Məhkəmə qərarları › İş №2(020)-796/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-796/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-796/2025 12.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızının sədrliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “borcun tutulması” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və onun zaminləri Zamin1, Zamin2 3608,26 manat əsas kredit borclarının, 635,08 manat faiz borclarının eyni zamanda bağlanmış kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən gecikdirilmiş məbləğə görə hər gün üçün hesablanmış 432,72 manat cərimə olmaqla, cəmi 4676,06 manat və əlavə olaraq iddia qaldırılması üçün ödənilmiş 66,76 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Beyləqan filialı ilə cavabdehlər Cavabdeh və onun zaminləri Zamin1, Zamin2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli KF/32380 saylı kredit müqaviləsinə əsasən cavabdehlərə 24 ay müddətində illik 30% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 4500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdehlər hər təqvim ayının müvafiq cədvəli üzrə müəyyən edilmiş tarixində həm kredit məbləğini borclu hissə-hissə geri qaytarmalı, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin kredit müqaviləsi üzrə öhdəliklərinin kreditverən qarşısında icra etməyən borclu və onun zamini bu günə kimi iddiaçıya cəmi 891,74 manat əsas kredit borclarından, 540,86 manat kreditdən istifadəyə görə faiz borclarından ödəyibdir. Hal-hazırda iddiaçıya 3608,26 manat əsas kredit borcları, 635,08 manat faiz borcları eyni zamanda tərəflərlə aramızda bağlanmış kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən gecikdirilmiş məbləğə görə hər gün üçün hesablanmış 432,72 manat cərimə borcları cəmi 4676,06 manat borclu qalmaqdadırlar. Cavabdehlər Cavabdeh və onun zaminləri Zamin1, Zamin2 dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, onlarla aramızda bağlanmış kredit müqaviləsindən irəli gələn şərtləri icra etməkdən boyun qaçırırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2025-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir: Belə ki, mülki işin materiallarında olan: xx.xx.2024-cü il tarixli KF/32380 saylı Kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, sonuncuya illik 30 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, kreditalan ona verilmiş krediti hissəsini tərəflər arasında yazılı tərtib olunmuş razılaşma üzrə ödəniş qrafikində göstərilən konkret tarixdə ödəmədikdə “Kreditverən”in tələb etdiyi hallarda həmin ödəniş tarixindən başlamaqla kreditin ödənilməli olan ancaq ödənilməmiş (gecikdirilmiş) əsas borcunun qalıq məbləğinə hər gecikdirilmiş gün üçün 0.5 (sıfır tam onda beş) faiz miqdaında cərimə faizi ödəmək məsuliyyəti daşıyır. xx.xx.2024-cü il tarixli KF/32380 saylı Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, tərəflər götürülmüş kreditin hər ay 251,61 manat olmaqla, xx.xx.2026-cı il tarixə qədər geri qaytarılması barədə razılığa gəlmişdir. Arayışdan görünür ki, xx.xx.2024-cü il tarixli KF/32380 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh 14 mart 2025-ci il tarixə 3608,26 manat əsas borc, 635,08 manat faiz borcu və 432,72 manat cərimə olmaqla, cəmi 4676,06 manat məbləğində borcu vardır. “Kreditor” Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə “zaminlər” Zamin1 və Zamin2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli KF/32380 №-li Zaminlik Müqaviləsindən görünür ki, Zamin1 və Zamin2 kreditor Bank qarşısında xx.xx.2024-cü il tarixli KF/32380 №-li kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində öhdəlik götürmüşlər. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Zamin və borclu kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o, cümlədənkredit və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə və ya sığorta pulu ödənilmədiyi və kreditdən məqsədli təyinatına uyğun istifadə olmadığı halda “Kreditor” qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -742.5 və 742.5.2-ci maddələrinə əsasən, qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. -743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi Cavabdeh xx.xx.2024-cü il tarixli KF/32380 saylı kredit müqaviləsi ilə, Zamin1 və Zamin2 isə xx.xx.2024-cü il tarixli KF/32380Z №-li Zaminlik Müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş, onu lazımınca icra etməmiş və Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC -yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun qaydada və müddətdə ödəməmişdir. Beləliklə də yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq, hesab edirəm ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada xx.xx.2024-cü il tarixli KF/32380 saylı kredit müqaviləsinə əsasən 3608,26 manat əsas borc, 635,08 manat faiz borcu və 432,72 manat cərimə olmaqla, cəmi 4676,06 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC -yə ödənilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 66,76 manat dövlət rüsumu cavabdehlərdəndən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada 3608,26 ( üç min altı yüz səkkiz manat 26 qəpik) manat məbləğində əsas borc, 635,08 (altı yüz otuz beş manat 08 qəpik) manat məbləğində faiz borcu və 432,72 (dörd yüz otuz iki manat, 72 qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4676,06 (dörd min altı yüz yetmiş altı manat 06 qəpik) manat məbləğində pul vəsaiti və 66,76 (altımış altı manat 76 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC –nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar