Məhkəmə qərarları › İş №2(020)-823/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-823/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-823/2023 12.06.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı , cavabdeh: Cavabdehun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəyə müraciət edərək Cavabdeh 5925 manat məbləğində pulun və ödədiyi 80 manat məbləğində dövlət rusumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhəkəmə iclasında izahat verən İddiaçı iddiasını müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan şəhərində yaşayır, sahibkarlıqla məşğul olur. Mağazaları var və orada işləyərək ailəsini dolandırır. Beyləqan rayonunda yaşayan Cavabdeh ondan qızıl və geyim əşyalarını nisyə götürmüş və ona 5925 manat borcu yaranmışdır. Cavabdeh tez zamanda borcunu verəcəyinə söz vermişdir. Cavabdeh əvvəllər də ondan nisiya alver etmiş və pulunu da hissə-hissə ödəmişdir. Lakin sonuncu dəfə götürdüyü malların pulunu indiyə kimi qaytarmamışdır. Cavabdeh ona borclu olması barədə imzası ilə təsdiq etdiyi sənəd vermişdir. Həmçinin cavabdeh ondan mal götürdükçə dəftərdə qeydiyyat aparmışdır. Dəfələrlə cavabdehə borcunu ödəməsini tələb etsə də, cavabdeh ona yalan vədlər verərək aldatmış, nisyə götürdüyü malın pulu ödəməmişdir. Odur ki, Cavabdeh 5925 manat məbləğində pulun və ödədiyi 80 manat məbləğində dövlət rusumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, İddiaçı nisiyə qızıl və geyim əşyaları almışdır. İddiaçınnı tərdim etdiyi qəbzdəki imza ona məxsusdur. O, həmin qəbzi öz xətti ilə yazıb imzalamışdır. Aldığı malların pulunu qaytarmışdır. Hər dəfə pul qaytaranda iddiaçı dəftərinə qeydyyat aparmışdır. Onun hazırkı sənəddə göstərilən pulu qaytarmasına dair heç bir sənədi yoxdur. Çünki iddiaçı aldığı pula dair ona qəbz verməmişdir. Ona görə də qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş sənəddən görünür ki, Cavabdeh İddiaçı 5925 manat borcu olmasını, borcunu hər ayın 23-24-də gətirib verəcəyini qeyd etmiş və imzası ilə təsdiq etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5925 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.3-cü maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Adı çəkilən Məcəllənin 441.1-ci maddəsinə görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Məhkəmə iclasında cavabdeh iddiaçıdan nisyə mal götürdüyü etiraf etmiş, lakin borcunu qaytardığını bildirsədə bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MM-nin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 5925 (beş min doqquz yüz iyirmi beş) manat məbləğində pul və ödənilmiş 79.25 (yetmiş doqquz manat iyirmi beş qəpik) manat məbləğində dövlət rusumu alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,75 (yetmiş beş)qəpik özünə aid edilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar