Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-816/2025 05.08.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurullayevin sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4715 manat məbləğində pulun və dövlət rüsumunu kimi ödədiyi 67 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə avtomobil icarəsinə dair 220605-09 saylı müqavilə bağlamışlar. Müqavilə bağlananda onun oğlu X1 da iştirak etmişdir. Müqavilə Azərbaycan Respublikası DİN BDYPİ-Qİİ tərəfindən verilmiş, qeydiyyat şəhadətnaməsinə əsasən 45 YFF24428L100315 Ban nömrəli **-KB-*** minik markalı Nəqliyyat vasitəsi aylıq 750 manat olmaqla ümumilikdə 28 ay müddətinə, qeyd edilən vəsait gecikməsiz ödənildikdə müddətin sonu icarə götürənə qalmaq şərti ilə verilmişdir. İcarənin ilk günü xx.xx.2023-cu il tarixində hesablanmışdır. Hər növbəti ödəniş 30 günün tamamında həyata keçirilməlidir. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi heç birini icra etməmişdir. Belə ki, cəmi 3 ay icarə haqqı yəni, sentyabr 900 manat, oktyabr 900 manat, noyabr 600 manat ödənilmişdir. Lakin müqavilədə 4000 manat məbləğ ilkin ödəniş verməli idi, lakin cavabdeh onu aldadaraq verməmişdir. Dekabr, yanvar və fevral ayları üçün hər ay 750 manat ödəməyərək 3 ay maşınını müxtəlif vədlər verərək əlavə özündə saxlamışdır. Cavabdeh 3 ay onu gözlətmiş və 2250 manat icarə pulunu verməmişdir. Maşını cavabdehdən geri alanda ümumilikdə 155 manat avtomobilin üzərində olan cəriməni ödəmədiyindən həmin cərməni özü ödəmişdir. Avtomobilin katalizatoru cavabdeh tərəfindən oğurlandığına görə 400 manata və maşının travesini 450 manata yenidən təzəsini almışdır. Həmçinin o, maşının səsboğanın yirtilmasının təmirinə 200 manat və amarizatorların təmirinə 100 manat pul xərcləmişdir. Avtomobil yanlardan vurulduğuna görə malyar işləri olunub və buna 700 manat, maşının təkərlərini dəyişməklə 400 manat, maşının salonunu kimyəvi təmizlənməsi üçün 60 manat xərc çəkmişdir. Beləliklə, cavabdeh tərəfindən avtomobilin ümumi ödənilməmiş cəriməyə görə 155 manat, 3 aylıq 750 manatdan icarə haqqı cəmi 2250 manat, maşına dəyən ziyan 2310 manat, cəmi 4715 manat məbləğində ona ziyan dəymişdir. Dəfələrlə Cavabdeh müraciət etsə də, heç bir nəticə əldə etməmişdir. Cavabdeh onun müraciətlərinə məhəl qoymamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 4715 manat məbləğində pulun və dövlət rüsumunu kimi ödədiyi 67 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasına etiraz etməməsi barədə məhkəməyə ərizə göndərdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Cavabdeh Sultan Şirin oğlu əvvəlki məhkəmə iclasında məhkəməyə vəsatət təqdim edərək göstərmişdir ki, İddiaçı məhkəmədə ona qarşı iddia qaldıraraq 4715 (dörd min yeddi yüz on beş) manat əsas məbləğində pul və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 67 manat dövlət rüsumu olmaqla, pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, güya maşının katalizatoru onun tərəfindən oğurlanmış, özü yenisini 400 manata almış, travesini 450 manata təzə almış, səsboğucunu 200 manata, amarizatorları 100 manata, yanlardan vurularaq malyar işləri olunmasına 700 manat, təkərlərinin dəyişdirməsinə 400 manat, kimyəvi təmizlənməyə 60 manat, ziyan cəriməyə görə 155 manat xərcləmişdir. Bildirirəm ki, o, maşını saz vəziyyətdə iddiaçıya təhvil vermişdir. Əks halda iddiaçı maşını ondan təhvil almazdı və ya aldığı gün bu barədə akt tərtib edərdi. Əgər maşın nasaz olsaydı iddiaçı həmin müddət ərzində yəni 7-8 gün ərzində maşını başqa şəxsə işlək vəziyyətdə təhvil verə bilməzdi. Göründüyü kimi iddiaçının ona qarşı iddiası tam əsasssızdır. Qanuni qərar qəbul edilməsini xahiş eemişdir. Həmçinin o, İddiaçı xx.xx.2023-cü il tarixdə avtomobil icarəsinə dair 220605- 09 saylı müqavilə bağlamaqla 45 YFF24428L100315 Ban nömrəli **-KB-*** minik markalı Nəqliyyat vasitəsi aylıq 750 manat olmaqla ümumilikdə 28 ay müddətinə icarəyə götürmüşdür. O, 3 ay ödəniş etmişdir, sonradan ödəniş edə bilməmişdir. Avtomobili 2023-cü ilin dekabr ayının 27-də iddiaçıya təhvil vermişdir. İddiaçı da avtomobili ondan geri alıb 2024cü ilin yanvar ayının 5-də başqa şəxsə icarəyə vermişdir. Lakin o, avtomobilin etibarnamə əsasında başqa şəxsə verilməsini sübut edə bilmir. Ona görə də, 45 YFF24428L100315 Ban nömrəli **-KB-*** minik markalı Nəqliyyat vasitəsinin nə vaxt və kimə etibarnamə əsasında verilməsinə dair sənədlərin Azərbaycan Respublikası DİN BDYPİ-Qİİ -dən alınmasına sorğu verməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları nəzərdən keçirib işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş avtomobilin icarəsinə dair 220605-09 saylı 24.082023-cü il tarixli müqaviləsindən görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ-Qİİ tərəfindən verilmiş, qeydiyyat şəhadətnaməsinə əsasən 45 YFF24428L100315 Ban nömrəli **-KB-*** minik markalı Nəqliyyat vasitəsi aylıq 750 manat olmaqla ümumilikdə 28 ay müddətinə, qeyd edilən vəsait gecikməsiz ödənildikdə müddətin sonu icarə götürənə qalmaq şərti ilə verilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 1 saylı notariat ofisində verilmiş etibarnamədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh “KİA CEED” minik avtomobilini idarə etmək üçün xx.xx.2024-cü il tarixədək etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 1 saylı notariat ofisində xx.xx.2024-cü il tarixdə təstiq edilmiş ərizədən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh “KİA CEED” minik avtomobilini idarə etmək üçün xx.xx.2024-cü il tarixədək verilmiş etibarnaməyə xitam verilməsini xahiş etmiş, onun ərizəsi reyestrdə 8İ-2657 nömrə ilə qeyd edilərək informasiya sisteminə daxil edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı cavabdehə Azərbaycan Respublikası DİN BDYPİ-Qİİ tərəfindən verilmiş, qeydiyyat şəhadətnaməsinə əsasən 45 YFF24428L100315 Ban nömrəli **-KB-*** minik markalı Nəqliyyat vasitəsi aylıq 750 manat olmaqla ümumilikdə 28 ay müddətinə, qeyd edilən vəsait gecikməsiz ödənildikdə müddətin sonu icarə götürənə qalmaq şərti ilə vermişdir. Lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmiş, icarə haqqlarını vaxtında ödəmədiyinə görə iddiaçı avtomobili ondan geri almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhhkəmədə müəyyən edildi ki, iddiaçı cavabdehin müqavilə şərtlərini pozduğunu görüb xx.xx.2024-cü il tarixdən notariat orqanına ərizə göndərərək cavabdehin adına olan avtomobili idarə etmək üçün verdiyi etibarnaməyə xitam verdirmişdir. Cavabdeh vəsatətində avtomobili iddiaçıya 2024-cü ilin yanvar ayında qaytardığını, bunun əsası kimi iddiaçının avtomobili həmin vaxt etibarnamə üzrə başqa şəxsə verdiyini göstərsə də həmin hal məhkəmədə öz təstiqini tapmamışdır. Yəni avtomobil iddiaçının göstərdiyi kimi 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar, fevral aylarında cavabdehin istifadəsində olmuş və cavabdeh həmin aylara görə hər ay icarə haqqı olan 750 manat pulu iddiaçıya verməmişdir. Həmin məbləğ də 3 aya görə 2250 manat təşkil edir. Həmçinin cavabdeh avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə avtomobilə yazılmış cəmi 155 manat cəriməni iddiaçı ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia 2405 manat hissədə əsaslı olduğundan təmin edilməlidir. Lakin məhkəmə iddianın avtomobilə dəymiş ziyana görə 2310 manat tələbinə dair hissəsini əsaslı hesab etmir. Çün ki, avtomobil iddiaçıya qaytarılarkən tərəflər arasında hər hansı bir akt tərtib edilməmiş, əgər avtomobilə ziyan dəymişsə həmin hal müəyyən edilməmişdir. Belə olan halda iddiaçıya məxsus avtomobilə cavabdeh tərəfindən ziyan vurulması iş materialları ilə müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. İddiaçı iddia ərizəsində cavabdehin adını Soltan olduğunu göstərməsinə baxmayaraq cavabdehin Cavabdeh olması müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh icarə puluna görə 2250 manat, avtomobilin üzərində olan 155 manat cərimə və dövlət rüsumuna görə 44.05 manat alınıb İddiaçı verilməli, iddia qalan hissədə əsassıs olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1, 234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2405 (iki min dörd yüz beş) manat və dövlət rüsumuna görə ödənilmiş 44.05 (qırx dörd manat beş qəpik) manat alınıb İddiaçı verilsin. İddiaçı tərəfində dövlət rüsumu kimi ödənilən 22,95 (iyirmi iki manat doğsan beş qəpik) manat özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-816/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-816/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver