Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-714/2023 25.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi, İddiaçı-İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Namiq oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Namiq oğlundan bir nəfər yetkinlik yaşma çatmayan uşağın, yəni 18 may 2021-ci il tarixdə anadan olan Davudun saxlanılması üçün Beyləqan rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq sabit pul məbləğində hər ay 220 (iki yüz iyirmi) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və izahatında göstərdi ki, İddiaçı onun qızıdır. Qızı ilə Cavabdeh Namiq oğlu ilə faktiki nikahlarından 18 may 2021-ci ildə Davud adlı bir uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar və Beyləqan rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh Namiq oğlunun 18 may 2021-ci il tarixdə anadan olmuş Davud adlı uşağın atası olması faktı müəyyən edilmiş və Cavabdeh Namiq oğlundan 18 may 2021-ci ildə anadan olan Davud adlı uşağın saxlanması üçün qızının xeyrinə hər ay bir uşağa görə 160 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Hazırda uşağı qızının yanında yaşayır. Qızı uşağını saxlamaqda çətinlik çəkir. Hazırki vəziyyətdə uşağını saxlamaq üçün cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaq böyüdükcə onun gündəlik xərcləri, maddi tələbatları da artmaqdadır. Ona görə də Cavabdeh Namiq oğlundan bir nəfər yetkinlik yaşına çatmayan uşağın, yəni 18 may 2021ci il tarixdə anadan olan Davudun saxlanılması üçün Beyləqan rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq sabit pul məbləğində hər ay 220 (iki yüz iyirmi) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Namiq oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materiallarını nəzərdən keçirib, iddiaçının vəkalətli nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Davud 18 may 2021-ci ildə anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(009)-1612/2021 saylı qiyabi qətnaməsinin sürətindən görünür ki, Cavabdeh Namiq oğlunun 18 may 2021-ci il tarixdə anadan olmuş Davud adlı uşağın atası olması faktı müəyyən edilmiş və həmin uşağın saxlanması üçün Cavabdeh Namiq oğlundan İddiaçı xeyrinə hər ay sabit pul məbləğində 160 manat alimentin tutulması qet edilmişdir. Beleliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh Namiq oğlunun faktiki nikahlarından 18 may 2021-ci ildə Davud adlı bir uşaqları anadan olmuşdur. İddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qiyabi qətnaməsi ilə İcavabdeh smayılov X1 adlı uşağın atası olması faktı müəyyən edilmiş və həmin uşağın saxlanması üçün iddiaçının xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin alınması qət edilmişdir.. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Cavabdeh Namiq oğlunun maddi vəziyyətində dəyişiklik olması, yəni onun gəlirləriin artması müəyən edilməmişdir. iddiaçı cavabdehin qazancının yüksək olduğunu göstərsə də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Belə bir vəziyyətdə alimentin müəyyən olunmuş miqdarının artırılması cavabdehin çətin maddi duruma düşməsinə gətirib çıxaracaqdır. Bütün bu halları nəzərə alan məhkəmə hesab edir ki, iddianın təmin edilməsi yəni alimentin miqdarının artırılması üçün əsaslar yoxdur. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halların məhkəmədə sübuta yetirə bilmədiyindən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh Namiq oğluna qarşı bir nəfər yetkinlik yaşına çatmayan uşağın, yəni 18 may 2021-ci il tarixdə anadan olan Davudun saxlanılması üçün Beyləqan Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq sabit pul məbləğində hər ay 220 (iki yüz iyirmi) manat müəyyən edilməsi tələbinə dair iddiası əsasız olduğundan rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-714/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-714/2023
25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver