Məhkəmə qərarları › İş №2(020)-621/2025

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №2(020)-621/2025

21.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № 2(020)-621/2025 21.02.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçılar İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə hüququn tanınması” tələbi barədə vermiş olduğu iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə hüququn tanınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladlarının 23 iyul 2012-ci təvəllüdlü X1 və 15 sentyabr 2016-cı il təvəllüdlü X2 ünvan 1 ünvanda yerləşən mənzildə istifadə hüququnun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir; 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Prosessual normaların tələblərindən aydın olur ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınmasına, başqasının sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırılmasına dair iddia tələbləri üzrə qanunverici müstəsna aidiyyət qaydalarını müəyyən etmiş və bu iddia tələbləri üzrə mülki işə cavabdehin rəsmi qeydiyyatı və ya hüquqi ünvanı üzrə deyil, daşınmaz əşyanın yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən müəyyən edilir ki, mübahisə predmeti olan əmlak (ünvan 1) Bakı şəhərinin Pirallahı rayonu ərazisində yerləşir və iddia ərizəsinin məzmunundan da müəyyən olunur ki, iddiaçı mübahisə predmeti olan mənzilə övladları ilə birlikdə istifadə hüququnun tanınmasını xahiş edir. Ona görə də hesab edirəm ki, hazırki iddiaya daşınmaz əmlakın yerləşdiyi yer üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsində baxılmalıdır. Eyni zamanda , Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. 150.1 və 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməli olduğu halda İddiaçı tərəfindən nə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, nə də onun qanunvericiliyə uyğun olaraq dövlət rüsumunu ödəməkdən azad edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddiaçıya qərardadda göstərilən nöqsanı aradan qaldırmaqla hazırki iddia tələbi ilə bağlı daşınmaz əmlakın olduğu ərazi üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə hüququn tanınması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Urüzga qızına izah edilir ki, o, qərardadda göstərilən nöqsanı aradan qaldırmaqla hazırkı iddia tələbi ilə bağlı daşınmaz əmlakın olduğu ərazi üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edə bilərlər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar