Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-83/2024 26.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan rayon məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı və onun vəkalətli nümayəndəsi və vəkili Vəkil oğllunun iştirakı ilə, İddiaçı Cavabdeh Hüseyn oğluna qarşı miras qalmış əmlakdan miras pay tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan rayon Aqrar İslahat komissiyasının 01 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə anası - X8, qardaşı Cavabdeh Hüseyn oğluna, qardaşı - mərhum X7, bacısı X10 və ona, yəni İddiaçı JN: 0061 kodu 60704018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmiş və birgə mülkiyyətində olmasına dair Reyestrdən Çıxarışının olduğu 3.06 ha pay torpaq sahəsindən mərhum qardaşı- X6 ölümündən sonra miras qalmış 0.6120 ha torpaq sahəsindən 0.1530 ha miras pay olan torpaq sahəsinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, Beyləqan rayon Aqrar İslahat komissiyasınının 01 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə anası - X8, qardaşı X14, bacısı X10 və ona adambaşına düşən norma daxilində 0,6120 ha olmaqla 3.06 ha pay torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsinə JN: 0061 kodu 60704018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. JN: 0061 kodu 60704018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında ona və yuxarıda qeyd etdiyi kimi ailə üzvlərinə 3.06 ha pay torpaq sahəsi verilmişdir. Adları JN: 0061 kodu 60704018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilmiş anası X12 02 noyabr 1999-cu ildə ölmüşdür. X2 isə Qarabağ müharibəsi zamanı itkin düşmüş və məhkəmə qaydasında 17 oktyabr 2012-ci il tarixindən ölmüş elan edilmişdir. 02 noyabr 1999-cu ildə ölmüş mərhum anası X12 ilə əlqədar olaraq 14 avqust 2020-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır. Həmin şəhadətnaməyə əsasən ona verilən miras əmlak ¼ hissədən ibarət olmuşdur. Lakin mərhum qardaşı- X11 ilə bağlı olaraq ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Səbəb isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan, ölmüş və hərbi əməliyyatlara əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına uyğun olaraq ödəniləcək vəsaitini qardaşı- X19 tərəfindən alınmasına razılıq verməyidir. Məhz buna görə də Beyləqan rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X13 etdiyim şifahi müraciətdən sonra bu iş üzrə artıq vərəsəlik işinin açıdldığı və işin artıq bağlanıldığı bildirilmişdir. Buna görə də ona Füzuli rayonu Dövlət Notariat Kontorunun dövlət notarisuna müraciət etmişdir. 17 oktyabr 2018-ci il tarixdə Şəhid X2ndan miras qalmış dövlət tərəfindən ödəniləcək birdəfəlik ödəmədən imtina etmişdir. O, mərhum X6 bacısıdır, cavabdeh də mərhumun qardaşıdır. Beyləqan rayon Aqrar İslahat komissiyasınının 1998-ci il 01 may tarixli 46 nömrəli qərarı ilə ailə üzvlərinin mülkiyyətinə JN: 0061 kodu 60704018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmiş 3.06 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi ilk gündən bu günə kimi ümumi birgə mülkiyyətlərindədir. O, mirası tamamilə qəbul etmişdir. 3.06 ha pay torpaq sahəsi onların ümumi birgə mtilkiyyətindədir. Umumi bir Reyestrdən Çıxarışları vardır. Odur ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının 1998-ci il 01 may tarixli 46 nömrəli qərarı ilə anası - X8, qardaşı X14, qardaşı - mərhum X7, bacısı X10 və ona, yəni İddiaçı JN: 0061 kodu 60704018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmiş və birgə mülkiyyətində olmasına dair Reyestrdən Çıxarışının olduğu 3.06 ha pay torpaq sahəsindən mərhum qardaşı- X6 ölümündən sonra miras qalmış 0.6120 ha torpaq sahəsindən 0.1530 ha miras pay olan torpaq sahəsinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı və onun vəkalətli nümayəndəsi Vəkil iddianı müdafiə etdi və iddianın təmin edilmsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Hüseyn oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının və onun vəkilinin izahatlarını dinləyib hesab edir ki, iddia aşağıdakı əsasa görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN: 0061 kodu 60704018 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat komissiyasınının 1998-ci il 01 may tarixli 46 nömrəli qərarı ilə X8, X14, X15 və İddiaçı mülkiyyətinə 3.06 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X12 02 noyabr 1999-cu ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Beyləqan rayon məhkəməsinin 17 oktyabr 2012-ci il tarixli qətnaməsindən görünür ki, X9 ölmüş elan edilmişdir. İş materiallarına əlavə edilmiş Füzuli rayon dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2012-ci ildə vəfat etmiş qardaşı X1 miras qalmış dövlət tərəfindən ödəniləcək birdəfəlik ödəmədən imtina etmiş, miras payını rəsmi və faktiki olaraq qəbul etməmiş, gələcəkdə də mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacağını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş 16 yanbvar 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci ildə ölmüş X5 vərəsəsi qardaşı X16r. Azərbaycan Respublikası MM-nin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüquqisubyektin ona mənsub əmlaka (əşiyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinin tələbinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 1159.2-ci maddəsinə görə ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Məhkəmə iclasında mülki işin araşdırılmış hallarından görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasınının 01 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə ərizəçi və ailə üzvləri olan anası X8, qardaşı X14, X7, bacısı X10 və ona adambaşına düşən norma daxilində 0,6120 ha olmaqla 3.06 ha pay torpaq sahəsi verilmişdir. Ərizəçinin X2 isə Qarabağ müharibəsi zamanı itkin düşmüş və məhkəmə qaydasında 17 oktyabr 2012-ci il tarixindən ölmüş elan edilmişdir. 02 noyabr 1999-cu ildə ölmüş mərhum anası X12 ilə əlqədar olaraq 14 avqust 2020-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır. Həmin şəhadətnaməyə əsasən ərizəçiyə verilən miras əmlak ¼ hissədən ibarət olmuşdur. Lakin mərhum X11 ilə bağlı olaraq ərizçiyə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan, ölmüş və hərbi əməliyyatlara əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanına uyğun olaraq ödəniləcək vəsaitini qardaşı- X19 tərəfindən alınmasına razılıq verdiyindən Beyləqan rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu ərizəçiyə iş üzrə artıq vərəsəlik işinin açıdldığı və işin artıq bağlanıldığı bildirilmişdir. Bundan sonra ərizəçi Füzuli rayonu Dövlət Notariat Kontorunun dövlət notarisuna müraciət etmişdir. 17 oktyabr 2018-ci il tarixdə Şəhid X2ndan miras qalmış dövlət tərəfindən ödəniləcək birdəfəlik ödəmədən imtina etmişdir. Qardaşından miras qalmış torpaq sahəsindən isə imtina etməmiş, mirası faktiki qəbul etmiş və eyni zamanda onun özünün də ümumi birgə əmlak olan torpaq sahəsində bərabər qaydada payı vardır. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədər sübuta yetirə bilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Beyləqan rayon Aqrar İslahat komissiyasının 01 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə X8, X14, mərhum X7, X10 və İddiaçı JN: 0061 kodu 60704018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmiş və birgə mülkiyyətində olmasına dair Reyestrdən Çıxarışının olduğu 3.06 ha pay torpaq sahəsindən mərhum X6 ölümündən sonra miras qalmış 0.6120 ha torpaq sahəsindən 0.1530 ha miras pay olan torpaq sahəsi İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Beyləqan rayon Aqrar İslahat komissiyasının 01 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə X8, Cavabdeh Hüseyn oğluna, mərhum X7, X10 və İddiaçı JN: 0061 kodu 60704018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmiş və birgə mülkiyyətində olmasına dair Reyestrdən Çıxarışının olduğu 3.06 ha pay torpaq sahəsindən mərhum X6 ölümündən sonra miras qalmış 0.6120 ha torpaq sahəsindən 0.1530 ha miras pay olan torpaq sahəsi İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-83/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-83/2024
26.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver