Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-72/2024 23.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh razılığı ilə inşa etdikləri Beyləqan şəhəri S.İmrəliyev küçəsi 144 saylı evin həyətində olan 40 kv. metr olan fərdi yaşayış evinə istifadə hüquqlarının tanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini əsaslandıraraq göstərdi ki, Beyləqan şəhəri, S.İmrəliyev küçəsi 144 saylı ev mərhum atası X1 mülkiyyətində olmuşdur. Onlar ailəliklə validenyləri ilə birlikdə yaşamışlar. Atası 2001-ci ildə vəfat etmişdir. Anası isə sağdır. Onların hamısının razılıqları ilə atasının adına olan fərdi yaşayış evi 2014-cü ildə cavabdehin adına rəsmiləşdirilmiş və cavabdehin də razılığı ilə cavabdehin atasının adına olan həmin həyətyanı torpaq sahəsində 40 kv. metrdən ibarət fərdi yaşayış evi tikmişdir. O, ailəsi ilə birlikdə köhnə evdən çıxıb həyətdə tikdiyi yeni fərdi yaşayış evinə köçmüş və uzun müddət həmin evdə yaşamışdır. Son vaxtlar cavabdeh özünün razılığı ilə inşa etdiyi fərdi yaşayış evindən çıxmalarını tələb edir. Onların həmin evdə yaşamaq və istifadə hüquqları vardır. Həmin evi cavabdehin razılığı ilə inşa etdiklərinə baxmayaraq, cavabdeh sonradan həmin evi söktürmüşdür. Buna görə də, cavabdehin razılığı ilə inşa etdikləri Beyləqan şəhəri S.İmrəliyev küçəsi 144 saylı evin həyətində olan 40 kv. metr olan fərdi yaşayış evinə istifadə hüquqların tanılmasına barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən digər iddiaçılar İddiaçı2 və İddiaçı3 iddianı müdafiə etdilər və İddiaçı1 ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, Beyləqan şəhəri, S.lmrəliyev küçəsi ev 138-də yerləşən 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini qanun çərçivəsində Daşınmaz Əmlakın Reyestr xidmətində xüsusi mülkiyyətinə keçirmişdir. Həmin fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan rayon şöbəsində reyestr nömrəsi **********17-10301 saylı çıxarış əsasında xüsusi mülkiyyətinə alınmışdır. O, həmin fərdi yaşayış evinin tək hüquqi sahibidir. İddiaçılar onun həyatyanı torpaq sahəsində qanunsuz tikili inşa etmişlər. O, həmin tikililərin sökülməsi və cavabdehlərin həmin ərazidən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin 04 aprel 2023-cüil tarixli 2(020)-22/2023 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Bundan sonra məhkəmə qətnaməsi icra edilmiş, qanunsuz tilkililər sökülmüş, iddiaçılar həmin ərazidən çıxarılmışlar. Hazırda iddiaçıların iddia tələblərinin hec bir əsası yoxdur. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakını Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətinə Beyləqan şəhəri, S.İmrəliyev küçəsi 138də 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rRayon Məhkəməsinin 04 aprel 20023-cü il tarixlı 2(020)-22/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və X3 qarşı xüsusi mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsi üzərində olan ümumi sahəsi 106.5 kv.m olan fərdi yaşayış evindən çıxarılması, qanunsuz tikililərin sökülməsi və gələcəkdə törədiləcək maneənin aradan qaldırılması tələbinə dair mülki işə baxılıb və iddia təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyatları üçün mülkiyyətin özgəninkiləşdiirlməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş və yuxarıda sadalanmış hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçılar öz iddia tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədən sübuta yetirə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Məhkəmədə müəyyən edildi ki iddiaçıların cavabdehə məxsus mülkiyyətində oıan həyatyanı torpaq sahəsində tikdirdikləri tikililər qanunsuz olmuş, Cavabdeh bununla əlaqədər iddia ərizəsi ilə məhkəmiyə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə həmin qanunsuz tikililərin sökülməsi təmin edilmişdir. Həmin hal Beyləqan Rayon Məhkəməsinin 04 aprel 2023-cüil tarixli 2(020)- 22/2023 saylı qanuni quvvəyə minmiş qətnaməsi ilə təmin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası MPM-nin 82.3-ci maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması tələbinə dair iddiaları rədd edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-72/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-72/2024
23.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver