Məhkəmə qərarları › İş №2(020)-850/2023

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-850/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-850/2023 15.05.2023 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Seyfullayev Seyfəli İzzət oğlunun sədrliyi, Abbasov Zaur Alı oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutuması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında başlanmış xx.xx.2022-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 14425,31 manat məbləğində kredit borcu, 795,52 manat məbləğində faiz borcu və 207,73 manat cərimə borcu olmaqla, ümumilikdə 15428 manat məbləğində borcun və ödənilmiş 136,29 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnaməçıxarılmasınıxahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı 21..11.2019-cu il tarixli kredit xətti müqaviləsinə əsasən 48 ay müddətinə 15000 məbləğində kredit verilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 574,69 manat ödəmiş, onun 14425,31 manat məbləğində kredit borcu qalmışdır. Odur ki, Cavabdeh ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 14425,31 manat məbləğində kredit borcu, 795,52 manat məbləğində faiz borcu və 207,73 manat cərimə borcu olmaqla, ümumilikdə 15428 manat məbləğində borcun və ödənilmiş 136,29 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etdi və izahatında göstərdi ki, İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci tarixli kredit xətti müqaviləsinə əsasən 48 ay müddətinə 15000 məbləğində kredit xətti açılmışdır. Maddi imkanı olmadığından borcunu tam ödəyə bilməmişdir. Hazırda banka olan.borcunu hissə-hissə ödəməkdən imtina etmir. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli kredit müqaviləsinəəsasən 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək. Qalan kredit məbləğini, fazi borcunu və müqaviləüzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinəəsasən isəöhdəliyin icrasıüçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinəəsasən isə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinəəsasən “Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” 449.4-cü maddənin tələblərinə görə“Özgə vəsaitindən istifadəüçün faizlər, əgər müqavilədə faizlərin hesablanmasıüçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.” Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinəəsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Həmin Məcəllənin MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddianın əsas və faiz borcu tələbinə dair hissəsi əsaslı olduğundan tam təmin edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu mənada məhkəmə hesab edir ki, 207,73 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə dəbbə pulunun 20 manat saxlanmasını daha məqsədə müvafiq hesab edir. Azərbaycan Respubaliksı MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin olunduğu üçün məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq tərəflərə aid edilməlidir. Cavabdeh iddiaçı təşkilatdan kredit götürməsi, cavabdehin müqavilə şərtlərinə əməl etməməsi və bunun nəticəsində hazırkı borcun yaranması iş materialları və işin məhkəmə iclasında araşdırılmış halları ilə kifayət qədər sübuta yetdiyindən məhkəmə iddianın qismən təmin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh İddiaçı QSC-nin xeyrinə Cəmiyyətinin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 14425,31 manat məbləğində kredit borcu, 795,52 manat məbləğində faiz borcu və 20 manat cərimə borcu olmaqla, ümumilikdə 15240,83 manat məbləğində borcun və ödənilmiş 126,29 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respubaliksı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDi: İddia qismən təmin edilsin. Cavabdeh ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 14425,31 manat məbləğində kredit borcu, 795,52 manat məbləğində faiz borcu və 20 manat cərimə borcu olmaqla, ümumilikdə 15240,83 (on beş min iki yüz qırx manat manat səksən üç qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 126,29 (bir yüz iyirmi altı manat iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı QSC-yə aid edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Beyləqan rayon məhkəməsi vasitəsiləŞirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiay şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seyfəli Seyfullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar