Məhkəmə qərarları › İş №2(020)-79/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-79/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-79/2024 05.03.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon məhkəməsinin 08.06 2023-cü il tarixli qətnaməsinə əsasən nikahlarının pozulmasından sonra banklara ödənilməli olan 13.134 manat kredit borcunun yarısı olan 6.567.39 manat pulun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, o, Cavabdeh ilə evlənərək, nikahlarını 18 oktyabr 2013-cti il tarixində Beyləqan rayon İHB-nin Əlinəzərli kəndi üzrə icra nümayəndəliyində qeyd etdirmişlər. Birgə nikahlarından 19 avqust 2014-cü ildə Rasim, 26 noyabr 2016-cı ildə isə Nihat adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri tamamilə kəsildiyindən nikahları Beyləqan rayon məhkəməsinin 08.06 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikahları məhkəmə qaydasında pozulduqdan sonra birgə nigah dövründə banklardan götürmüş olduqları kreditlər tərəflər arasında bölünməmiş qalmışdır. xx.xx.2022-ci il tarixli GTGK5127679A140 saylı kredit müqaviləsinə əlavə ”Kapital Bank” ASC-nin Beyləqan rayon filialı ilə aralarında bağlanılmış müqaviləyə əsasən illik 21% olmaqla 48 ay müddətinə 10.970 AZN kredit götürülmüşdür. Həmin kreditə görə də 5341.50 faizin ödənilməsi cədvəldə qeyd edilmişdir. Aralarındakı nikahlarının pozulmasından sonra həmin kreditdən faizi ilə birlikdə cəmi olaraq 11.549 manat kredit borcu qalmışdır. Həmin borcun yarısı olan 5774.73 manat olan kredit borcu cavabdeh tərəfindən ödənilməlidir. Bundan başqa xx.xx.2022-ci il tarixli H00004611-2022 Çərçivə kredit müqaviləsinə əlavəN-1 olan müqaviləyə əsasən 18 ay müddətinə aylıq ödənişi 104.50 manat olmaqla, faizi ilə birlikdə 1550 manat kredit götürülmüşdür. Faizi isə ödəniş cədvəlinə əsasən 331 manat təşkil etmişdir. Nikahlarının pozulmasından sonra həmin kreditdə görə faizi ilə birlikdə cəmi olaraq 731.59 manat kredit borcu qalmışdır. Həmin kreditin də 365.79 manatı cavabdeh tərəfindən ödənilməlidir. Bundan başqa xx.xx.2022-ci il tarixli BY0162841-2022 Çərçivə kredit və girov müqaviləsinə əlavə xx.xx.2023-cü il əlavə N-l olan müqaviləyə əsasən 12 ay müddətinə aylıq ödənişi 106.70 manat olmaqla, 1000 manat kredit götürülmüşdür. Faizi isə ödəniş cədvəlinə əsasən 281 manat təşkil etmişdir. Həmin kreditin də 427.10 manatı cavabdeh tərəfindən ödənilməlidir. Bir sözlə nikahlarının pozulmasından sonra banklara cəmi olaraq 13.134 manat kredit borcları qalmışdır. Həmin kredit borcunun da yarısı olan 6.567.39 manat cavabdeh - Cavabdeh tərəfindən ödənilməlidir. Həmin kredit borcu olan 6.567.39 manat alınıb ona verilməlidir. Çünki kredit rəsmi olaraq onun adınadır. Cavabdehlə 2022-ci ilin sentyabr ayına kimi bir evdə yaşamışlar. Onlar torpaq sahəsəi almışlar, həmin krediti götürüb həyətə hasar çəkdirmiş, müəyyən işlər gördürmüş, kanalizasiya çəkdirmişdir. 3000 manat cavabdehin qardaşına problərinə həlli ilə bağlı vermişdir. Kreditdən qalan 2900 manat pulu isə evdə qoymuşdur. Sonra həmin pul yoxa çıxmışdır. Odur ki, Beyləqan rayon məhkəməsinin 08.06 2023-cü il tarixli qətnaməsinə əsasən nikahlarının pozulmasından sonra banklara ödənilməli olan 13.134 manat kredit borcunun yarısı olan 6.567.39 manat pulun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddanı qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, ddiaçı İddiaçılə nikahlarını 18 oktyabr 2013-cü ildə rəsmiləşdirərək evlənmişlər, birgə nikahlarından iki uşaqları anadan olmuşdur. İddiaçı ilə münasibətləri pozulduğundan Beyləqan rayon məhkəməsinin 08.06 2023-cü il tarixli qətnaməsinə əsasən ayrılmışlar. İddiaçı ilə 2021-ci ildə bir evdə yaşamamışlar. Onun iddiaçının götürdüyü kreditdən xəbəri olmamışdır. İddiaçı sonradan krediti təzələyib yeni kredit götürmüşdür. İddiaçı ondan gizli qızıllarını aparıb lombarda qoyub pul götürmüşdür. İddiaçı pulu götürəndə o, qardaşının evində yaşamışdır. İddiaçı onun qardaşına pul verməmişdir. İddiaçının ərizədə qeyd etdiyi yurdu 2020-ci ildə 22000 manat kredit götürüb almışdır. Həmin krediti ödəməyə davam edir. Həmçinin iddiaçı evdə 2900 manat pul qoyduğunu qoyduğunu göstərsə də onun bundan xəbəri olmamış, həmin pulu görməmişdir. Ona görə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd olunmalıdır. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında 18 oktyabr 2013-cü il tarixdə Beyləqan rayon İHB-nin Əlinəzərli kəndi üzrə icra nümayəndəliyində qeyd edilmiş nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli GTGK5127679A140 saylı kredit müqaviləsidən görünür ki, "xxxx" ASC-nin Beyləqan rayon filialı İddiaçı ilə aralarında bağlanılmış müqaviləyə əsasən İddiaçı illik 21% olmaqla 48 ay müddətinə 10.970 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli H00004611-2022 Çərçivə kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC tərəfindən İddiaçı 18 ay müddətinə aylıq ödənişi 104.50 manat olmaqla, faizi ilə birlikdə 1550 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli BY0162841-2022 Çərçivə kredit və girov müqaviləsinə əlavə xx.xx.2023-cü il əlavə N-l olan müqavilədən görünür ki, "xxxx" QSC-inBeyləqan flialı İddiaçı 12 ay müddətinə aylıq ödənişi 106.70 manat olmaqla, 1000 manat kredit vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə görə ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Lakin məhkəmə hesab edir ki, qanunun tələblərinə görə ümumi öhdəlikdə payların müəyyən edilməsi zamanı borcun bölgüsü, yaxud borcun əvəz edilməsi həyata keçirilmir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh nikahlarını 18 oktyabr 2013-cü ildə Beyləqan rayon İHB-nin Əlinəzərli kəndi üzrə icra nümayəndəliyində qeyd etdirməklə evlənmişlər. Tərəflərin birgə iki uşaqları anadan olmuşdur. Beyləqan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə cavabdeh İddiaçı arasında 18 oktyabr 2013-cü il tarixdə Beyləqan rayon İHB-nin Əlinəzərli kəndi üzrə icra nümayəndəliyində qeyd edilmiş nikah pozulmuşdur. Həmçinin məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli GTGK5127679A140 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Beyləqan rayon filialı İddiaçı ilə aralarında bağlanılmış müqaviləyə əsasən İddiaçı illik 21% olmaqla 48 ay müddətinə 10.970 manat, xx.xx.2022-ci il tarixli H00004611-2022 Çərçivə kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC tərəfindən İddiaçı 18 ay müddətinə aylıq ödənişi 104.50 manat olmaqla, faizi ilə birlikdə 1550 manat, xx.xx.2022-ci il tarixli BY0162841- 2022 Çərçivə kredit və girov müqaviləsinə əlavə xx.xx.2023-cü il əlavə N-l olan müqaviləsinə əsasən "xxxx" QSC-in Beyləqan flialı İddiaçı 12 ay müddətinə aylıq ödənişi 106.70 manat olmaqla, 1000 manat kredit verilmişdir. Məhkəmədə müəyyən edildi ki, kredit iddiaçı tərəfindən götürülmüş kredit müqavilələri onunla bağlanmış və kredit götürdüyü bankların qarşısında öhdəliyi iddiaçı daşıyır. Həmin kredit borclarının iddiaçı tərəfindən tam şəkildə ödənilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Belə olan halda məhkəmə hesab edir ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan iddiaçının kreditor qarşısında icra edilməmiş öhdəliyinin cavabdeh tərtəfdən alınaraq ona verilməsi üçün qanuni əsas və müqavilə əsası olmadığından hazırkı iddianın təmin edilməsi əsassız varlanma halına səbəb ola bilər və bu mənada iddianın təmin edilməsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-in 8.1 və 8.2-ci maddələrinə əsasən mülki işlər və kommersiya mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Həmin Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. İddia tələbinin əsassızlığı müəyyən edildiyinə görə iddiaçı tərəfindən ödənilən 86 manat dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı cavabdeh X2 qarşı 6.567.39 (altı min beş yüz altmış yeddi manat otuz doqquz qəpik) manat pul tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. İddiaçının dövlət rüsumu kimi ödədiyi 86 (səksən altı) manat pul özünə aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar