Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-804/2023 03.10.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- FİNCA Azerbaijan’’ MMM QBKT-in vəkalətli nümayəndəsi X1 Cavabdeh- Cavabdeh2 iştirakı ilə, İddiaçı “FİNCA Azerbaijan’’ MMM QBKT-in cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “FİNCA Azerbaijan’’ MMM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 9548.92 manat, faiz borcuna görə 2166.29 manat cəmi 11715.21(on bir min yeddi yüz on beş manat iyirmi bir qəpik) manat məbləğində borcun və 125.15 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-mn xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı FİNCA Azerbaijan’’ MMM QBKT-in vəkalətli nümayəndəsi X2 iddianı onunla əsaslandırdı ki, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********6144 saylı kredit müqaviləsinə əsasən borcluya ailəkəndli təsərrüfatının yaradılması və [və ya] genişləndirilməsi,həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10000 (on min manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 536 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində "Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********6144 - 1251465 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh4; **********6144 -808715 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********6***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1nm əsas borc üzrə 9548.92 AZN, faiz borcuna görə 2166.29 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 11715.21 ( on bir min yeddi yüz on beş manat iyirmi bir qəpik) AZN təşkil edir. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borc üzrə 9548.92 manat, faiz borcuna görə 2166.29 manat cəmi 11715.21(on bir min yeddi yüz on beş manat iyirmi bir qəpik) manat məbləğində borcun və 125.15 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-mn xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilmiş Cavabdeh2 məhkəmədə izahat verərək göstərdi ki, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********6144 saylı kredit müqaviləsinə əsasən cavabdehə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Onun krediti ödəməyə maddi imkanı yoxdur. Özü təqaüdçüdür və özünün krediti vardır. Borcu kredit götürən Alim ödəməlidir. Onun da payına nə dühəmin məbləği ödəyər. Ona görə də qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 gəlmədiklərinə görə məhkəmə onların iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********6144 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və [və ya] genişləndirilməsi,həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10000 (on min manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 536 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 9548.92 AZN, faiz borcuna görə 2166.29 AZN cəmi 11715.21 ( on bir min yeddi yüz on beş manat iyirmi bir qəpik) AZN təşkil edir. Kredit müqaviləsinin 1.2-ci bəndinə görə kredit üzərində 25.00% illik faiz (bundan sonra "Nominal Faiz") hesablanacaqdır və Nominal Faiz ilin 360 gündən ibarət olması nəzərə alınmaqla həqiqi ötən günlər əsasında hesablanacaqdır, Həmin Müqavilənin 1.3-cü bəndinə görə kreditin verilməsinə görə Kredit Alan Kredit Verənə Kreditin məbləğinin 2,8 %-i miqdarında komissiya ödəyir. Kredit Alan tərəfindən bu məbləğin nağd şəkildə ödənilməsi baş vermədikdə, Kredit Alan Kredit Verənə Müqavilənin bu bəndində nəzərdə tutulmuş kredit məbləğindən komissiyanı tutmasını həvalə və etibar edir. Kredit Müqaviləsinin 1.4-cü bəndinə görə Kredit Alan Kredit üzrə əsas borcu və faizləri bu Müqavilənin tərkib hissəsi olan "Kreditin Qaytarılması Cədvəlinə" (bundan sonra "Ödəniş Cədvəli" adlandırılacaq) müvafiq olaraq ödəyir. Ödəniş Cədvəlinə əsasən ödənişlər kreditin məbləğindən və faiz ödənişlərindən ibarət olub aylıq bərabər hissələrlə həyata keçirilir. Kredit Alan Kredit məbləğinin bir hissəsini və Kreditdən istifadəyə görə faizi kreditin ödəmə günündən gec olmayaraq təyin olunmuş vaxtda manat ilə ödəməyi öhdəsinə götürür. X4 ilə Müqavilənin 1.2 - ci bəndi də daxil olmaqla, bu Müqavilənin hər hansı bəndi arasında ziddiyyət yaranarsa, Ödəniş Cədvəlində göstərilən rəqəmlər üstün tutulacaqdır. İş materiallarına əlavə edilmiş zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********6144 -1251465 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh4; **********6144 -808715 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 və **********6144 - ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Cavabdeh1 məhkəməyə göndərdiyi vəsatətində göstərmişdir ki, "xxxx" MMM QBKT-yə hazırda 5000 manat borcu vardır. İddia ərizəsində qeyd edilən əsas borc 9548.92 manat və 2166.29 manat faiz borcu şişirdilmişdir. Kredit götürdükdənsonra müəyyən ödəmişlər etmişdir, lakin həmin ödənişlər nəzərə alınmamışdır. Qanunsuz hesablanmış faiz borcu silinməlidir. Həmçinin iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2013-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 avqust 2023-cü il tarixli rəyin nəticə hissəsindən görünür ki, tərəflər arasındabağlanmış 05.0.2022-ci il tarixli **********6144 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı "xxxx" MMM QBKT-a olan borcu- əsas borc üzrə 9438.73 manat, faiz borcu üzrə 989.76 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə əsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə “Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Cavabdeh1 iddiaçı təşkilatdan kredit götürməsi cavabdehlərin müqavilə şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın qismən təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1–ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq tərəflərə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borca görə 9438.73 manat, faiz borcuna görə 989.76 manat olmaqla 10.428,49 manat məbləğində borc və 113.51 manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb “FİNCA Azerbaijan’’ MMM QBKT-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada əsas borca görə 9438.73 manat, faiz borcuna görə 989.76 manat olmaqla 10.428,49 (on min dörd yüz iyirmi səkkiz manat qırx doqquz) manat məbləğində borc və 113.51 (yüz on üç manat əlli üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb “FİNCA Azerbaijan’’ MMM QBKT-nın xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə 11.64 (on bir manat altmış dörd qəpik) manat iddiaçıya aid edilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 100 (yüz) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-804/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-804/2023
03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver