Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-788/2023 30.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Abbasov Zaur Alı oğllunun katibliyi, Cavabdeh vəkalətli nümayəndəsi Vəkil Yelmar oğlunun iştirakı ilə, İddiaçı “X1mayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı borcun tutuması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1mayan Kredit Təşkilatı” MMC məhkəmədə Cavabdeh xx.xx.2018-ci tarixli, BLYK00519 nömrəli müqavilə üzrə 342,36 manat qalıq borcu 316,09 manat cərimə borcu olmaqla, cəmi 658,45 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulub “X1mayan Kredit Təşkilatı” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “X1mayan Kredit Təşkilatı” MMC nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Həmin təşkilatın nümayəndəsi məhkəməyə teleqrama göndərərək işə onların iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı “X1mayan Kredit Təşkilatı” MMC ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci tarixli, BLYK00519 saylı nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, cavabdehə ilkin ödəniş 100 manat olmaqla, 24 ay müddətinə hissə-hissə hər ay üçün 59 manat, sonuncu ay üçün isə 55,36 manat ödəmək şərti ilə, 1512,36 manat dəyərində malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə-təsil aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 342,36 manat təşkil edir. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 1053,66 manat təşkil edir. Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 30%-ni ödəməyi borcludan tələb edilir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 30%-i 316,09 manat təşkil edir. Odur ki, Cavabdeh xx.xx.2018-ci tarixli, BLYK00519 nömrəli müqavilə üzrə 342,36 manat əsas borc, 316,09 manat cərimə borcu olmaqla, cəmi 658,45 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulub “X1mayan Kredit Təşkilatı” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh vəkalətli nümayənədəsi Vəkil Yelmar oğlu məhkəmə iclasında verdiyi izahatında göstərdi ki,“X1mayan Kredit Təşkilatı” MMC ilə cavabdehin arasında bağlanmış xx.xx.2018-ci tarixli, BLYK00519 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə ilkin ödəniş 100 manat olmaqla, 24 ay müddətinə hissə-hissə hər ay üçün 59 manat, sonuncu ay üçün isə 55,36 manat ödəmək şərti ilə, 1512,36 manat dəyərində malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə-təhvil təslim aktı üzrə məişət texnikaları nisyə satılmışdır. Hazırda cavabadeh borcunun bir hissəsini ödəyib və maddi imkanı olmadığı üçün qalan məbləği ödəyə bilməmişdir. Cavabdeh cərimə məbləği azadılmasını və iddianın təmin edilməsinə etiraz etmir. Ona görə də qanuni qərar qəbul edilməsini xahiş etdi İş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci tarixli, BLYK00519 saylı nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, borcluya 1512,36 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət texnikası nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin iddiaçı təşkilata 342,36 manat qalıq borcu 316,09 manat cərimə borcu olmaqla, cəmi 658,45 manat borcu yaranmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, “öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Məhkəmədə cavabdehin iddiaçı təşkilatla müqavilə bağlayaraq hər ay pulunu hissi-hissə ödəmək şərti ilə məişət məhsullkarını götürməsini, müqavilə şərtinə əməl etməyərək iddiaçı təşkilata borclu qalması kifayət qədər sübuta yetmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddianın əsas borca görə 342,36 manat tələbinə dair hissəsi təmin edilməlidir. Lakin məhkəmədə müəyyən edildi ki, iddiaçı tərəfindən 342,36 manat əsas borca görə ona yüksək məbləğdə yəni 316,09 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu mənada məhkəmə hesab edir ki, 316,09 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun 32 manat saxlanmasını daha məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia əsas borca görə tam şəkildə, yəni 342,36 manat məbləğində, cərimə borcuna görə isə 32 manat məbləğində olmaqla qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci tarixli, BLYK00519 tarixli müqaviləyə əsasən 342,36 manat qalıq borc, 32 manat cərimə borcu olmaqla, cəmi 374,36 (üç yüz yetmiş dörd manat otuz altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 17 (on yeddi) manat tutulub “X1mayan Kredit Təşkilatı ” MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə 13 (on üç) manat iddiaçıya aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Köllegiyasına apelyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-788/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-788/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver