Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-755/2023 25.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Nazim oğluna qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon məhkəməsinin 27 mart2019-cu il tarixli qətnaməsi ilə kəsilmiş 100 manat məbləğində alimentin məbləğinin artırılaraq Cavabdeh Nazim oğlundan 17 avqust 2012 -ci ildə anadan olmuş Ayan və 14 dekabr 2013-cü ildə anadan olmuş Tavadın saxlanılması üçün onun xeyrinə hər ay hər bir uşaq üçün 250 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə ailə quraraq nikahlarını rəsmləşdirmişlər. Birgə nikahdan xx.xx.2012-ci ildə Ayan və xx.xx.2013-cü ildə Tavad adlı uşaqları anadan olmuşdur. Beyləqan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci ildə anadan olmyuş Ayan və xx.xx.2013-cü il tarixdə anadan olmuş Tavad adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində aliment alınıb ona verilməsini qət etmişdir. Bundan əlavə Beyləqan rayon məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsinə əsasən həmin alimentin məbləği artılaraq hər uşaq üçün 100 manat müəyyən edilmişdir. Uşaqlar onun himayəsində yaşayırlar, hazırki dövrə onların tələbatını ödəyə bilmir. O, heç bir yerdə işləmir, uşaqları saxlamağa çətinlik çəkir. Cavabdeh isə uşağı saxlamaqda heç bir köməklik göstərmir. Uşağının xəstəliyi vardır və mütamadi olaraq həkim aparır. Uşağa valideynlərinin köməkliyi ilə baxır. Uşaqları böyümüş və xərclər artmışdır. Ona görə də Beyləqan rayon məhkəməsinin 27 mart2019cu il tarixli qətnaməsi ilə qət edilmiş ş 100 manat məbləğində alimentin miqdarının artırılaraq Cavabdeh Nazim oğlundan 17 avqust 2012-ci ildə anadan olmuş Ayan və 14 dekabr 2013-cü ildə anadan olmuş Tavadın saxlanılması üçün onun xeyrinə hər ay hər bir uşaq üçün 250 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Nazim oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdeh Nazim oğlu məhkəməyə ərizə göndərərək göstərmişdir ki, İddiaçı ilə nikahlarından xx.xx.2012-ci ildə Ayan və 14 dekabr 2013-cü ildə Tavad adlı 2 qızları anadan olmuşdur. O, iddiaçıdan ayrılmaq istəməmişdir. İddiaçı ayrılması ilə bağlı məhkəməyə müraciət etmiş və Beyləqan rayon məhkəməsinin 27 mart 2019-cu ul tarixli qətnaməsinə əsasən nikahları pozulmuş və ondan uşaqların saxlanılması üçün hər uşağa görə 100 manat, cəmi 200 manat aliment tutulması qət edilmişdir. Həmin vaxtdan da o, hər ay vaxtlı-vaxtında alimenti ödəyir. Onun rəsmi iş yeri yoxdur. Yaşlı anası ilə bir yerdə Bakı şəhərində kirayədə yaşayır. Anasının 63 yaşı var, anasının yaşı ilə bağlı nə işə götürürlər nədə ki,təqaüd alır. Onun özü gözünün zəif görməsi ilə bağlı ağır işdə işləyə bilmir. 2019-cu ildən bu günə kimi nə işə girmiş, nədə ki, büdcəsi artmışdır. Cavabdeh ərə getmişdir. Əgər uşaqlarını saxlaya bilmirsə versin özü saxlayacaqdır. O, alimenti ödəməkdən boyun qaçırmır. Uşaq hər ikisinin uşağıdır. Onları saxlamaq hər ikisinin borcudur. Lakin o, hər uşağa görə 250 manat sabit pul məbləğində alimenti ödəmək imkanında deyildir. Onun ailə vəziyyətini işləməməsini nəzərə alıb, İddiaçı alimentin artırılması barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən, lakin iddiaya qarşı etirazı məhkəməyə daxil olduğundan məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materialına əlavə edilmiş doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci ildə Ayan, xx.xx.2013-cü ildə Tavad adlı uşaqları anadan olmuşdur. İşdə olan Beyləqan rayon məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(020)-624/2019 saylı qətnaməsinin surətindən görünür ki, Beyləqan rayonu, Şəfəq qəsəbəsində yaşayan Cavabdeh xx.xx.2012-ci ildə anadan olmyuş Ayan və xx.xx.2013-cü il tarixdə anadan olmuş Tavad adlı uşaqların saxlanılması üçün Beyləqan rayonu, Şəfəq qəsəbəsində yaşayan uşaqların anası X1 nəfinə ödədiyi 160 manat alimentin miqdarı artırılaraq hər uşağa görə hər ay 100 manat, iki uşağa görə 200 manat sabit pul məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh Nazim oğlunun birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Beyləqan rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci ildə anadan olmuş Ayan və xx.xx.2013-cü il tarixdə anadan olmuş Tavad adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində aliment alınıb iddiaçı verilməsini qət etmişdir. Beyləqan rayon məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsi ilə isə həmin alimentin məbləği artılaraq hər uşaq üçün hər ay 100 manat məbləğində müəyyən edilmişdir. Hazırda uşaqlar iddiaçının yanında yaşayır. İddiaçı uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaqlar böyüdükcə onların gündəlik xərcləri, maddi tələbatları get-gedə artmaqdadır. Cavabdeh isə uşaqların saxlanması üçün iddiaçıya heç bir əlavə köməklik göstərmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin cavabdehin hazırda işləmədiyi, gündəlik işlərlə məşğul olması və onun konkret rəsmi iş yeri olmadığı müəyyən edildi. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya ödənilən hər ay hər uşaq üçün 100 manat aliment uşaqların təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Alimentin müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən uşaqların mənafeyi ilə yanaşı aliment ödəməyə borclu olan cavabdehin maddi imkanı nəzərə alınmalıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşaqların böyüməsi və xəstə olmasını göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. Bütün bu halları, yəni uşaqların əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi vəziyyətini nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci ildə anadan olan Ayan və xx.xx.2013-cü ildə anadan olan Tavad adlı uşaqların saxlanması üçün cavabdeh tərəfindən ödənilən aliment hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilməklə artırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Beyləqan rayon məhkəməsinin 27 mart 2019-cu il tarixli qətnaməsinə əsasən Beyləqan rayonunun Şəfəq qəsəbəsində yaşayan Cavabdeh Nazim oğlundan 17 avqust 2012 -ci ildə anadan olan Ayan və 14 dekabr 2013-cü ildə anadan olan Tavad adlı uşaqların saxlanılmaları üçün uşaqların anası İddiaçı xeyrinə qət edilən hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək artırılaraq hər ay hər uşaq üçün 160 (yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməklə artırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh Nazim oğlundan 52( əll iki) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-755/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-755/2023
25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver