Sabirlə birlikdə Beyləqan rayonu, Kəbirli kənd sakini Bakirin oğlu Aslandan 64 baş qoyun, iki qoç və 14 baş quzu almış, bunun müqabilində Aslana ümumilikdə 16.500 manat pul vermişlər. Sabir həmin pulun 12.500 manatını əvvəlcədən vermiş, qalan 4.000 manatı isə Aslana çatdırması üçün sonradan ona vermişdir. O da öz növbəsində həmin pulu Aslana çatdırmışdır. Bundan sonra o, əlavə olaraq bazardan tanımadığı şəxsdən 150 manatdan 10 baş qoyun almış, yol pulu ilə birlikdə Səbail ona 1.600 manat pul vermişdir. Sonra isə Sabirlə birlikdə bazardan 170 manata bir baş qoyun almışlar. Bundan sonra o, 100 baş keçini, 85 baş qoyunu, 2 baş qoçu və 14 baş quzunu əvvəlcə Sabirin fermasında, sonra isə öz qaldığı fermada saxlamağa başlamışdır. Daha sonra Sabir İlhamın 18.000 manat kredit götürüb onlara verdiyini və aybaay həmin krediti ödəyəcəklərini demiş, Sabir ilk üç ayı 350 manatdan, növbəti ayları isə 950 manatdan ödəməli olduqlarını bildirmiş, o da razılaşmışdır. 2021-ci ilin yanvar, fevral və mart ayında hər ay 350 manat. 2021-ci ilin aprel ayından 2022-ci ilin aprel ayının sonuna kimi hər ay 950 manat pulu Sabirə vermiş, Sabir isə həmin pulları kreditə ödədiyini bildirmişdir. O, ümumilikdə Sabirə kreditə ödəməsi üçün 13.400 manat pul vermiş, həmin pulları hər ayın 22-i və ya 23-fı Sabirə verirmişdir. Sabir çox vaxt fermada onun yanında olmuş, fermada olanda pulu Sabirin özünə vermiş, Bakı şəhərində olanda isə onun dediyi hesab kartlarına göndərmişdir. Həmin hesab kartlarının nömrələri hazırda yadında qalmamış, ödəniş çeklərini isə Sabirin özünə vermişdir. Bir dəfə İlhamın özünə 950 manatı poçtla, bir dəfə isə İlhamın özünə şəxsən vermişdir. Ancaq hansı ayda göndərdiyini xatırlamır. Həmin ödənişin bir ayını isə Sabirin qardaşı Arifə vermiş, Arif həmin pulu Sabirə göndərmişdir. O, həmin pulları Sabirlə birlikdə saxladığı qoyunlardan satıb vermişdir. Həmin qoyunları Tacəddin, Şaban, Məhərrəm adlı şəxslərin avtomobilləri ilə aparıb Beyləqan rayon mal bazarında ayrı-ayrı şəxslərə satmış, bir neçə dəfə isə fermaya gələn alverçilərə satmışdır. Qoyun satdığı şəxslərin kim olmasını xatırlamır, onlar müxtəlif yerlərdən gələn alverçilər olmuşlar. O, nə qədər qoyun satdığını da xatırlamır. Bundan başqa həmin qoyunun 13 başını Məhərrəm adlı taksi şoferi ilə birlikdə ayrı-ayrı vaxtlarda Sabirin Beyləqan rayonunda yerləşən ata evinə gətirib özünə vermiş, həmin qoyunlardan 3 başı xəstəlikdən, bir başı isə zəhərlənərək ölmüşdür. Bundan başqa, qoyunların 4 başını bazarda satıb qonşuluqda yaşayan Dilarədən 2 ay heyvan otarmağa 2,5 hektar torpaq sahəsini 500 manata icarəyə götürmüş, bir qoyunu satıb heyvanların dərmanına vermiş, iki baş qoyunu satıb bir toğlu alıb Sabirin dediyi adama pay vermiş, həmin şəxs Sabirin tanışı olmuşdur. Bir qoyunu Sabirin sözü ilə qardaşı Arifgilə aparmış, bir neçə dəfə qoyundan satıb İlqar adlı şəxsdən ot kipi almış, həmin qoyun və quzuları satdıqca hər dəfə bunu Sabirin özünə deyib satmış, ondan xəbərsiz satmamışdır. 2022-ci ilin aprel ayının sonunda 15 baş qoyun və 6 baş quzu qalmışdır. Qoyunlardan əlavə Sabirin 100 baş keçisini saxlamış, həmin keçilərin 39 başı aclıqdan və qocalıqdan ölmüşdür. Sabir sahənin suvarılmasına görə alıb gətirdiyi su nasosunun pulu üçün heyvan satmasını demiş, o da 20 baş keçini 50 manatdan satıb 750 manatını Sabirin özünə vermiş, 50 manatını Sabirin sözü ilə onun göndərdiyi motoru gətirən taksiyə, 50 manatını yenidən Sabirin özünə. 100 manatını Sabirin sözü ilə gətirdiyi qaynaqçıya, 50 manatını isə özü yol pulu olaraq götürmüşdür. Bir keçini isə Sabir özü motoru düzəldən ustaya vermiş, bir keçini Xaçınabadda yaşayan Mübariz adlı şəxsə verib ondan 180-lik boru almış, daha sonra 8 baş keçini satıb 40 ədəd ot kipi aldığı Xaçınabadda ot satan Vüsala 200 manat vermişdir. Bundan başqa müxtəlif vaxtlarda keçi və çəpiş satıb fermanın xərclərinə işıq puluna, torpaq icarəsi puluna, dava- dərmana vermiş, həmin keçiləri də bazarda tanımadığı şəxslərə, qapıya gələn alverçilərə müxtəlif qiymətlərə satmış, həmin heyvanları da qeyd etdiyi taksilərlə aparıb satmışdır. 2022-ci ilin aprel ayının sonlarında Sabirin onda 41 baş keçisi qalmış, 2022-ci ilin aprel ayının sonlarında Sabirə keçiləri satıb inək alacağını demiş, Sabir onunla razılaşdıqdan sonra o. həmin 41 baş keçini hissə-hissə taksilərlə bazara gətirib ümumilikdə 2050 manata satmış, bir neçə gün sonra Sabir onun yanma gələrək torpaq sahəsini satdığını və heyvanları satıb ona verməsini demiş, o isə Sabirə əziyyət çəkdiyini, heç bir qazanc götürmədiyini bildirmiş, Sabir də ona əlavə yer alacağını, yenə heyvan saxlayacaqlarını demişdir. O, keçiləri satdığını, qoyunları isə satmadığını demiş, Sabir də krediti bağlayacağını bildirmişdir. O, Sabirə yerdə qalan heyvanları çəkdiyi əziyyətə görə əmək haqqı götürəcəyini dedikdə, Sabir onunla razılaşmayaraq ona pul verməyəcəyini bildirmişdir. Sabirə çəkdiyi əziyyətin qarşılığını verməsə, həmin qoyunları və keçinin pullarını verməyəcəyini dedikdə, Sabir ondan şikayət edəcəyini deyərək çıxıb getmişdir. Bundan sonra o, Sabirin yerdə qalan 15 baş qoyununu və 6 baş quzusunu satıb, 4400 manat pulu özünə götürmüşdür. O, Sabirin 100 baş keçisini, 101 baş qoyununu və 4 baş inəyini ondan xəbərsiz satıb mənimsəməmiş, Sabirin inəyi olmamışdır. O, hər heyvan satdıqca Sabirin özünə deyib satmış və qeyd etdiyi xərclərə çəkmişdir. Ancaq yekunda Sabir torpağı satdığını dediyi üçün o, yerdə qalan 15 baş qoyunu, 6 baş quzunu və 41 baş keçini satıb ümumilikdə 6450 manatı pulu özü götürmüş, həmin pulu Sabir ona əmək haqqı vermədiyi üçün götürmüşdür. Sabirlə aralarındakı razılaşmaya görə onlar heyvanı saxlayıb, İlhamın kreditini bağladıqdan sonra əldə edəcəkləri xeyirə onun da şərik olacağı olmuş, İlham ona əmək haqqı verməklə bağlı razılıq olmasa da, sonda torpağı və yerdə qalan heyvanları da satmaq istədiyi üçün Sabirə çəkdiyi əziyyətə görə ona əmək haqqı verməsini demiş, Sabir isə ona əmək haqqı verməyəcəyini bildirmişdir. Bu səbəbdən də o, qalan heyvanları satıb pulunu götürmüş və öz borclarına vermişdir. O, həmin pulu Mətanətin aptekinə, Kəbiıii kəndində yerləşən Cavid, İlqar adlı şəxslərin mağazalarına, Sənan adlı qəssaba olan borcuna, bir az da öz kreditinə venmişdir. O, Arifdən özü 4 baş inəyi 4000 manata almış, bunun müqabilində Arifə 3500 manat nağd pul, 2 quzu vermiş, 300 manat isə borcu qalmışdır. Həmin inəkləri öz pulu ilə almış, pulun və inəklərin Sabirə aidiyyəti olmamışdır. Həmin 3500 manat pulu atasının adma götürdükləri kredit pulu olmuşdur. Onun özünün atamın heyvanı ilə birlikdə 14 baş qoyunu olmuş, o, həmin heyvanları öz qaldığı fermada və Sabirin fermasında saxlamışdır. İddiaçı1la aldıqları heyvanlardan öz şəxsi istifadəsi üçün satmamış, ancaq yekunda qalan heyvanları satıb pulunu götürmüşdür. O, Sabir və İlhamdan 750 manat borc almış, həmin pulla Sabirdən 5 baş keçi və 6 baş çəpiş almış, bir həftə sonra isə həmin heyvanları satıb 45 manat öz xeyrini götürüb, 750 manat pulu onların özlərinə qaytarmışdır. O, hər hansı qadına qoşulduğımu, sonuncu dəfə 26 aprel 2022-ci il tarixdə 78 baş qoyun və 126 baş quzu olmaqla, 204 qoyunun, 4 baş inəyinin və 160 baş keçinin olmasını Sabirə deməmiş, Sabir özü heyvanların azaldığını, az heyvan qaldığını bilirmişdir. O. kreditə ödəməsi üçün Sabirə 10 500 manat yox, 13.400 manat pul vermiş, heyvanları Sabir razılığı ilə satıb pulunu ona vermişdir. Həmçinin iş materialları ilə və cavabdehin nümayəndəsini izahatı ilə müəyyən edilmişdir ki, tərəflər həqiqətən mal-qara saxlamaqla bağlı razılığa gəlmişlər. Cavabdehin nümayəndəsinin etirafında da görünür ki, axırda Cavabdeh Sabir torpağı satdığını dediyi üçün yerdə qalan 15 baş qoyunu, 6 baş quzunu və 41 baş keçini satıb ümumilikdə 6450 manatı pulu Sabir cavabdehə əmək haqqı vermədiyinə görə cavabdeh əmək haqqı hesabına özünə götürmüşdür. Beləliklə məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, iddiaçılarla cavabdeh arasında malqara saxlamaqla bağlı razılıq olmuş, iddiaçılar cavabdehə saxlamaqdan ötürü qoyun, keçi və inək heyvanları vermişlər. Müxtəlif vaxtlarda heyvanlardan satılmış, tələf olmuş, cavabdehin polisdə verdiyi izahatından da göründüyü kimi cəmi 41 baş keçi, 15 baş qoyun və 6 baş quzu qalmış, onları 6450 manata satmaqla pulunu əmək haqqı hesabına özünə götürmüşdür. Halbu ki, tərəflər arasında razılıq belə olmuşdur ki, mal-qara saxlanmağı ilə bağlı əldə olunan qazancı 3 yerə bölsünlər. Cavabdehə əmək haqqı ödənilməsi ilə bağlı hər hansı bir razılaşma olmamışdır. Həmçinin cavabdeh inək heyvanlarının olmadığını göstərsə də, iddiaçıların ərizəsindən də göründüyü kimi bir baş damazlıq inək, 1 baş düyə (boğaz), 1 baş düyə (balalı) olmuşdur və tərəflər arasında narazılıq yaranarkən də, həmin heyvanlar orada olmuşdur. Lakin cavabdeh iddiaçılara məlumat vermədən həmin heyvanları satmışdır. Cavabdeh 41 baş keçi, 15 baş qoyun və 6 baş quzunu 6450 manata satdığını göstərsə də, işdə olan mütəxəssis rəyinə əsasən həmin heyvanların cəmi dəyəti 10990 manat təşkil etmişdir. Həmçinin bir baş damazlıq inək, 1 baş düyə (boğaz), 1 baş düyə (balalı) heyvanların dəyəri isə mütəxəssis rəyinə əsasən 4800 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, yekunda cavabdehdə 15.790 manat dəyərində mal-qara qalmış, tərəflərin razılığına əsasən qazanc 3 yerə bölünməli olduğu halda hər birinə düşən mal-qaranın dəyəri 5.263 manat təşkil edir. Burdan da görünür ki, həmin pulun 2 hissəsi, yəni iddiaçılara düşən məbləğ 10.526 manat təşkil edir. Ona görə də cavabdehdən həmin məbləğ alınıb iddiaçılara verilməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 10.526 (on min beş yüz iyirmi altı) manat, dövlət rüsumuna görə ödənilmiş 46 (qırx altı) manat və mütəxəssis rəyinə görə ödənilmiş 27 (iyirmi yeddi) manat pul alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-596/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-596/2024
01.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver