Məhkəmə qərarları › İş №2(020)-638/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-638/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-638/2024 31.05.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, Cavabdeh- Borclu2 vəkalətli nümayəndəsi və vəkili Beyləqan rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan Kreditor ASC-nin cavabdehlər Borclu1 və Borclu2 qarşı borcun tutuması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Kreditor ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Borclu1 və Borclu2 müştərək qaydada Kreditor ASC-nin xeyrinə xx.xx.2014-cü il-cü il tarixli kredit müqaviləsi üzrə 886.96 ABŞ Dolları əsas borc, 747.96 ABŞ Dolları faiz borcu və 369.36 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 2004.28 ABŞ Dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq, Kreditor ASC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(020)-2741/2017 saylı məhkəmə əmrinə əsasən Kreditor LPO Kreditor ASC-nin borclular Borclu2 və qeyrisinə qarşı kredit borcnunun tutulmasına dair ərizəsi təmin edilmişdir. Borclu2 məhkəmə əmrinə qarşı etiraz verərək məhkəmə əmri ilə razı olmadığını bildirmiş və məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-638/2024 saylı qərardadına əsasən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(020)-2741/2017 saylı məhkəmə əmri ləğv edilmiş, kreditorun məhkəmə əmrinin verilməsinə dair ərizəsi üzrə materiallar iddia icraatına keçirilmişdir. İddiaçı Ləğv prosesində olan Kreditor ASC-in etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Borclu1 xx.xx.2014-cü il-cü il tarixli kredit müqaviləsinə əsasən Kreditor ASC-dən illik 36 faizlə 12 ay müddətinə 1270 ABŞ Dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Borclu2 ilə xx.xx.2014-cü il-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırımışdır. 14 iyul 2017-dək Borclu1 banka xx.xx.2014-cü il-cü il tarixli kredit müqaviləsi üzrə 886.96 ABŞ Dolları əsas borc, 747.96 ABŞ Dolları faiz borcu və 369.36 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 2004.28 ABŞ Dolları borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Ona görə də Borclu1 və Borclu2 müştərək qaydada Kreditor ASC-nin xeyrinə xx.xx.2014-cü il-cü il tarixli kredit müqaviləsi üzrə 886.96 ABŞ Dolları əsas borc, 747.96 ABŞ Dolları faiz borcu və 369.36 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 2004.28 ABŞ Dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq, ləğv prosesində olan Kreditor ASC-yə barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Borclu2 vəkalətli nümayəndəsi və vəkili Beyləqan rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 məhkəmədə verdiyi izahatında göstərdi ki, Borclu1 xx.xx.2014-cü il-cü il tarixli kredit müqaviləsinə əsasən Kreditor ASC-dən illik 36 faizlə 12 ay müddətinə 1270 ABŞ Dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Borclu2 ilə xx.xx.2014-cü il-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İsmayıl Kərimov kredit ödəmişini gecikdidiyinə görə “DəmjrBank" ASC xx.xx.2017-ci ildə məhkəməyə mürciət etmişdir. Mülki qanunvericiliyin tələbinə görə zaminə qarşı iddia, kredir müaviləsinin müddətinin bitdiyi tarixdən 1 il ərzində qaldırıla bilər. Lakin, iddiaçı iddia ərizəsi ilə 2 il 10 aydan sonra məhkəməyə müraciət etmişdir. Beləliklə iddiaçı Ariz Hilalova qarşı iddia müddətini ötürmüşdür. Ona görə də iddianın cavabdeh Borclu2 qarşı rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Borclu1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İş materiallarına əlavə edilmiş poçt xəbərnaməsindən görünür ki, cavabehlər məhkəmə bildirişini xəbərnaməyə imza etməklə şəxsən almışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh Borclu1 məhkəmə iclasına gəlmədiyindən görə məhkəmə onun iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, Borclu1 xx.xx.2014-cü il-cü il tarixli kredit müqaviləsinə əsasən Kreditor ASC-dən illik 36 faizlə 12 ay müddətinə 1270 ABŞ Dolları kredit götürmüşdür. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kreditor borclana 1270 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin müqavilənin 2.4-cü bəndinə görə kreditin istifadəsinə görə Borcalan kreditora illik 36 faiz ödəyir. İşdə olan maliyyə arayışından görünür ki, 14 iyul 2017-dək Borclu1 banka xx.xx.2014-cü il-cü il tarixli kredit müqaviləsi üzrə 886.96 ABŞ Dolları əsas borc, 747.96 ABŞ Dolları faiz borcu və 369.36 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 2004.28 ABŞ Dolları borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən görünür ki, Borclu1 ilə Kreditor ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən borcun təminatı olaraq Borclu2 ilə xx.xx.2014-cü il-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” İddia əsas cavabdeh Borclu1 qarşı sübuta yetdiyindən ona qarşı qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün xx.xx.2014-cü il tarixli Zaminlik Müqaviləsinə əsasən Borclu1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Aruz Hilalkov ona zamin durmuşdur. Zaminlik Müqaviləsinin 1.1.-ci bəndinə görə, Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirinədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh Borclu1 iddiaçı təşkilatdan kredit götürməsi, digər cavabdeh Borclu2 həmin kreditə zamin durması, cavabdehin müqavilə şərtlərinə əməl etməməsi və bunun nəticəsində borc yaranması sübuta yetmişdir. Lakin Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqaviləsi 14noyabr 2014-cü il tarixdə 12 ay yəni 1 il müddətinə bağlanmış, müqavilənin bitdiyi tarix 14 noyabr 2015-ci il hesab olunur. İddiaçı isə hazırkı iddia ilə xx.xx.2017-ci il tarixdə müraciət etməklə zaminə qarşı olan bir illik müddəti keçmişdir. Ona görə də iddia zamin Borclu2 qarşı rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Borclu1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 886.96 ABŞ Dolları əsas borc, 747.96 ABŞ Dolları faiz borcu və 369.36 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 2004.28 ABŞ Dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq, ləğv prosesində olan Kreditor ASC-yə ödənilməli, iddia Borclu2 qarşı rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Borclu1xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 886.96 ABŞ Dolları əsas borc, 747.96 ABŞ Dolları faiz borcu və 369.36 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə 2004.28 ABŞ Dolları kredit borcu (azərbaycan manatı ekvivalentində) və iş üzrə və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq ləğv prosesində olan Kreditor ASC-yə ödənilsin. İddia Borclu2 qarşı rədd edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar