Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-753/2023 18.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı vəkalətli nümayəndəsi X2, Cavabdeh vəkalətli nümayəndəsi və vəkili Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 20 avqust 2019cu ildə anadan olmuş Nərgiz və 13 may 2021-ci ildə anadan olan Alena adlı uşaqların saxlanılması üçün üçün Beyləqan rayon məhkəməsinin 18 mart 2021-ci il və 09 iyul 2021-ci il tarixli qətnamələri ilə kəsilmiş alimentin miqdarının artırılaraq sabit pul məbləğində hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkalətli nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, qızı Aytacla Cavabdeh nikahlarını 10 fevral 2017-ci il tarixdə Beyləqan rayon İHB-nın Kəbirli kənd ərazi nümayəndəliyində rəsmi qeydə aldırmışlar və birgə nikahlarından 20 avqust 2019-cu il tarixdə Nərgiz adlı, boşanmadan sonra isə 13 may 2021-ci ildə Alena adlı uşaqları anadan olmuşdur. Beyləqan rayon məhkəməsinin 18 mart 2021-cİ il və 09 iyul 2021-ci il tarixli qətnamələri 20 avqust 2019-cu il tarixdə anadan olmuş Nərgiz adlı uşağının saxlanması üçün 140 manat, 13 may 2021-ci ildə anadan olmuş Alena adlı uşağının saxlanması üçün 120 manat alimentin alınıb qızı Aytaca verilməsi qət edilmişdir. Hazırda qızı ilə cavabdeh ayrı yaşayırlar və ümumi təsərrüfatlarını birgə idarə etmirlər. Uşaqlar hazırda qızının yanında qalıb yaşayırlar. Hazırkı iqtisadi çətinlik vaxtı qızı uşaqlarını saxlamaqda çətinlik çəkir. Elkin Bakı şəhərində yaşamaqla, ticarətlə məşğul olur. Ona görə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh vəkalətli nümayəndəsi və vəkili Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Vəkil iddianı qəbul etmədi və məhkəmə iclasında izahat verərək göstərdi ki, Cavabdehla İddiaçı birgə nikahlarından 20 avqust 2019-cu ildə Nərgiz adlı uşaqları doğulmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra 13 may 2021-ci ildə Alena adlı bir uşaqları da doğulmuşdur. Cavabdehdən hər iki uşağın saxlanmasına görə aliment tutulur. Cavabdeh alimentini vaxtlı-vaxtında ödəyir, uşaqları ilə görüşüb onlara hədiyyələr alır. Tərəflər uşaqları saxlamaqda bərabər hüquqa malikdirlər. Cavabdeh qardaşının yanında fəhlə işləyir. Cavabdehin tələb edilən alimenti ödəməyə imkanı yoxdur. Qazancı yüksək deyildir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materialına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2014-cü ildə anadan olmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə anadan olmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1987-ci ildə anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(020)-395/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Firudin qızı ilə Cavabdeh 10 fevral 2017-ci ildə Beyləqan rayon İHB-nın Kəbirli kənd ərazi nümayəndəliyində qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından 20 avqust 2019-cu ildə anadan olmuş Nərgizin anası İddiaçı Firudin qızının yanında qalmaları müəyyən edilmiş, Beyləqan rayon Kəbirli kəndində yaşayan Cavabdeh 20 avqust 2019-cu ildə anadan olmuş Nərgizin yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 fevral 2021-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 140 (yüz qırx sabit pul məbləğində aliment tutularaq İddiaçı Firudin qızına verilməsi qət edilmişdir. İşdə olan Beyləqan rayon məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(020)-1058/2021 saylı qətnaməsinin surətindən görünür ki, Beyləqan rayon Kəbirli kəndində yaşayan Cavabdeh 13 may 2021-ci ildə anadan olmuş Alenanın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh nikahlarından 20 avqust 2019-cu ildə Nərgiz adlı uşaqları doğulmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra 13 may 2021-ci ildə Alena adlı bir uşaqları doğulmuşdur. Beyləqan rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Firudin qızı ilə Cavabdeh 10 fevral 2017-ci ildə Beyləqan rayon İHB-nın Kəbirli kənd ərazi nümayəndəliyində qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından 20 avqust 2019-cu ildə anadan olmuş Nərgizin anası İddiaçı Firudin qızının yanında qalması müəyyən edilmiş, Beyləqan rayon Kəbirli kəndində yaşayan Cavabdeh 20 avqust 2019-cu ildə anadan olmuş Nərgizin yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 fevral 2021-ci il tarixdən başlayaraq hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Firudin qızına verilməsi qət edilmişdir. Həmçinin Beyləqan rayon məhkəməsinin 09 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 13 may 2021-ci ildə anadan olmuş Alenanın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda uşaqlar iddiaçının yanında yaşayır. İddiaçı uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaqlar böyüdükcə onların gündəlik xərcləri, maddi tələbatları get-gedə artmaqdadır. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdehin hazırda işləmədiyi, gündəlik işlərlə məşğul olması və onun konkret rəsmi iş yeri olmadığı müəyyən edildi. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya Nərgiz adlı uşağın saxlanması üçün ödənilən 140 manat, Alena adlı uşağın saxlanılması üçün ödənilən 120 manat aliment uşaqların təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Alimentin müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən uşaqların mənafeyi ilə yanaşı aliment ödəməyə borclu olan cavabdehin maddi imkanı nəzərə alınmalıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşaqların böyüməsi ilə bağlı xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. İddiaçı cavabdehin ticarətlə məşğul olmasını qeyd etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bütün bu halları, yəni uşaqların əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi vəziyyətini nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 20 avqust 2019-cu ildə anadan olmuş Nərgiz, 13 may 2021-ci ildə anadan olmuş Alena adlı uşaqların saxlanmaları üçün cavabdeh tərəfindən ödənilən aliment miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 165 manat sabit pul məbləğində müəyyən edilməklə atrırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan rayon məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(020)-395/2021 saylı qətnaməsinə əsasən 20 avqust 2019-cu ildə anadan olmuş Nərgiz adlı uşağın saxlanılması iddiaçının xeyrinə qət edilmiş 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin və Beyləqan rayon məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(020)-1058/2021 saylı qətnaməsinə əsasən Beyləqan rayon Kəbirli kəndində yaşayan Cavabdeh 13 may 2021-ci ildə anadan olmuş Alenanın yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 xeyrinə qət edilmiş 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərərək hər ay hər uşaq üçün 165 (yüz altmış beş) manat sabit pul məbləğində müəyyən edilməklə artırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh 59.50 (əlli doqquz manat əlli qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-753/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-753/2023
18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver