Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-70/2024 12.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəyə müraciət edərək Cavabdeh 20.000 (iyirmi min) manat pulun və dövlət rüsumu kimi ödədiyi 150 (bir yüz əlli) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhəkəmə iclasında izahat verən İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, 13 sentyabr 2022-ci tarixdə Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən maşın bazarında tanıdığı Beyləqan şəhəri, Məmmədxanov küçəsi ev-86-da yaşayan Cavabdeh Hyundai markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomabili sövdələşmə aparmaqla 20.000 manata razlaşaraq almışdır. Həmin vaxt onların yanında qardaşları Namiq, Cavid və oğlu Müdahim olmuşdur. Aldığı avtomaşına görə Cavabdeh 19.900 manat nağd pul vermişdir. Maşının texniki şəhadətnaməsi tanımadığı X5 adına olmuşdur. Cavabdeh avtomabili baş ehtibarnamə ilə ona satmışdır. Həmin vaxtdan, yəni 13 sentyabr 2022-ci il tarixdən 19 iyul 2023-cü il tarixədək avtomabil onun istifadəsində olmuşdur. 19 iyul 2023-cü il taxixdən tanımadığı qadın ona zəng edərək istifadəsində olan Hyundai markalı ** SG *** Dövlət qeydiyyat nişanlı avtomabilin ona məxsus olmasını, həmin avtomabili X6 19 avqust 2022-ci il tarixdə 19.000 manata satmasını və pulunu X3 ala bilmədiyindən şikayətlənmişdir. Seymurun da sözügedən avtomabili Cavabdeh satdığını ona bildirmişdir. 20 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsi ev 68, mənzil 14-də yaşayan X7 ilə Ağcabədi rayonu Polis şöbəsində görüşmüşdür. Nailə avtomobilin ona məxsus olmasını və avtomobili duracağa yerləşdirilməsini tələb etmişdir. Bundan əlavə DİN-nin 102 saylı qaynar xəttinə və Ağcabədi rayon Polis şöbəsinə bu barədə şikayət etmişdir. Ağcabədi rayonu Polis şöbısində tədqiqat bölməsinin təhqiqatçısı araşdırma aparmışdır. Araşdırmada onların izahatları aılnmış və mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsi qərara alınmışdır. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də Cavabdeh 19.900 manat pulun və dövlət rüsumu kimi ödədiyi 150 (bir yüz əlli) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, 13 sentyabr 2022-ci tarixdə tanışı Seymurun etibarnamə ilə idarə etdiyi Hyundai markalı **-SC-*** Dövlət qeydiyyat nişanlı avtomabili Seymurun vasitəsi ilə İddiaçı satmışdır. Maşının satışından əldə etdiyi 19.900 manat pulu da Seymura vermişdir. Avtomobili iddiaçıya satarkən ona avtomobilin qadın adına olduğunu və tez bir zamanda adlarına keçirmələri lazım olduğunu demişdir. Lakin bir ilə yaxın müddətində iddiaçı avtomobili sənədləşdirməmişdir. O, ona verilən etibarnamədən istifadə edərək satış etmişdir. Onun heç bir günahı yoxdur. Pulu iddiaçıdan özü almış və Seymur adlı şəxsə vermişdir. İddiaçı Seymuru görməmiş və onu tanımamışdır. Hazırda o, özü də Seymura qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Hyundai markalı ** SC *** Dövlət qeydiyyat nişanlı avtomabil X5 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş nəqliyyat vəsitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhər notariat ofisində Cavabdeh etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vəsitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X2 markalı ** SC *** Dövlət qeydiyyat nişanlı avtomabili İddiaçı xx.xx.2023-cü il kimi etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vəsitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X7 Bakı şəhər notariat ofisində Cavabdeh etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş 31 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, 21 iyul 2023-cü il tarixdə X7 ərizə ilə rayon polis şöbəsinə müraciət edərək 21 iyul 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edib, ona məxsus Hyundai markalı ** SG *** dövlət qeydiyyat nişanlı avtomobilin Ağcabədi rayon Qaradolaq kənd sakini İddiaçı etibarnaməsiz idarə etməsini bildirmiş, avtomobil dııracağa yeıiəşdirilmədiyi üçün əsəbiləşib özün yandıracağı barədə məlumat vermiş və avtomobilin duracağa yerləşdirilməsini xahiş etmişdir. Toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş və məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatlarıını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı 13 sentyabr 2022ci tarixdə Cavabdeh Hyundai markalı ** SC *** Dövlət qeydiyyat nişanlı avtomabili sövdələşmə aparmaqla 19.900 manata razlaşaraq almışdır. Avtomobil texniki şəhadətnamə ilə X5 adına olmuşdur. Cavabdeh avtomabili baş ehtibarnamə ilə iddiaçıya satmışdır. Avtomobil 13 sentyabr 2022-ci il tarixdən 19 iyul 2023-cü il tarixədək iddiaçının istifadəsində olmuşdur. 19 iyul 2023-cü il tarixdə Nailə Məmmədova iddiaçıya zəng edərək Hyundai markalı ** SG *** Dövlət qeydiyyat nişanlı avtomabilin ona məxsus olmasını, həmin avtomabili X6 19 avqust 2022-ci il tarixdə 19000 manata satmasını və pulunu X3 ala bilmədiyindən şikayətlənmişdir. Bundan sonra X1 rayonu Polis şöbəsinə şikayətlə müraciət etmişdir. Lakin tərəflərin izahatı alındıqdan sonra mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etmələrin tərəflərə izah edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 573.1-ci maddəsinə görə alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 573.2-ci maddəsinə görə alıcının əldə etdiyi malı ondan üçüncü şəxslərin tələb etdiyi halda satıcının məsuliyyətdən azad edilməsi və ya bu məsuliyyətin məhdudlaşdırılması haqqında tərəflərin razılaşması əhəmiyyətsizdir. Məhkəmədə müəyyən edildi ki, cavabdeh qeyd olunan avtomobili iddiaçıya etibarnamə əsasında satmış, lakin avtobilin mülkiyyətçisi həmin avtomobili iddiaçıdan geri almışdır. Bununla da iddiaçı ilə cavabdeh arasında müqavilə baş tutmamış, iddiaçı avtomobili öz mülkiyyətinə keçirə bilməmişdir. Belə olan halda məhkəmə iddianın təmin edilməsini əsasslı hesab edir. İddiaçı iddia ərizəsində avtomobili 20.000 manata aldığını göstərsə də, məhkəmə iclasında verdiyi izahatında avtomobili 19.900 manata aldığını bildirmişdir. Həmçinin məhkəmə iclasında izahat verən cavabdeh də avtomobili iddiaçıya 19.900 manata satdığını etiraf etmişdir. Ona görə də məhkəmə iddianın 19.900 manat təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 19.900 (on doqquz min doqquz yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 150 (yüz əlli) manat pul alınıb iddiaçı X4 verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-70/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-70/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver