Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-63/2024 29.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 1100 (bir min bir yüz) manat məbləğində pulun və 39 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə münasibətləri olmuşdur. Cavabdeh onun evində usta kimi işləməyi öhdəsinə götürmüşdür. O isə onun müqavilində Cavabdeh pul lazım olduğu üçün əvvəlcədən 1100 manat pul vermiş, lakin Cavabdeh onun evində heç bir iş görməmişdir. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulunu qaytarmamışdır. 2023-cü ilin fevral ayında yenidən cavabdehdən verdiyi pulu tələb etmişdir. Cavabdeh isə oğlu öz xətti ilə ondan 1100 manat pul aldığı barədə qəbz yazmış və yazdığı qəbzi təsdiq etmişdir. Həmin qəbzdə ilkin borcunu 28 fevral 2023-cü il tarixdən etibarən hər ay 150 manat olmaqla qaytaracağına söz vermişdir. Lakin vədinə eməl etməmişdir. Dəfələrlə ondan pulunu tələb etmişdir. Bundan sonra İlkin ona cəmi 50 manat pul qaytarmışdır. O dəfələrlə Cavabdeh borcu tələb etmiş, lakin heç bir nəticə əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 1050 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın təmin edilməsini məhkəmədn xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, İddiaçı məhkəmədə ona qarşı iddia qaldırmışdır. İddianı qəbul etmir . Belə ki, onun 1.100 manat məbləğində iddiaçıya borcu yoxdur. İddiaçıdan əvvəllər 200 manat borc pul almışdır. Sonradan o, usta kimi İddiaçı tikdirdiyi fərdi yaşayış evində fəhlələri ilə birgə beton, apalovka, hörgü və sair tikinti işləri görmüşdür. Aralarında görülən işlə bağlı narazılıqları olmuş, ona görə də borclu olmasına dair qəbz yazıb vermişdir. Onun qarşılığında da həmin qəbzdə olan borc əvəzlənmişdir. İddiaçı həmin qəbzi cırıb atacağına dair söz versə də onu aldadıb həmin qəbzi cırmayaraq məhkəməyə təqdim etmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki Cavabdeh İddiaçı 1100 manat borclu olduğunu və xx.xx.2023-cü il tarixindən hər ay 150 manat ödəyəciyini öhdəsinə götürmüş və qəbzi imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş şəxsi vəsiqənin surətindən görünür ki, Cavabdeh xx.xx.1980-cı ildə anadan olmuşdur. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Cavabdeh iddiaçıya verdiyi qəbzdə ona 1100 manat borcu olduğunu, həmin borcunu da 2023-cü ilin fevral ayının 8-dən etibarən iddiaçıya qaytaracağına söz vermişdir. Məhkəmə iclasında izahar verən cavabdeh pulu iddiaçıdan pul aldığını, lakin sonradan iddiaçının evində işləməklə həmin pulu əvəzləşdirdiklərini göstərsə də, hazırda borc sənədinin iddiaçıda olması cavabdeh tərəfindən borcun qaytarlmaması nəticəsinə gəlməyə əsas verir. Cavabdeh borcun ödənilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında izahat verən iddiaçı 1100 manat borcdan 50 manat qaytarıldığını göstərmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 1050 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmədə müəyyən edildi ki cavabdeh iddiaçıya borca görə verdiyi qəbzlə müəyyən edilmiş məbləğdən cəmi 50 (əlli) manat ödəmiş, 1050 (bir min əlli) manat borclu qalmışdır, ona görə də iddia qismən təmin edilməli, cavabdehdən 1050 (bir min əlli) manat alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 1050 (bir min əlli manat) manat pul və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rusumuna görə 8 (səkkiz) manat iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-63/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-63/2024
29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver