Məhkəmə qərarları › İş №2(020)-779/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-779/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-779/2024 24.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı-İddiaçı, Cavabdeh Qaradaşxan oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Qaradaşxan oğluna qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh Qaradaşxan oğlundan 3900 (üç min doqquz yüz) manat məbləğində borc pulun və ödədiyi 59 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində qeydiyyatda olmaqla yaşayır. X1 baldızı Elvira Cavabdeh oğlu X10 ilə ailə həyatı qurmuşdur. 2018-ci ilin fevral ayında qızı Şəhri ona zəng edərək Samirin atası Nazimin oğlu X7 Hallar Nazirliyinin Beyləqan rayon şöbəsində işə düzəldə biləcəyini, bu barədə Samirin ona dediyini bildirmişdir. Ertəsi gün o, Samirin mobil nömrəsini tapıb zəng edərək atası Nazimlə onu calaşdırmasını istəmiş, Samir onu Nazimlə calaşdırmışdır. O da Nazimə zəng edib telefonda danışmışdır. Həmin danışıq zamanı o, Nazimdən oğlu X8 Nazirliyinin Beyləqan rayon şöbəsində işə düzəltməkdə köməklik edə bilib-bilməyəcəyini soruşmuş, Nazim də ona köməklik edəciyini bildirmişdir. Bir gün sonra Nazim ona zəng edərək Bakı şəhərində bir tanışı olduğunu, Soltanı işə düzəltməsi üçün həmin tanışının yanına gedib ondan köməklik istəyəcəyini bildirmişdir. Nazim onunla telefonda danışan zaman ona tanışının kim olması barədə heç bir söz deməmişdir. Nazim onu dərhal Bakı şəhərinə çağırmış, o, ertəsi gün, yəni 21 fevral 2018-ci il tarixdə Bakı şəhərinə gedib Nazimlə görüşmüşdür. Bundan sonra Nazim onu Əlövsət Qasımov adlı şəxsin yanına aparmışdır. O, Əlövsəti əvvəllər tanımamışdır. Əlövsətlə onun işlədiyi Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Şəhidlər Muzeyi”ndə yerləşən ofisində görüşən zaman Əlövsətdən oğlu X8 Nazirliyində işə düzəltməkdə ona köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. X9 Nazirliyinə qəbul olmaq üçün normativlər verilməli olduğunu bildirmişdir. O isə Soltanın hazırda yaxşı idman edə bilmədiyini, lakin fərdi qaydada idman məşqləri etdiyini və yaxın zamanda normativləri verə biləcəyini demişdir. Əlövsət Qasımov isə ona normativləri verə bilməyəcəyi üçün oğlu Soltanı işə düzəltməkdə heç bir kömək edə bilməyəcəyini ona demişdir. O, Nazimlə birlikdə Əlövsətin otağından çölə çıxmışdır. Nazim otaqdan çölə çıxdıqdan sonra Əlövsətin köməklik etmədiyini, buna baxmayaraq özünün ona köməklik edəcəyini bildirmişdir. O, Nazimdən ona necə kömək edəcəyini soruşmuşdur. Nazim ona Soltanı işə düzəltmək istəyirsə bunu edəcəyini, gerisi ilə maraqlanmamasını ona bildirmişdir. Nazim bunun qarşılığında ondan 5000 manat alacağı barədə onunla razılaşmışdır. Onun həmin vaxt cibində 500 manat pul olmuş, o, həmin pulu cibindən çıxarıb təklikdə əlbəəl Nazimə vermişdir. Bundan sonra muzeydən çıxmışlar. O, Nazimlə sağollaşıb getmiş və həmin gün də Beyləqan rayonuna qayıtmışdır. Nazim bundan sonra onunla telefon vasitəsilə danışaraq Soltanı işə düzəltmək üçün pul lazım olacağını, lazım olduqca ondan istəyəcəyini bildirmişdir. Sonra 2018-ci ilin iyul ayında Nazim ona zəng edərək 500 manat pul lazım olduğunu bildirmişdir. O, Nazimin qızı Nərgizin adına Beyləqan rayon Mərkəzi poçtundan 500 manat pulu Bakı şəhərinə göndərmiş, Nazim bundan sonra da telefon vasitəsilə onunla əlaqə saxlayıb pul istəməyə davam etmişdir. 2018-ci ilin noyabr ayında Bakı şəhərinə gedən marşrut üzrə sürücü işləyən, hazırda adını xatırlamadığı avtobus sürücüsü vasitəsilə 300 manat pulu, 2019-cu ilin mart ayında taksi sürücüsü işləyən həmkəndlisi X3 250 manat pulu Nazimə göndərmişdir. Nazim həmin pulları götürdükdən sonra ona zəng edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən avtovağzalda avtobus sürücülərindən həmin pulları götürdüyünü bildirmişdir. Nazim Bakı şəhərində işləyib yaşamışdır. Nazim ona zəng edərək pul lazım olduğunu bildirmiş, o da Nazimin dediyi məbləğlərdə pulları ona göndərmişdir. 2019-cu ilin dekabr ayında Nazim ona zəng edərək Soltanın idman normativi verməli olduğunu demiş, o, oğlu Soltana pul verərək ona Bakı şəhərinə gedib Nazimlə görüşməsini və normativdən keçməsini bildirmişdir. Soltan Bakı şəhərinə gedib Nazimlə görüşmüş və normativ imtahanına getmişlər. Soltan həmin gün normativlərdə iştirak etmiş, lakin kəsilmişdir. Soltan normativləri verə bilmədiyi üçün Nazim ondan normativlərin cavabının yaxşı yazılması üçün 150 manat pul istəmiş, yol pulu olaraq ona verdiyi puldan 150 manatını Soltan Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Şamaxinka” deyilən yerdə Nazimə vermişdir. Lakin normativin cavabı dəyişməmişdir. 2020- ci ilin mart ayında Nazim ona təkrar zəng edərək 600 manat pul istəmişdir. O, həmin gün tanıdığı taksi sürücüsü X2 600 manat pulu Bakı şəhərində Nazimə verməsi üçün göndərmiş və sonra Nazim ona Maisin həmin pulu Bakı şəhəri, Nəsimi rayonu ərazisində “20 Yanvar” metrostansiyası yaxınlığında ona verməsini telefon vasitəsilə bildirmişdir. 2020-ci ilin aprel ayının ortalarında Nazim ona zəng edərək 4500 manat pul istəmişdir. O, həmin pulu ona necə göndərəcəyini soruşduqda Nazim 24 aprel 2020-ci il tarixdə Beyləqan rayonunda olacağını demiş və həmin gün pulu ondan götürəcəyini bildirmişdir. 24 aprel 2020-ci il tarixdə o, qızı Şəhrinin yaşadığı Beyləqan rayonu, 1-ci Aşıqlı kəndi ərazisində yerləşən evə getmiş, Nazim də oraya gəlmişdir. O, həmin gün Nazimə 4500 manat pulu qızı Şəhrinin yaşadığı evin həyətində vermiş, həmin vaxt Şəhri həyətdə yerləşən yardımçı tikilidə olmuşdur. O, Şəhrinin Nazimə pul verdiyini görüb- görmədiyini bilməmişdir. 2021-ci ilin fevral ayında Nazim ona zəng edərək Soltan üçün narkoloji analiz cavabları almaqdan ötrü 100 manat pul istəmişdir. O, həmin gün 100 manat pulu yenə də hazırda adını xatırlamadığı avtobus sürücüsü vasitəsilə Bakı şəhərində Nazimə verməsi üçün göndərmiş və sonra Nazimə zəng edərək pulun ona çatıb-çatmadığını dəqiqləşdirmişdir. Nazim 100 manat pulu Bakı şəhəri, Nəsimi rayonu ərazisində “20 Yanvar” metrostansiyası yaxınlığında avtobus sürücüsündən aldığını demişdir. Sonuncu dəfə 2021 -ci ilin oktyabr ayında Nazim ona zəng edərək Soltan üçün alınmış narkoloji analizinin cavabını dəyişdirmək lazım olduğunu bildirmiş və buna görə 100 manat verməli olduğunu demişdir. O, Nazimə oğlunun narkoloji analizini nə üçün dəyişmək lazım olduğunu soruşmuş və oğlu Soltanın analizlərinin təmiz olduğunu bildirmişdir. Nazim də narkoloji analiz barədə arayışın müddətinin altı ay olduğunu, ilk arayışın alındığı vaxtdan artıq on ay keçdiyi üçün onu yeniləmək lazım olduğunu bildirmişdir. O da Nazimə inanıb pulu ona necə və harada verəcəyini soruşmuşdur. Nazim ona Beyləqan rayonunda olduğunu, görüşüb ondan həmin 100 manatı götürəcəyini bildirmişdir. O, Nazimlə Beyləqan şəhəri, Magistral küçəsində görüşüb 100 manat pulu Nazimə əlbəəl vermişdir. Bununla da Cavabdeh ümumilikdə 7000 manat pul vermişdir. Lakin üstündən bir neçə vaxt keçdikdən sonra Nazimdən oğlunun işlərinin nə yerdə olduğunu soruşan zaman Nazim hər dəfə ona müxtəlıf bəhanələr gətirərək səbrlı olmağı demişdir. Lakin onun səbir qalmadığına görə bu barədə aidiyyəti yerlərə şikayət etmiş və onun şikayəti əsasında Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2 4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işi ibtidai istintaq zamanı zərərçəkınış şəxs qismində tanınmışdır. İbtidai istintaq yekunlaşdıqdan sonra Cavabdeh barəsində olan cinayət işı üzrə materiallar baxılıb hüquqi qiymət verilməsi üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı Nazım Əliyevin ondan müxtəlif vaxtlarda ümumilikdə 7000 (yeddi min) manat pul alması sübuta yetmişdir. Məhkəmə iclasının gedişində Nazıın Əliyev ona olan borcundan 3100 manatını qaytarmışdır. Beyləqan rayon məhkəməsinin 1 (020)-6/2024 saylı. 27 03 2024-cü il tarixli hökmünə əsasən X5 Azərbaycan Respublikası CM-nin 178 2 4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlim törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. Cavabdeh məhkəmə iclasında qalan borcunu tezliklə qaytaracağı barədə söz versə də bu günədək qalan 3900 manat pul borcunu qaytarmamışdır. Ona görə də məhkəmədə mülki iddia qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, cavabdeh xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh Qaradaşxan oğlundan 3900 (üç min doqquz yüz) manat məbləğində pulun və ödədiyi 59 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izaht verən Cavabdeh iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, O, 2018-ci ildə İddiaçıla tanış olmuşdur. Tahirə oğlunu işə düzəldə biləcəyinə söz vermiş və Tahirdən 5000 manat pul isətmişdir. Tahir həmin vaxt ona 500 manat, onradan isə 4500 manat pul vermişdir. O,Tahirin oğlu Soltanın sənədləri ilə Fövqəladə Hallar Nazirliyinə müraciət etmiş, bundan sonra Soltanı normativlərə çağırmışlar. O, Soltandan Bakı şəhərində 150 manat almış, lakin Soltan normativləri verə bilməmişdir. Bundan sonra Soltanı ikinci dəfə normativə çağırmışlar. Soltan bu dəfə də normativi verə bilməmişdir. Bir dəfə də 100 manat onun özünə vermişdir. Taksi sürücüsü gətirib ona pul verməmişdir. Bundan sonra sənəd işləri ilə əlaqədar Tahirdən 500 manat istəmiş, Tahir poçt vasitəsilə qızı Nərgiz Əliyevanın adına 250 manat pul göndərmişdir. Beləliklə, o, Tahirdən cəmi 5650 manat pul almışdır. Ona görə də iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyib şərh edilənlərə obyektiv hüquqi qiymət verərək belə qərara gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı oğlu Sotanı işə düzəltmək adı ilə ondan 7000 manat pul almış, lakin iddiaçının oğlunu işə düzldə bilməmişdir. İddiaçı Cavabdeh verdiyi pulu qaytarmasını tələb etsə də, Cavabdeh pulu geri qaytarmamışdır. Bundan sonra İddiaçı şikayət etmiş və onun şikayəti əsasında Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. İddiaçı iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə iclasının gedişində X15 Kərimova olan borcundan 3100 manatını qaytarmış, qalan borcunu da qaytaracağına söz vermişdir. Beyləqan rayon məhkəməsinin 1 (020)-6/2024 saylı. 27 03 2024-cü il tarixli hökmünə əsasən X5 Azərbaycan Respublikası CM-nin 178 2 4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlim törətməkdə təqsirli bilinib 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh məhkəmədə verdiyi ifadəsində İddiaçı işə düzəltmək adı ilə aldadaraq ondan 7000 manat pul almadığını, cəmi 5650 manat aldığını qeyd etsə də, məhkəmə istintaqı zamanı həmin məbləğin 7000 manat olması sübuta yetmişdir. Belə olan halda məhkəmə hesa edir ki, iddia təmin edilməli, Cavabdeh 3900 manat pul alınıb iddiaçı X6 verilməlidir. Azərbaycan Respublikası MM-nin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biridir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli cavabdeh tərəfindən vurulmuş ziyana görə 3900 manat pul ondan alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 3900 (üç min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 59 (əlli doqquz) manat pul alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar