Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-807/2023 23.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçıl Kamran oğlunun, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçıl Kamran oğlunun Cavabdeh qarşı pulun qaytarılması və pul tam şəkildə qaytarılana kimi evin onların istifadələrində qalması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçıl Kamran oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh evin alqı-satqısı müqabilində aldığı 2 yanıbalalı inək və 3500 ABŞ dollarının hazırkı məzənnəyə uyğun əvəzi olaraq 8950 (səkkiz min doqquz yüz əlli) manat pulun qaytarılması, pul tam şəkildə qaytarılana kimi evin onların istifadələrində qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıl Kamran oğlu iddiasını müdafiə etdi və izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Beyləqan rayon Aşağı Çəmənli kəndində qaynatası Nağıyev Allahverdinin evini alıb orada yaşayır. Bunun üçün özünə məxsus pay torpaq sahəsini satmışdır. Həmin torpaq sahəsinə arvadı X3 ilə onun və cavabdehin Cavabdeh arasında qeyri notarial alqı-satqı aparılmışdır. Həmin vaxt, yəni 23 iyul 2007-ci ildə arvadı Həşimova Yaxşıxanım atası Allahverdi vəfat etdiyinə və buna görə ev qanunla analığı Cavabdeh mülkiyyətinə keçdiyinə görə alqı-satqını onunla aparmışdır. Bu barədə cavabdeh öz xətti ilə ərizə yazmış və ərizədə göstərmişdir ki, həqiqətən evi 3500 ABŞ dollarına onun həyat yoldaşı Yaxşıxanıma satmış, 3500 ABŞ dollarını və 2 yanı balalı inək almış və gələcəkdə heç bir iddiası olmayacaqdır. Alqı-satqı prossesində kənar şəxslər də iştirak etmişdir. Həmin vaxt sahə müvəkkilləri və cavabdehin oğlu X7 da bu hadisənin şahidi olmuşlar. Arvadı Yaxşıxanım 2014-cü ildə vəfat etmişdir. Onlar ailəlikcə 2007-ci ildən aldıqları evdə yaşamışlar. 2022-ci ilə kimi cavabdehlə aralarında heç bir problem olmamışdır. Lakin 2022-ci ildə cavabdeh evdən çıxmalarını tələb etmişdir. Lakin verdikləri pul və inəkləri qaytarmaq istəməmişdir. Aldıqları evi cavabdehin günahı ucbatından sənədləşdirə bilməmişlər. Belə ki, dəfələrlə notarial qaydada alqı-satqını sənədləşdirmək istəsələr də cavabdeh sonra edərik deyərək ləngitmişdir. Cavabdeh satdığı evi geri istəyirsə pulu da geri qaytarmalıdır. Yanı balalı inək hazırda ən azı 1500 manata alınıb satılır. İki yanı balalı inək 3000 manat edir. 3500 ABŞ dolları isə hazırkı məzənnə ilə 5950 manat edir. Ona görə cavabdeh X6 8950 manat pulun alınıb ona verilməsinə, pul tam şəkildə qaytarılana kimi evin onların istifadələrində qalması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh X11 iddanı qəbul etmədi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Allahverdi Nsağıyevlə evləndikdən sonra Allahverdinin evində yaşamışdır. Əri Allahverdi öləndən sonra isə sözügedən evdə oğlu ilə birlikdə yaşamışdır. İddiaçı ona pul verməmiş, ailə üzvləri ilə birlikdə onun evində özbaşına yaşamışlar. Dəfələrlə tələb etsə də evdən çıxmamışlar. İddiaçının iddiası əsasızdır. Qeyd olunan ev onun mülkiyyətindədir. Həmin evlə bağlı iddiaçı ilə onun arasında heç bir müqavilə bağlanmamışdır. İddiaçının təqdim etdiyi sənəddəki imza və və əlyazma ona məxsus deyildir. İddiaçı ona pul vermiş olsaydı bu müddət ərzində ya evi sənədləşdirməyi ya da pulu qaytarmasını ondan tələb edərdi. Çünki iddiaçı 2009-cu ildə Beyləqan rayon polis şöbəsinə evlə bağlı ondan şikayət etmiş, onun şikayəti əsassız olduğu üçün rədd edilmiş, ona mülki qaydada iddia qaldırmalı olması izah edilmişdir. O vaxtdan bü günə kimi iddiaçı ona qarşı heç bir iddia qaldırmamışdır. İddia müddətini də buraxmışdır. Digər tərəfdən iddiaçı hardansa saxta sənəd əldə edərək güya pul aldığını göstərmişdir. Həmin sənəd saxta olmasaydı iddiaçı onun əslini təqdim edərdi. Lakin həmin sənədin əslini təqdim edə bilməmişdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd olunmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh tərəfindən yazıldığı iddia edilən xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, Beyləqan rayonunun Örənqala qayıdış şəhərciyində yaşayan Füzuli rayonu Horadiz kənd sakini Sərdara ərə getdiyi üçün ona məxsus evi və həyətyanı torpağı satdı. Satdığı adam Aşağı Çəmənli kəndində yaşayan qızlığı X2r. Evini və həyətyanı torpağını satarkən ondan 3500 ABŞ dolları almışdır. Heç kim onu məcbur etmədi özü-öz istəyi ilə satmışdır. Odur ki, gələcəkdə heç bir iddiası olmayacaq. İş materiallarına əlavə edilmiş Beyləqan rayon İHB-in Aşağı Şəmənli kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 108 saylı arayışından görünür ki, İddiaçı 28 iyun 2014-cü il tarixdə vəfat etmiş arvadı X3 vəfat etdiyi günədək Beyləqan rayonu Aşağı Çəmənli kəndində qeydiyyatda olmuş və analığı X8 məxsus evdə yaşamışdır. X1 ölümündən sonra onun ailə üzvləri olan əri İddiaçı və onun övladları, X14, X15, X10, X12 hal-hazıradək mərhumun analığı X9 məxsus evdə yaşayırlar. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 395-ci maddəsinə görə əgər şəxs öz əşyasını özgəninkiləşdirmək və ya yüklü etmək barəsində öhdəlik götürürsə, bu öhdəlik “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, əşyanın ləvazimatına da şamil edilir. Məhkəmədə müəyyən edildi ki, mübahisəli yaşayış evinin alqı-satqısına dair qanunda nəzərdə tutulmuş qaydada müqavilə bağlanmamışdır. Bu məqsədlə iddiaçının cavabdehə pul verməsi müəyyən edilməmişdir. İddiaçı məhkəməyə sənədlər təqdim edərək iddiaçıya 3500 ABŞ dolları pul və ikii yanıbalalı inək verməsini göstərmişdir. Lakin bu barədə təqdim olunan ərizə və aktın əsli məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə həmin sənədlərin surətini sübut kimi qəbul etmir və iddianın təmin edilməsi üçün həmin sənədlər əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-in 8.1 və 8.2-ci maddələrinə əsasən mülki işlər və kommersiya mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Həmin Məcəllənin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmçinin məhkəmə zamanı müəyyən olunmuşdur ki, iddiaçı 16 il bundan əvvəl yaranmış münasibətlərə görə tələb irəli sürür. Göründüyü kimi, iddiaçı daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş altı illik iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MM-in 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 may 2008-ci il Qərarında göstərilir: “İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır”. Oxşar iş üzrə “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il Qərarında göstərilmişdir: “Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Beləliklə, göründüyü kimi, iddianın dəlilləri formal mülahizələrə əsaslanmaqla yanaşı, tamamilə əsassız və qanunsuzdur. Çünki hazırkı tələblə bağlı 2008-2009-cu illərdə mübahisə olmuş, iddiaçı müxtəlif orqanlara, eləcə də Beyləqan rayon polis şöbəsinə ərizə ilə müraciət edərək cavabdeh Şərqiyyə Nəzərəova tərəfindən ev alqı-satqısı ilə bağlı ondan 3500 ABŞ dolları pul alındığını, lakin evin onun adına rəsmiləşdirilməməsini və pulunun qaytarılmadığını göstərmiş, müvafiq tədbir görülməsini xahiş etmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı həmin vaxt cavabdeh tərəfindən aldadıldığını göstərməklə hüququnun pozulmasını bilmişdir. Lakin qanunla müəyyən edilmiş müddətdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianın əsassız olduğunu göstərməklə iddia müddətini mübahisələndirmiş və iddia müddəti keçdiyinə görə də iddianın rədd edilməsini xahiş etmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçıl Kamran oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası tam əsassızdır və təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbinin əsassızlığı müəyyən edildiyinə görə iddiaçı tərəfindən ödənilən 110 yüz manat dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçıl Kamran oğlunun Cavabdeh oğluna qarşı 8950 (səkkiz min doqquz yüz əlli) manat pul və pul tam şəkildə qaytarılana kimi evin onların istifadələrində qalması tələbinə dair iddiası əsassız olduğundan və iddia müddəti keçdiyindən rədd edilsin. İddiaçının dövlət rüsumu kimi ödədiyi 110 (yüz on) manat pul özünə aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №2(020)-807/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-807/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver