Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-679/2024 12.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh su vuran motor üçün verdiyi 3800 manatın və həmin motorun təmiri üçün çəkilmiş 3000 manat əlavə xərcin, dövlət rüsumu kimi ödənilmiş 89 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, o, kənd adamıdır, kənd təsərrüfatı məhsulları istehsalı ilə və əkin biçinlə məşğul olur. Torpağına su çıxmadığı üçün kanaldan suyu yuxarı çıxarmaq üçün və suvarma işləri aparmaq üçün su matoru almaq fikrinə düşmüş və 2023-cü ildə aralarında olan şifahi razılaşma əsasında Cavabdeh 3800 manata nisiyə su matoru almışdır. Həmin motorun pulunu 3 aydan sonra ödəmişdir. Su matorunu gətirəndən sonra bir müddət işlətməmişdir. İşlədəndə isə mator su vurmamışdır. Motoru aldıqdan 10 gün keçdikdən sonra motorun xarab olmasını bilmişdir. Bundan sonra Cavabdeh müraciət edərək matorun su vurmadığını bildirmişdir. Eldəniz özü 2 usta gətirmiş, həmin ustalar da matoru düzəldə bilməmişlər. Özü usta X1i gətirmiş, xeyli ehtiyat hissələri alaraq təmir etdirmişdir. Yenə də heç bir nəticə olmamı və su matoru su vurmamışdır. Dəfələrlə usta gətirmiş və ehtiyat hissələri üçün 3000 manat xərc çəkərək su matorunu təmir etdirmişdir. O, motoru cavabdehə qaytarmaq istəsə də, cavabdeh razılaşmamışdır. Torpağına su verə bilmədiyindən məhsullar zay olmuşdur. Nəticədə ziyana düşmüşdür. Ona görə də, Cavabdeh su vuran motor üçün verdiyi 3800 manatın və həmin motorun təmiri üçün çəkilmiş 3000 manat əlavə xərcin, dövlət rüsumu kimi ödənilmiş 89 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı 2022-ci ildə ondan su matoru nisiyə almışdır. Pulunu da təxminən 3 aydan sonra ödəmişdir. Motor işlək vəziyyətdə olmuş və yoxlanılıb İddiaçı verilmişdir. İddiaçı həmin motordan bir müddət istifadə etmiş, təxminən 3 aydan sonra zəng edib motorun işləmədiyini demişdir. O, rayonunun Dünyamalılar kəndindən usta çağıraraq motoru düzəltdirmiş, motor işlək vəziyyətdə iddiaçıya təhvil verilmişdir. İki aydan sonra Ələddəin yenə ona motorun xarab olduğunu demiş, o yenə də Füzuli rayonundan usta gətizdirərək motoru düzəltdirmişdir. Ələddin özü də motora baxıb bəyənmiş və motoru aparmışdır. Ələddin 1 ildən sonra yenə motorun xarab olduğunu bildirmişdir. Hesab edir ki,iddiaçının tələbi əsassızdır, motor işləməsəydi iddiaçı əvvəlcədən bunu ona deyərdi və yaxud pulunu ödəməzdi. Çünki göstərdiyi kimi iddiaçı motoru ondan nisiyə almış, 3 aydan sonra pulunu ödəmişdir. Həmin vaxta qədər iddiaçı motorun xarab olması, işləməmsi barədə ona heç bir söz deməmişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd olunmalıdır. Məhkəmədə müəyyən edildi ki, iddiaçı cavabdehdən 3800 manat dəyərində nisiyə su matoru almış, onun pulunu 3 aydan sonra ödəmişdir. Daha sonra isə cavabdehə zəng edərək motorun xarab olmasını bildirmiş, hazırda isə motorun cavabdehə qaytarılmasını ona təklif etmiş, cavabdeh razılaşmadığına görə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Məhkəmədə müəyyən edildi ki, satıcı həmin su motorunu iddiaçıya satarkən onda hər hansı bir qüsurların olması müəyyən edilməmişdir. Sonradan həmin motorun işləyə-işləyə xarab olması iddiaçının təqsiri üzündən də baş verə bilər. İddiaçı həmin motordan istifadə etmiş, həmin motorun xarab olmasının onun istifadə və ya saxlanması qaydalarının pozulmamasından baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. İddiaçının göstərdiyi kimi motoru alaından 10 gündən sonra motorun xarab olduğunu bildiyi halda 3 aydan sonra həmin motorun pulunu ödəməzdi və geri qaytarardı. Azərbaycan Respublikası MPM-in 8.1 və 8.2-ci maddələrinə əsasən mülki işlər və kommersiya mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Həmin Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. İddia tələbinin əsassızlığı müəyyən edildiyinə görə iddiaçı tərəfindən ödənilən 89 manat dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddiaçının dövlət rüsumu kimi ödədiyi 89 (səksən doqquz) manat pul özünə aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-679/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-679/2024
12.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver