Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-681/2023 08.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəyə müraciət edərək Cavabdeh 140 ədəd yonca kipinin dəyəri olan 630 manat pulun alınması, 18 yanvar 2023-cü il tarixli qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş 65 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 31 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhəkəmə iclasında izahat verən İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, qardaşı X2 22 avqust 2019-cu ildə Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən Beyləqan rayonunun Aşqallar kənd bələdiyyəsindən 0.12 ha həyatyanı torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinə qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixli xx.xx.2019-cu il olan, reyestr nömrəsi **********23 olan Çıxarış verilmişdir. Qeydiyyat nömrəsi **********, qeydiyyat taruxli xx.xx.2019-cu il, reyestr nömrəsi **********23 olan Çıxarışla xüsusi mülkiyyətində olan 0.12 ha yaşayış məntəqələrinin torpaqları olan sahədə özünə məxsus olan yaşayış evi tikimişdir. Onun yaşayış evi olmadığından və ailəli olduğundan qardaşı X1 xüsusi mülkiyyətində olan torpaq sahəsində tikmiş olduğu ümumi sahəsi 120 kv.m olan mişar daşından tikilmiş yaşayış evinə köçüb yaşamaqlarına icazə vermişdir. Cavabdeh onun qaynatası olmuşdur. Onun ailəsində olan narazıçılığa görə ayrılmışdır. O, cavabdehin qızından ayrı yaşadığı müddətdə, 2022-ci ildə həyətdə yığdığı 140 ədəd yonca kipi Cavabdeh tərəfindən satılmışdır. Həmin 140 ədəd yonca kipinin dəyəri qiymətləndirmə rəyindən göründüyü kimi 630 manat təşkil edir. Dəfələrlə cavabdehdən satılmış yonca kipinin pulunu tələb etmiş, lakin cavabdeh ona əhəmiyyət verməmişdir. O, məcburiyyət qarşısında qalaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh 140 ədəd yonca kipinin dəyəri olan 630 manat pulun, 18 yanvar 2023-cü il tarixli qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş 65 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 31 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, qızı Gülnarla İddiaçı ailəli oduqları müddətdə həyətlərində 140 ədəd ot kipi olmuşdur. Kipin bağlanması üçün 40 manat xərcləmişdir. Qızının xahişi ilə həmin kipin 100 ədədini satmışdır. Kipin dəyəri 325 manat olmuş, həmin pulun üstünə də 200 manat qoyaraq pulunu qızına vermişdir. Qızı həmin pulu uşaqlarının ehtiyaclarına xərcləmişdir. Kipin 40 ədədi yararsız olduğundan satılmamışdır. Həmin kiplər həyətdə qalmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Cavabdeh təklifi ilə İlhamdan 25 ədəd ot kipi almışdır. Ot kipinin dəyəri olan100 manat pulunu İlhama vermişdir. İlham ona ot kipinin qızının həyətində olduğunu bildirmiş, o da səhəri gün gedib həyətdən kipi alıb aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, onun kip bağlayan aqreqatı vardır. Cavabdehin oğlu Baqdad ondan həyətdə olan yonca kipini bağlamağı xahiş etmişdir. O, İddiaçı ona məxsus dediyi həyətə getmiş və orada olan yoncanı bağlamış, cəmi 140 ədəd kip olmuşdur. Buna görə Baqdad ona 40 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Cavabdeh oğlu Baqdad ona zəng edərək satlıq ot kipi olduğunu bildirmişdir. O, razılaşıb ot kipinin bir ədədinin qiyməti 3 manatdan olmaqla 75 ədəd ot kipi almışdır. Ot kipinin dəyəri 225 manat təşkil etmişdir. O, ot kipini aldıqdan sonra da yerdə ot kipi qalmışdır. İş üzrə alınmış “Paritet-M”-nin 18 yanvar 2023-cü il tarixli 06 saylı rəyindən görünür ki, yonca ot bitkisinin ikinci-üçüncü biçin dövrünə aid 140 ədəd yonca ot bağlamasının arayış verilən dövrə bazar dəyəri 630,00 manat təşkil edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə X3 yaşayış evləri olmadığından iddiaçının qardaşının evində yaşamışlar. Birgə nikah dövründə öz həyətlərində yonca səpmiş və 140 ədəd yonca kipi bağlanmışdır. Gülnar Quliyevanın atası olan Cavabdeh həmin ot kiplərini iddiaçının icazəsi və xəbəri olmadan satmışdır. Məhkəmə iclasında izahat verən cavabdeh kipin pulunu qızı Gülnara verdiyini, qızının isə həmin pulu uşaqların ehtiyaclarına xərclədiyini bildirmişdir. Lakin iddiaçı satılmış yonca ot kipinin pulunun onlara verilımədiyini bildirmişdir. Hazırda İddiaçılə Gülnar Quliyeva ayrılmışlar. Azərbaycan Respublikası MPM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən dtörətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmədə müəyyən edildi ki, iddiaçıya məxsus torpaq sahəsində olan yoncanı Cavabdeh kip bağlatdıraraq satmış və iddiaçıya ziyan vurmuşdur. Lakin iddiaçıya dəyən ziyan iddiaçının tələb etdiyi məbləğdə olmamışdır. Məhkəmədə müəyyən edildi ki, bağlanmış 140 ədəd kipin 25 ədədin hər biri 4 manat olmaqla 100 manata, 75 ədədinə hər biri isə 3 manat olmaqla 225 manata satılmışdır. Qalan 40 ədəd kipin də hər birini 3 manata hesabladıqda 120 manat təşkil edir. Beləliklə 140 ədəd yonca kipinin cəmi dəyəri 465 manat müəyyən edilir. Həmçinin məhkəmədə müəyyən edildi ki, yonca bitkisi əkilən torpaq sahəsi iddiaçı ilə cavabdehin qızı Gülnar Quliyevanın birgə mülkiyyətindədir və həmin torpaq sahəsində Gülnar Quliyevanın iddiaçı ilə bərabər qaydada payı vardır. Cavabdeh da yonca kipindən əldə olunan pulu onların uşaqlarına sərf etdiyini və həmin yoncanı qızının sifarişi ilə biçdirdiyini göstərmişdir. Kipin bağlanmasına 40 manat xərcləmişdir. Ona görə də iddia qismən təmin edilməlidir. Beləliklə müəyyən edildi ki, kiplərin müəyyən edilmiş dəyərindən 40 manat həmin kiplərin bağlanmasına sərf edildiyindən həmin məbləğ çıxıldıqdan sonra 425 manat qalır. Həmin məbləğdən cavabdehin qızının bərabər qaydada payı olduğunu nəzərə aldıqda həmin məbləğin yarı dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsini məhkəmə əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh yonca kipinin dəyəri olan 202 (iki yüz iki) manat, qiymətləndirmə rəyi üçün ödənilmiş 21(iyirmi bir) manat pul, dövlət rüsumu kimi ödənilmiş 11 (on bir) manat alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və qiymətləndirmə rəyin alınması üçün ödənilmiş 44 (qırx dörd) manat iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-681/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-681/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver