Məhkəmə qərarları › İş №2(020)-706/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-706/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-706/2023 15.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 4000 manat borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, O xeyli müddətdir ki, hərbi xidmətdədir. 2-ci Qarabağ veteranıdır. Onunla irlikdə xidmətdə olan Cavabdeh 11 may 2022-ci ildə yoldaşını əməliyyat etdirmək üçün ondan 4000 manat borc pul istəmişdir. O da 12 may 2022-ci il tarixdə avabdeh Cavabdeh 4000 manat pulu yazılı qəbz əsasında vermişdir. Cavabdeh bugünə kimi aldığı 4000 manat borc pulu ona geri qaytarmamışdır. Cavabdeh borcunu dəfələrlə ona geri qaytaracağına dair söz versə də, müxtəlif bəhanələr gətirərək bu günə kimi borcunu qaytarmamışdır. Ona görə də, Cavabdeh 4000 (dörd min) manat məbləğində borcun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qəbul etdi və izahatında göstərdi ki, o, İddiaçı qaytarmaq şərti ilə 4000 manat borc pul almışdır. Qəbz ona aiddir. Hazırda iddiaçıya 4000 manat məbləğində borcu vardır, həmin borcu gələcəkdə hissə-hissə geri qaytaracağına dair söz verir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh qaytarmaq şərti ilə İddiaçı 4000 manat borc pul almış və bu barədə verdiyi qəbzi imzası ilə təsdiq etmişdir Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib, iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən borca görə verilən sənəd onun özü tərəfindən birtərəfli qaydada yazılmış və orada borcun məbləği 4000 manat göstərilməsi cavabdeh borclu olduğu pulu ona geri qaytarmamışdır. Məhkəmə iclasında cavabdeh iddiaçıya borclu olduğunu və borclu olduğu məbləği iddiaçıya vaxtında qaytarmadığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdehin özü tərəfindən iddiaçıya 4000 manat borclu olması etiraf edildiyindən və cavabdeh həmin borcu ödəyəcəyinə dair söz verməklə öhdəlik götürdüyündən iddia əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh borca görə 4000 manat pul alınaraq iddiaçıya verilməlidir. İş materiallarından görünür ki, iddiaçı məcburi köçkündür və dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Ona görə də Cavabdeh dövlət rüsumuna görə 60 (altmış) manat alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçrilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDi: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat borc pul alınıb İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 60(altmış) manat alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçrilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar