Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-811/2023 26.04.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz VZakirş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 09 dekabr 2018-ci ildə anadan olan Yusifin saxlanılması üçün hər ay bir uşaq üçün Füzuli rayon məhkəməsinin 2(064)- 839\2020 saylı, 22 may 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmaqla hər ay bir uşaq üçün onun xeyrinə 250 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə nikahlarını rəsmiləşdirərək ailə qurmuş, birgə nikahlarından 09 dekabr 2018ci ildə Yusif adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə münasibətləri pozulduğundan ayrılmışdır. Hazırda uşağı onun yanında qalıb yaşayır. Uşağı saxlamaqda çətinlik çəkdiyi üçün 2020-ci il tarixdə cavabdehdən bir uşağın saxlanılması üçün Füzuli rayon Məhkəməsində alimentin tutulması haqqında iddia qaldırmışdır. Füzuli rayon məhkəməsinin 2(064)- 214\2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi bir uşaq üçün hər ay 120 manat manat məbləğində aliment tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. O, yenidən alimentin artırılması barədə iddia qaldırmış, Füzuli rayon məhkəməsinin 2(064)-839\2020 saylı, 2205.2020-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 140 manat müəyyən edilmişdir. Lakin hazırkı iqtisadi çətinlik zamanı 140 manat alimentlə bir uşağı saxlaya, onu normal qaydada maddi cəhətdən təmin edə bilmir. Ona görə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı ilə birgə nikahlarından 09 dekabr 2018-ci ildə Yusif adlı uşaqları doğulmuşdur. İddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra uşağı iddiaçının yanında qalmışdır. Füzuli rayon məhkəməsinin 2(064)- 214\2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşağının saxlanması hər ay 120 manat manat məbləğində aliment ondan tutularaq iddiaçının xeyrinə verilməsi qət edilmişdir. Füzuli rayon məhkəməsinin 2(064)-839\2020 saylı, 2205.2020-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 140 manat müəyyən edilmişdir. O, işləyir və 500 manat əmək haqqı alır. Tələb edilən alimenti ödəməyə imkanı yoxdur. Hər ay 140 manat alimenti çətinliklə ödəyir. Odur ki, iddianın rədd təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirib, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materialına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2018-ci ildə anadan olmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci ildə anadan olmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1987-ci ildə anadan olmuşdur. İşdə olan Füzuli rayon məhkəməsinin 2(064)-839\2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh azyaşlı 2018-ci il təvəllüdlü Yusifin yetkinlik yaşın çatanadək saxlanılması üçün hər ay 130 manat alimentin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqində müəyyən oldu ki, İddiaçı ilə Cavabdeh nikahlarından xx.xx.2018-ciu ildə Yusif adlı uşaqları doğulmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra uşağı iddiaçının yanında qalmışdır. Füzuli rayon məhkəməsinin 2(064)- 214\2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşağının saxlanması hər ay 120 manat manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməsi qət edilmişdir. Füzuli rayon məhkəməsinin 2(064)-839\2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 140 manat müəyyən edilmişdir. Hazırda uşaq iddiaçının yanında yaşayır. İddiaçı uşağını saxlamaqda çətinlik çəkir. Cavabdehin ödədiyi aliment azlıq təşkil edir. Belə ki, uşaq böyüdükcə onun gündəılik xərcləri, maddi tələbatları get-gedə artmaqdadır. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsatət (aliment) məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq Hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannəmənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda mşəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq Hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərək məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya Yusif adlı uşağın saxlanması üçün ödənilən 140 manat aliment uşağın təminat səviyyəsinin maksimal saxlanmasına yetərli deyildir. Alimentin müəyyən olunmuş məbləği artırılmalıdır. Alimentin məbləği artırılarkən uşağın mənafeyi ilə yanaşı aliment ödəməyə borclu olan cavabdehin maddi imkanı nəzərə alınmalıdır. Belə ki, iddiaçı alimentin məbləğinin artırılması üçün əsas səbəb uşağın böyüməsi ilə bağlı xərclərində artım olduğunu göstərmişdir. Həmin hal da alimentin artırılması üçün əsas sayıla bilər. İddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Lakin məhkəmə iclasında izahat verən cavabdeh ayda 500 manat əmək haqqı aldığını göstərmişdir. Lakin bununla bağlı məhkəməyə sənəd təqdim edə bilməmişdir. Bütün bu halları, yəni uşağın əvvəlki təminat səviyyəsi ilə yanaşı cavabdehin maddi vəziyyətini nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 09 dekabr 2018-ci ildə anadan olmuş Yusif adlı uşağın saxlanması üçün cavabdeh tərəfindən ödənilən aliment miqdarı dəyişdirilərək hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində müəyyən edilməklə atrırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Füzuli rayon məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(064)-839/2020 saylı qətnaməsinə əsasən Cavabdeh 09 dekabr 2018-ci ildə anadan olan Yusif adlı uşağın saxlanılması iddiaçının xeyrinə qət edilmiş 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərərək hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməklə artırılsın. Alimentin həmin məbləğdə artırılmasının başlanğıcı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, uşaq yetkinlik yaşına çatana kimi davam etdirilsin. Cavabdeh 41.60 (qırx birmanat altmış qəpik) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-811/2023
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-811/2023
26.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver