Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-676/2023 19.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1300 manat ziyanın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ağdam rayonu Xatınbəyli kəndindən məcburi köçkündür hazırda Beyləqan rayon Bolsulu kəndində yaşayır. O, işi ilə əlaqədar əvvəllər Beyləqan şəhəri, SMD-4 qəsəbəsində kirayədə yaşayırmış. Kirayədə yaşadığı dövürdə yəni, 24 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində o özünə məxsus avtomobillə kirayə yaşadığı evə gəlmişdir. Tez qayıdacağı üçün sadəcə olaraq telefonunu özü ilə götürmüşdür, ona məxsus pul qabı isə avtomobilin qoltuqaltısının içərisində qalmışdır. Həmin pulqabımın içərisində 2300 manat pul olmuşdur. Avtomobilin qapısını pultla bağlamış lakin onun bağlanıb-bağlanmadığını yoxlamamışdır. Sonra o, kirayə yaşadığı evə girmişdir. Evə daxil olduqdan sonra işlərini görüb yekunlaşdırmış və təxminən 1 saat yarım sonra evdən çıxmışdır. Avtomobilə yaxınlaşan zaman sürücü qapısının açıq olduğunu görüb dərhal avtomobilə əyləşmişdir. O, qoltuqaltını açıb pulqabının içərisinə baxmışdır. Pul qabının içərisinə baxan zaman 2300 manat pulumun pul qabının içərisində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını görmüşdür. O, bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək özünə məxsus avtomobilindən 2300 manat pulunun oğurlanması barədə məlumat vermişdir. İş üzrə istintaq aparılmış, istintaq başa çatdıqdan sonra baxılması üçün Beyləqan rayon məhkəməsinə göndərilmişdir. İş məhkəmədə baxılmış İlkin törətdiyi əməldə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsilə təqsirli bilinərək1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Lakin məhkəmə zamanı Cavabdeh ona 1000 manat ödəmişdir. Cavabdeh hər iki istintaq zamanı ondan 2300 nanat pul oğurladığını etiraf etmişdir. İlkin ondan oğurladığı 2300 manat puldan 1000 manat qaytarmış, 1300 manatı isə ödəməyi öhdəsinə götürmüşdür. İlkin hazırda cəzasını çəkir. O, dəfələrlə pulunu tələb etsə də ala bilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də, Cavabdeh dəymiş ziyana görə 1300 manat pul alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və izahatında göstərdi ki, İddiaçı 1300 manat borc vardır, maddi imkanı olmadığından borcunu qaytara bilməmişdir. Hazırda iddianı qəbul edir. Gələcəkdə imkan daxilində borcun hisə-hisə ödənilməsinə çalışacaqdır. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, iddiaçının və cavabdhin izahatını dinləyib şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 1(020)-87/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh Etibar oğlu məhkəmədə verdiyi ifadəsində İddiaçı 2300 manat pul oğurladığını etiraf etmişdir. İddiaçının izahatında göstərdiyi kimi, cavabdeh həmin pulun 1000 manatını ona qaytarmış, hazırda 1300 manat borclu qalmışdır. Azərbaycan Respublikası MM-nin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən vurulmuş ziyana görə 1300 manat pul ondan alınıb iddiaçıya verilməlidir. İşdə olan vəsiqənin surətindən görünür ki. İddiaçı Ağdan rayon Xatınbəyli kəndindən məcburi köçkündür. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən dövlət rüsumuna görə 33 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1300 (bir min üç yüz) manat pul alınıb İddiaçı verilsin. Dövlət rüsumuna görə 33 (otuz üç) manat Cavabdeh alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətni rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-676/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-676/2023
19.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver