Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-631/2025 13.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Abu-Bəkir qızına qarşı pul tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Abu-Bəkir qızından 1500 ( min beş yüz) manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən qarajda qanuni əsaslarla VÖEN **********, avtomaşınların təmiri üzrə usta işləyir. Cavabdehin işlədiyi paltar mağazası ilə onun iş yeri yaxın olmuşdur. Cavabdehlə aralarında tanışlıq da oradan başlamışdır. 2020-ci il iyul ayında Cavabdeh özünün və qardaşı Vüsalın avtomaşınını aşağı qiymətə təmir etməsini xahiş etmişdir. Qonşuluq münasibətinə görə o, öz növbəsində zəhmət haqqını xeyli aşağı qiymətlə cavabdehlə razılaşmışdır. Həmin tarixdə 2020-ci il iyul ayında cavbdeh idarə etdiyi “Mersedes” markalı avtomaşınını işlədiyi qaraja gətirərək müayinə etmişdir. Sabahısı gün qardaşı Vüsal idarə etdiyi ili köhnə “Mersedes" markalı avtomaşınını müayinə gətirmişdir. Avtomaşınlara baxış keçirib cavabdehə hər iki avtomaşın üçün ehtiyyat hissələrinin alınmasını bildirmişdir. Cavabdeh ondan xahiş etmişdir ki, ehtiyyat hissələrini onun öz puluna alıb sonra cavabdeh ona ehtiyyat hissələrinin pulunu verəcəkdir. O, yenə də cavabdehlə razılaşmış, cavabdehin və qardaşı Vüsalın avtomaşınına lazımi ehtiyyat hissələrini öz puluna alaraq hər iki avtomaşını tam saz, vəziyyətə gəlirərək təmir etmişdir. Cavabdeh Abu-Bəkir qızının maşınına ehtiyyat hissələri ilə zəhmət haqqı birlikdə 450 manat təşkil etmişdir, qardaşı Vüsalın köhnə avtomaşınının mühərriki yenidən yığıldığından 2000 manat təşkil etmişdir. Ümumilikdə cavabdehin ona 2450 manat borc yaranmışdır. Bir müddətdən sonra 2450 manat puldan hissə-hissə cavbdeh ona 950 manat pul vermiş, qalan 1500 manat pulu isə yaxın vaxtda verəcəyinə söz vermişdir. Lakin cavabdeh verdiyi sözə əməl etməyərək 5 ilə yaxın müddətdir ki, 1500 manat pulu bu günədək ödəməmişdir. Dəfələrlə cavabdehə aralarında telefon danışığı və vatsap yazışmaları olmuşdur. Cavabdeh hər dəfə ona yalan vədlər verərək aldatmışdır. O, məcburiyyət qarşısında qalaraq yanvar ayı 2025-ci ildə Nərimanov rayon, polis idarəsinin 16 polis bölməsinə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşı, təhqiqatçı hər ikisindən izahat alaraq cavabdehin əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanılmamışdır. Cavabdeh özü izahatında ona avtomaşınları təmir etdirdiyinə gərə 1500 manat borcu qaldığını etiraf etmişdir. Həmçinin cavabdeh aralarında olan votsap yazışmalarında da ona borcu olduğunu etiraf etmişdir. Ona görə də, Cavabdeh Abu-Bəkir qızından 1500 (min beş yüz) manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Abu-Bəkir qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən, lakin işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları nəzərdən keçirib işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə Bakı şəhəri Nərimanov RPŞ-nin 16-cı PŞ-nin sahə inispektorunun xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı ərizəsi ilə əlaqədar araşdırma aparılmış, araşdırma zamanı Şirinova X1 Hacıyevə 1100 manat borcu olduğunu, hər ay 150-200 manat pul ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı avtomaşınların təmiri üzrə usta işləmiş, Cavabdeh Abu-Bəkir qızı iddiaçı ilə razılaşaraq cavabdehin özünün və qardaşı Vüsalın avtomaşınını iddiaçıya təmir etdirmişdir. Cavabdeh Abu-Bəkir qızının maşınına ehtiyyat hissələri ilə zəhmət haqqı birlikdə 450 manat, qardaşı Vüsalın köhnə avtomaşınının mühərriki yenidən yığdırmaq üçün 2000 manat təşkil etmişdir. Cavabdeh həmin puldan ödəniş etmişdir. İddiaçı ərizəsində cavabdehin hazırda ona 1500 manat borcu qaldığını bildirsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə biləmişdir. Cavabdeh isə Bakı şəhəri, Nərimanov RPŞ-nin 16-cı PŞ-də verdiyi izahatında avtomaşınların təmiri ilə əlaqədar iddiaçıya 1100 manat borcu olduğunu etiraf etmiş və hər ay 150-200 manat pul ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh iddiaçıya ödəniş etməmişdir. Ona görə də məhkəmə hesab edir ki,cavabdehin etirafı əsas götürülməli, iddia 1100 manat həcmində təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Abu-Bəkir qızından 1100 (min yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 31 (otuz bir) manat alınıb İddiaçı verilsin. Dövlət rüsumuna görə ödənilmiş məbləğdən 4 (dörd) manat iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-631/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-631/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver