Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-647/2025 22.04.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh vəkalətli nümayəndəsi Beyləqan Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MüəyyənEtdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-1065/2022 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş Hüseyn adı uşağımızın yetkinlik yaşma çatana kimi saxlanılması üçün ödədiyi qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay bir uşağa görə 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdeh ilə ailə münasibətlərinə daxil olaraq nikahlarını xx.xx.2019-cu il tarixdə Beyləqan rayon İHB-nın 2-ci Şahsevən kənd üzrə ərazi icra nümayəndəliyində rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 24 avqust 2020-ci ildə Hüseyn adlı uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyət və xarakterləri uyğun gəlmədiyindən Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)- 1065/2022 saylı qətnaməsinə əsasən nikahlarını məhkəmə qaydasında pozulmuşdur. Həmin qətnaməyə əsasən birgə nikahlarından 24 avqust 2020-ci ildə anadan olmuş Hüseynin onun yanında qalması və Cavabdeh 20 iyun 2022-ci il tarixdən başlayaraq qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutularaq 24 avqust 2020-ci ildə anadan olan Hüseyn adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona ödənilməsi, həmçinin Hüseynin 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Əvvəllər cavabdehin rəsmi iş yeri olduğundan onun əmək haqqısı 1400-1480 manat miqdarında olmuşdur. Cavabdeh son zamanlara kimi mütəmadi olaraq Hüseyn adlı uşağının saxlanması üçün əmək haqqından ona 400 manat miqdarında aliment ödəmişdir. Lakin hazırda cavabdeh rəsmi işlədiyi işdən çıxdığına görə aliment borcunu ödəməkdən yayınmaqla müxtəlif bəhanələr gətirir. Hazırda cavabdehin rəsmi iş yeri olmasa da o fərdi əməklə məşğul olur və aylıq gəlirləri əvvəlkindən də yüksəkdir. Hazırda uşağı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. İndiki iqtisadi çətinliklərlə əlaqədar cavabdehin yardımı olmadan uşağı saxlamaq çox çətindir. Uşağı böyüdükcə onun gündəlik tələbatı get-gedə artır. Hazırda cavabdehin aylıq gəliri həddindən artıq yüksəkdir. Lakin cavabdeh işdən çıxdıqdan sonra bilərəkdən alimenti az məbləğdə ödəyib ona hər ay 100-150 manat aliment göndərir. İddia ərizəsində cavabdehdən 400 manay aliment tələb etmiş, hazrda isə cavabdehdən bir uşağa görə 250 manat aliment tələb edir. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkalətli nümayəndəsi Beyləqan Vəkil Bürosunun vəkili Nümayəndə iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, tərəflərin birgə nikahlarından Hüseyn adlı uşaqları anadan olmuşdur. Cavabdehla iddiaçı arasındakı ailə münasibətləri pozulduğundan onlar ayrılmışlar. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)- 1065/2022 saylı qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, cavabdehin qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutularaq 24 avqust 2020-ci ildə anadan olan Hüseyn adlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün və Hüseynin 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir. Hazırda cavabdeh heç bir yerdə işləmir və xəstədir. Cavabdeh ödədiyi alimenti də atasının köməkliyi ilə ödəyir. Tələb olunan məbləği ödəməyə maddi imkanı yoxdur. Cavabdeh hər ay 180-190 manat aliment ödəyə bilər. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, tərəflərin birgə nikahlarından 24 avqust 2020-ci ildə Hüseyn adlı uşaqları anadan olmuşdur. İşdə olan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)- 1065/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından 24 avqust 2020-ci ildə anadan olmuş Hüseynin iddiaçının yanında qalması və Cavabdeh 20 iyun 2022-ci il tarixdən başlayaraq qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutularaq 24 avqust 2020-ci ildə anadan olan Hüseyn adlı uşağının yetkinlik yaşına çatana kimi, və Hüseynin 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, tərəflərin birgə nikahlarından 24 avqust 2020-ci ildə Hüseyn adlı uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)- 1065/2022 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahlarından 24 avqust 2020-ci ildə anadan olmuş Hüseynin iddiaçının yanında qalması və Cavabdeh 20 iyun 2022-ci il tarixdən başlayaraq qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutularaq 24 avqust 2020-ci ildə anadan olan Hüseyn adlı uşağının yetkinlik yaşına çatana kimi və Hüseynin 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. Hazırda cavabdeh işdən çıxmışdır. İddiaçı uşağının saxlamaqda çətinlik çəkir. Uşaq böyüdükcə onun gündəlik xərci, maddi tələbatı get-gedə artmaqdadır. Cavabdeh isə uşağın saxlanması üçün iddiaçıya aliment ödəmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli 15 nömrəli Qərarına əsasən 8.4-cü bəndə 8.4-1-ci yarımbənd əlavə edilmiş, həmin bəndə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə hesab edir ki, azyaşlı uşağın saxlanması üçün cavabdehdən aliment sabit pul məbləğində tutulmalıdır. Cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələbinə görə «hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə 2025-ci ildə daxil olduğundan alimentin sabit pul məbləğində tutulması 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinə müvafiq təyin edilməlidir. Məhkəmə iddiaçının yanında qalan iki nəfər azyaşılı uşağın əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi imkanını nəzərə alaraq hesab edir ki, aliment hər ay sabit pul məbləğində 250 manat müəyyən edilməlidir. Həmin məbləğ də hər bir uşağa görə minimum əmək haqqı məbləğinin 0,62 mislini təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli 2(020)-1065/2022 saylı qətnaməsinə əsasən 24 avqust 2020-ci ildə anadan olan Hüseyn adlı uşağın saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan hər ay cavabdehin qazancının və başqa növ gəlirlərinin 1/4 hissəsi həddində müəyyən edilən alimentin miqdarı dəyişdirilsin, Cavabdeh 24 avqust 2020-ci ildə anadan olan Hüseyn adlı uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,62 mislində sonrakı artımlar nəzərə alınmaqla sabit pul məbləğində aliment tutulub həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(020)-1065/2022 saylı qətnaməsinə əsasən 24 avqust 2020-ci ildə anadan olan Hüseyn adlı uşağın saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan hər ay cavabdehin qazancının və başqa növ gəlirlərinin 1/4 hissəsi həddində müəyyən edilən alimentin miqdarı dəyişdirilsin, Cavabdeh 24 avqust 2020-ci ildə anadan olan Hüseyn adlı uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,62 mislində sonrakı artımlar nəzərə alınmaqla sabit pul məbləğində aliment tutulub həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilsin. Alimentin həmin qaydada tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh dövlət rüsumuna görə 48 (qırx səkkiz) manat alınıb Azərbaycan Respublikası dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-647/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-647/2025
22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver