Məhkəmə qərarları › İş №2(020)-655/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-655/2023

04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-655/2023 04.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X2 iştirakı ilə, İddiaçı Beyləqan rayon İcra və Probasiya şöbəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Beyləqan rayon İcra və Probasiya şöbəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Attenti markalı elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat pulun alınıb X* M/H AZ4*NABZ0*360*0000**********, VÖEN*40*55507*, KOD 2*0005, SWİFT CTREAZ22, Bakı şəhəri Maliyyə İdarəsi H/H AZ66CTRE**********000 2*07*3*, VÖEN*70044639*, Büdcə səviyyəsinin kodu *, büdcə təsnifatının kodu*42330 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə izahat verən iddiaçı Beyləqan rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X3 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin *(009)-222/202* saylı, 29.**.202*-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin *77.2.3-cü maddəsi ilə təqsirli bilinib 0* il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cəza çəkdiyi müddətdə iş qrafiki nəzərə alınmaqla yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Cəzanın icrası ilə əlaqədar 07 yanvar 2022-ci il tarixdə müvafiq protokol tərtib etməklə Cavabdeh Attenti markalı elektron nəzarət vasitəsi tətbiq olunmuş və onun üzərində cəza çəkdiyi müddət ərzində elktron nəzarət vasitəsinin istifadə qaydaları, elektron nəzarət vasitəsini zədələdiyi halda onun dəyərinin ondan tutulacağı izah olunmuşdur. Lakin Cavabdeh cəza çəkidiyi müddətdə hökm üzrə təyin edilmiş vəzifələrə qərəzli olaraq əməl etməyindən barəsində cəzanın dəyişdirilməsi barədə təqdimat verilmiş və təqdimat təmin edilmişdir. Məhkum Cavabdeh həbs edildiyindən 26 dekabr 2022-ci il tarixdə ona təhkim olunmuş elektron nəzarət vasitəsi təhvil götürülərkən müəyyən olunmuşdur ki, məhkum Cavabdeh təhkim olunmuş elektron nəzarət vasitəsini itirmişdir. Bu barədə müvafiq akt tərtib olunmuşdur. Cavabdehin günahından, yəni lazımi məsuliyyəti olmadığından maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə həmin qurğunun dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, Cavabdeh Attenti markalı elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat pulun alınıb X* M/H AZ4*NABZ0*360*0000**********, VÖEN*40*55507*, KOD 2*0005, SWİFT CTREAZ22, Bakı şəhəri Maliyyə İdarəsi H/H AZ66CTRE**********000 2*07*3*, VÖEN*70044639*, Büdcə səviyyəsinin kodu *, büdcə təsnifatının kodu*42330 hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri brədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmyaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilmiş poçt xəbərnamələrindən görünür ki, cavabdeh məhkəmə bildirişini xəbərnaməyə şəxsən imza etməklə almışdır. Azərbaycan Respublikası MPM-nin *85.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin *85.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş hökmdən görünür ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin *(009)-222/202* saylı, 29.**.202*-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *77.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 0* (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh *8 iyun 202* -ci il tarixdən 20 iyun 202*-ci il tarixədək, *8 avqust 202* -ci il tarixdən 20 avqust 202*-ci il tarixədək, *8 oktyabr 202*-ci il tarixdən 29 noyabr 202*-ci il tarixədək, yəni 0* (bir) ay *5 (on beş) gün həbsdə saxlanıldığı müddətinin 0* (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 03 (üç) ay təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 0* (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh üzərinə hər gün saat 23;00-dan növbəti gün saat 07:00- dək yaşayış yeri - Beyləqan şəhəri, Akif Cavadov küçəsi, ev 2* ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Cəzaçəkmə müddətinin əvvəli Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, cəzasının icrası Beyləqan rayon icra və Probasiya Şöbəsinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vsitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 07 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh elektron nəzarət vasitəsi tədbiq edilməklə ona hökmlə təyin edilmiş hüquq, vəzifələri və məsuliyyəti izah edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş 26 dekabr 2022-ci il tarixli aktdan görünür ki, nəzarət subyekti olan Cavabdeh təhkim olunmuş mobil quğu tam kompleks şəkildə itmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Naziri tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Attenti markalı elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 manat təşkil edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin *(009)- 222/202* saylı, 29.**.202*-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin *77.2.3-cü maddəsi ilə təqsirli bilinib 0* il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cəza çəkdiyi müddətdə iş qrafiki nəzərə alınmaqla yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, yaşadığı Beyləqan rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Cəzanın icrası ilə əlaqədar 07 yanvar 2022-ci il tarixdə müvafiq protokol tərtib etməklə Cavabdeh Attenti markalı elektron nəzarət vasitəsi tətbiq olunmuş və onun üzərində cəza çəkdiyi müddət ərzində elktron nəzarət vasitəsinin istifadə qaydaları, elektron nəzarət vasitəsini zədələdiyi halda onun dəyərinin ondan tutulacağı izah olunmuşdur. Lakin Cavabdeh cəza çəkidiyi müddətdə hökm üzrə təyin edilmiş vəzifələrə qərəzli olaraq əməl etməyindən barəsində cəzanın dəyişdirilməsi barədə təqdimat verilmiş və təqdimat təmin edilmişdir. Məhkum Cavabdeh həbs edildiyindən 26 dekabr 2022-ci il tarixdə ona təhkim olunmuş elektron nəzarət vasitəsi təhvil götürülərkən müəyyən olunmuşdur ki, məhkum Cavabdeh təhkim olunmuş elektron nəzarət vasitəsini itirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş maliyyə arayışına görə həmin qurğunun dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *096.*-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin *096.2-cı maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin *097.*-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Həmin Məcəllənin 2*.*-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 2*.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında cavabdehin təqsiri üzündən iddiaçı təşkilata ziyan dəyməsi müəyyən edidsiyindən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*2-220, 227, 233.* və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh Attenti markalı elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat məbləğində pul alınıb X* M/H AZ4*NABZ0*360*0000**********, VÖEN*40*55507*, KOD 2*0005, SWİFT CTREAZ22, Bakı şəhəri Maliyyə İdarəsi H/H AZ66CTRE**********000 2*07*3*, VÖEN*70044639*, Büdcə səviyyəsinin kodu *, büdcə təsnifatının kodu*42330 hesabına ödənilsn. Cavabdeh dövlət rüsumuna görə 42.77 (qırx iki manat yetmiş yeddi qəpik) manat alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən *(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar