Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-654/2023 12.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı rəisi vəzifəsini icra edən X2, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun qiymətinin dəyəri olan *346,03 manat alınıb X* M/H AZ4*NABZ0*360*0000**********, VÖEN*40*55507*, KOD 2*0005, SWİFT CTREAZ22, Bakı şəhəri Maliyyə İdarəsi H/H AZ66CTRE**********000 2*07*3*, VÖEN*70044639*, Büdcə səviyyəsinin kodu *, büdcə təsnifatının kodu *42330 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə izahat verən İddiaçı rəisi vəzifəsini icra edən X4 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon məhkəməsinin *(020)-30/2022 saylı, *3 aprel 2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin *39.*.*-ci maddəsi ilə təqsirli bilinib, 0* (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə cəzaçəkmə müddəti ərizində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dən tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırılmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmuşdur. Məhkuma 3* may 2022-ci il tarixdə elektron nəzarət vasitəsi tədbiq edilməklə ona hökmlə təyin edilmiş hüquq, vəzifələri və məsuliyyəti izah edilmişdir. Lakin edilmiş xəbərbarlıqlara baxmayaraq məhkum Cavabdeh ona təhkim olunmuş mobil qurğunun bateriyasına nəzərət etməmiş, nəticədə şişməsinə səbəb olmuş və ekran aralanmışdır. Həmin mobil qurğunun qiyməti *346,03 manat təşkil edir. Cavabdehdan həmin məbləği ödəməsi tələb edilmış, lakin o, dəymiz ziyanı ödəməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun qiymətinin dəyəri olan *346,03 manat alınıb X* M/H AZ4*NABZ0*360*0000**********, VÖEN*40*55507*, KOD 2*0005, SWİFT CTREAZ22, Bakı şəhəri Maliyyə İdarəsi H/H AZ66CTRE**********000 2*07*3*, VÖEN*70044639*, Büdcə səviyyəsinin kodu *, büdcə təsnifatının kodu *42330 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri brədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmyaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. lakin Cavabdeh məhkəməyə teleqrama göndərərək işi ilə bağlı məhkəmə prasesində iştirak edə bilməyəcəyini işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin *85.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin *85.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş hökmdən görünür ki, Qurbani X3 rayon məhkəməsinin *(020)-30/2022 saylı, *3 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin *39.*.*-ci maddəsi ilə təqsirli bilinib, 0* (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə cəzaçəkmə müddəti ərizində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dən tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırılmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmuşdur. İş materiallarına əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vsitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 3* may 2022-ci il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh elektron nəzarət vasitəsi tədbiq edilməklə ona hökmlə təyin edilmiş hüquq, vəzifələri və məsuliyyəti izah edilmişdir. İş materiallarına əlavə edilmiş elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, nəzarət subyekti olan Cavabdeh təhkim olunmuş mobil quğunun batareyasının şişməsi nəticəsində ekran aralanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Naziri tərəfindən verilmiş maliyyə arayışından görünür ki, mobil qurğunun qiyməti *346,03 manat təşkil edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, icra məmurunun izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Beyləqan rayon məhkəməsinin *(020)- 30/2022 saylı, *3 aprel 2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin *39.*.*-ci maddəsi ilə təqsirli bilinib, 0* (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə cəzaçəkmə müddəti ərizində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dən tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı ərazinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırılmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmuşdur.Məhkum Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Cavabdeh təhkim olunmuş mobil qurğunun batareyasının şişməsi nəticəsində ekran aralanmışdır. Qurğu onun təqsiri üzündən yararsız hala düşmüşdür. Nəticədə *346,03 manat dəyərində ziyan dəymişdir.. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *096.*-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin *096.2-cı maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin *097.*-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Həmin Məcəllənin 2*.*-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 2*.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında cavabdehin təqsiri üzündən iddiaçı təşkilata ziyan dəyməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*2-220, 227, 233.* və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh ona təhkimolunmuş mobil qurğunun qiymətinin dəyəri olan *346,03 (min üç yüz qırx altı manat üç qəpik) manat məbləğində pul alınıb X* M/H AZ4*NABZ0*360*0000**********, VÖEN*40*55507*, KOD 2*0005, SWİFT CTREAZ22, Bakı şəhəri Maliyyə İdarəsi H/H AZ66CTRE**********000 2*07*3*, VÖEN*70044639*, Büdcə səviyyəsinin kodu *, büdcə təsnifatının kodu *42330 hesabına ödənilsn. Cavabdeh dövlət rüsumuna görə 33.46 (otuz üç manat qırx altı qəpik) manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-654/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-654/2023
12.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver