Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-653/2023 29.03.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh 28 avqust 2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdeh xx.xx.2020-ci il tarixli, BBLK2474181A170 saylı Kart Krediti müqaviləsinə əsasən 277.94 (iki yüz yetmiş yeddi manat doxsan dörd qəpik) manat əsas məbləğində kredit borcu və 30 (otuz) manat dövlət rüsumunun tutulub banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-cı il tarixli Kart Krediti müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 2200 AZN məbləğində kredit xətti ayrılmışdır. Qeyd olunan kredit müqaviləsinin şərtlərinə əsasən İsayev Qaffar öz üzərinə kredit və ona hesablanacaq faizləri vaxtlı-vaxtında ödəmək barədə öhdəlik götürmüşdür. X1 28 avqust 2021-ci il tarixdə vəfat etdikdən sonra onun ailə üzvləri tərəfindən qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmir. Bu səbəbdən də onun övladı və qanuni vərəsəsi olan Cavabdeh (hüquqi varisliyi sübut edən X7 Xidmətinin notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surəti) cavabdeh qismində məhkəməyə vermək məcburiyyətində qaldıq. Yuxarıda qeyd olunan xx.xx.2020-ci il tarixli Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 277,94 AZN əsas borc qalmışdır. Qanun üzrə vərəsənin qeydiyyatda olduğu ünvana rəsmi bildiriş göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) kredit borcunun qaytanlması üçün heç bir tədbir görməmişdir. Ona görə də Cavabdeh xx.xx.2020-ci il tarixli, BBLK2474181A170 saylı kredit müqaviləyə əsasən 277.94 (iki yüz yetmiş yeddi manat doxsan dörd qəpik) manat əsas kredit borcu və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci ü tarixli qərarının 1-ci bəndinə əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146.1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmis vərəsələr miras acıldığı gündən onlara çatan miras uavı həcmində miras qoyanın kreditorlara qarşısında birgə məsuliwət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarsı Öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağh qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Cavabdeh məhkəmə bildirişini almış, lakin onun iddiaya qarşı etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, BBLK2474181A170 saylı Kart Krediti müqaviləsinə əsasən cavabdehə illik 25 faiz dərəcəsi ilə 2200 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli, BBLK2474181A170 saylı Kart Krediti müqaviləyə əsasən 277.94 (iki yüz yetmiş yeddi manat doxsan dörd qəpik)manat əsas kredit borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş X2 sürətindən görünür ki, X4 28 avqust 2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş X7 Xidmətinin notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 28 avqust 2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi: oğlu Cavabdehdu. Kredit müqaviləsinin 2-ci maddəsinə görə Bank Müştəriyə "Bİrkart" ödəniş kartı verir, həmin Karta bağlı bu Müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti (bundan sonra - kredit xətti) ayırır və xəttin istifadəsilə bağlı müvafiq hesablar açır, Müştəri isə həmin kredit xəttindən İstifadə edir və yaranmış borclarım (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Cavabdeh iddiaçı ilə arasında olan müqavilənin şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın təmin edilməsini qanunamüvafiq hesab edir Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) maant dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, BBLK2474181A170 saylı Kart Krediti müqaviləyə əsasən 277.94 (iki yüz yetmiş yeddi manat doxsan dörd qəpik) manat əsas kredit borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ASC-yə ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-653/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-653/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver